Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                        Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı .....                        Güləşçimiz Paris olimpiadasına vəsiqə qazandı .....                        İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO .....                        İki eks-xarici işlər naziri Paşinyana qarşı mitinqə qoşuldu .....                        Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO .....                        Ərdoğandan Rusiya və Ukraynaya çağırış .....                       
24-04-2023, 14:00
Zakir Həsənov gürcü həmkarı ilə saziş imzaladı


Zakir Həsənov gürcü həmkarı ilə saziş imzaladı

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.






24-04-2023, 13:00
Peskovdan üçtərəfli sazişlə bağlı açıqlama


Peskovdan üçtərəfli sazişlə bağlı açıqlama

"Qərb, şübhəsiz ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini gücləndirəcək. Rusiya Federasiyası BRİKS-də bütün səviyyələrdə işlərini davam etdirəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Bakı, İrəvan və Moskva arasında mübahisəsiz qalan sazişlərin müddəalarının həyata keçirilməsi üzərində işi davam etdirəcək", - Kreml rəsmisi qeyd edib.
24-04-2023, 12:30
Lənkəranda kütləvi zəhərlənmə baş verib


Lənkəranda kütləvi zəhərlənmə baş verib

Lənkəranda nişan mərasimində kütləvi zəhərlənmə olub. Hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır. Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.
24-04-2023, 12:00
Fransa XİN-in irəli sürdüyü bəyanat tamamilə əsassızdır - Ayxan Hacızadə


Fransa XİN-in irəli sürdüyü bəyanat tamamilə əsassızdır - Ayxan Hacızadə

23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. “Guya bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır”, - deyə XİN rəsmisi qeyd edib.
24-04-2023, 11:30
Sərxoş kişi avtomobil yuma məntəqəsindən maşın qaçırdı


Sərxoş kişi avtomobil yuma məntəqəsindən maşın qaçırdı

Abşeronda sərxoş kişi işlədiyi avtomobil yuma məntəqəsindən maşın qaçırıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 22-də saat 9 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “Changan” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücünün Şərur rayon sakini Rəmzi Əliyev olması və avtomobili sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş halda idarə etməsi, həmçinin həmin avtomobili qəsəbə ərazisindəki işlədiyi avtomobil yuma məntəqəsindən qaçırması müəyyən olunub. R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilib və avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma aparılır.
23-04-2023, 23:00
XİN-dən növbəti erməni təxribatına reaksiya


XİN-dən növbəti erməni təxribatına reaksiya

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında yazıb. “Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - A.Hacızadə bildirib.
23-04-2023, 22:30
Güləşçimiz çempionatı qızıl medalla bitirdi


Güləşçimiz çempionatı qızıl medalla bitirdi

Daha bir yunan-Roma güləşçimiz Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. Görüş 7:7 hesabı ilə başa çatıb, lakin xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib. Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.
23-04-2023, 22:00
İrəvandan Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat


İrəvandan Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti dəfə təxribat törədilib. Şəhərdə keçirilən yürüş zamanı iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Hadisə İrəvanın Respublika meydanında baş verib. Yürüş qondarma "erməni soyqırımı" münasibətilə keçirilib. Xatırladaq ki, aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni təxribatçı Azərbaycan bayrağını yandırmağa cəhd edib. Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. Hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb.
23-04-2023, 21:00
Güləşçimiz Avropa çempionatını qızıl medalla başa vurdu


Güləşçimiz Avropa çempionatını qızıl medalla başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 67 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov Avropa çempionu olub.
23-04-2023, 20:30
Soyludan PKK terrorçularıyla bağlı açıqlama


Soyludan PKK terrorçularıyla bağlı açıqlama

Hazırda Türkiyədə 86 PKK terrorçusu qalıb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. "29 oktyabr 2023-cü ildə bu ölkənin dağlarında bir dənə də PKK terrorçusu qalmayacaq. Hamısını qurutduq, qurutmağa çalışırıq, addım atmağa imkan vermirik”, - deyə Soylu qeyd edib. Qeyd edək ki, Süleyman Soylu mayın 14-də keçiriləcək seçkilərdə hakim partiyanın namizədidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!