Tramp hərbi komandanlıqla görüşdü .....                        İlham Əliyev uzaqgörən liderdir - İsrail naziri .....                        Yeni virus nə qədər qorxuludur? - 100 nəfər karantinə alındı .....                        Bakıda hakimin ailəsində faciə .....                        Bu şəhərdə dilənçilik qadağan edildi .....                        İmamoğlu ilə sevgili olmağım yalandır - AÇIQLAMA .....                        Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                       
Tarix : 22-04-2023, 21:00
Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandı


Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın iki idmançısı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının finalına yüksəlib. Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşan güləşçimiz qalib gəlib. Onun növbəti mərhələdə rəqibi türk Murat Fırat olub. Görüşünü qələbə ilə başa vuran pəhləvanımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gələcək. Səkkizdəbir finalda ukraynalı Andrey Kulikə qalib gələn Ülvi Qənizadə (72 kq) dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu, yarımfinalda türk Selçuk Canı üstələyib. Həlledici görüşdə təmsilçimizin rəqibi fransalı İbrahim Qanem olacaq. Üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə şans verməyib. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb. R.Hüseynov yarımfinalda türk Burhan Akbudaka uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib olublar. Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!