20-04-2023, 12:00
Ermənistan KTMT missiyasını ərazisində yerləşdirməyə hazırdır - PaşinyanTəkcə Rusiya deyil, Ermənistan da KTMT missiyasını ərazisində yerləşdirməyə hazırdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib. "İrəvan artıq narahatlığının və ya istəyinin dairəsini açıqlayıb. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. Bu, Ermənistan üçün, KTMT və region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk", - o əlavə edib.
20-04-2023, 11:30
İlham Əliyev xanımı ilə “Cümə” məscidinin açılışında iştirak etdiAprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir. Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb. Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb. Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib. Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.
20-04-2023, 11:00
Əsas prioritetimiz raket əleyhinə müdafiə sistemi qurmaqdır - Reznikov"Bizim əsas prioritetimiz tez bir zamanda
çoxsəviyyəli hava hücumundan raket əleyhinə müdafiə sistemi qurmaqdır". Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviter səhifəsində yazıb. "Patriot"lar, IRIS-T, NASAMS və MiQ-29 bu məqsədə doğru axırıncı, lakin ən son addımlar deyil. Kremlin barbar taktikasını nəzərə alsaq, NATO tipli döyüş təyyarələrinə ehtiyacımız var. “Yox, mümkün deyil” sözünü çox eşitmişik. Amma qeyri-mümkün olanın necə mümkün ola biləcəyini əvvəlcədən görmüşəm. Dostlarımızın şəfqəti və köməyi sayəsində keçən qışda evlərimizdə işıqları və istiliyi necə yandırdığımızı heç vaxt unutmayacağıq", - nazir əlavə edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
19-04-2023, 23:00
5 prinsip ölkəmiz tərəfindən təklif olunub - İlham Əliyev"Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edərkən deyib. Prezident qeyd edib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür.
19-04-2023, 22:30
Ermənistan sülh müqaviləsinə cavab vermir - XİN
Ermənistan sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməyib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmiz əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində deyilir. "Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir", - XİN qeyd edib.
19-04-2023, 21:30
İlham Əliyev ABŞ-ın dövlət katibi ilə sülh məsələsini müzakirə etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub. Erika Olson vurğulayıb ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
19-04-2023, 21:00
XİN əsir düşən hərbiçilərimizlə bağlı açıqlama verdi
Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir. Bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavabında yer alıb. "Ermənistan XİN-nə məlum olmalıdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər hansı bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin əsaslı və qanuni qüvvəyə minmiş hökmü yoxdursa həmin şəxs təqsirsiz sayılır. Görünür ki, hüququn aliliyindən bəhs edən Ermənistan tərəfinin hüququn elementar prinsiplərindən belə xəbəri yoxdur. Bununla yanaşı, Ermənistanın sözügedən addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra, Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir", - deyə rəsmi şərhdə qeyd olunub.
19-04-2023, 20:00
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketiAprelin 19-da ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib. O, hərbi yardım paketinin tərkibini və dəyərini açıqlamayıb. Xatırladaq ki, aprelin 4-də ABŞ Ukraynaya 2,6 milyard dollar məbləğində hərbi yardım paketi ayırmışdı.
19-04-2023, 19:32
İlham Əliyevdən Ramazan bayramı təbrikiPrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Əziz bacı və qardaşlarım! Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin. Ramazan bayramınız mübarək olsun!"
19-04-2023, 19:30
Güləşçimiz Avropa çempionatında finala yüksəldiAzərbaycan güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib. Xanım idmançımız yarımfinalda polşalı Anna Lukasyaka 9:0 hesabı ilə qalib gəlib. Beləliklə, Mariya Stadnik 9-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.