Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-04-2023, 19:00
Bişkekdə Heydər Əliyevin 100 illiyi şərəfinə sərgi keçirilib


Bişkekdə Heydər Əliyevin 100 illiyi şərəfinə sərgi keçirilib

Qırğızstanın paytaxtı Bişkek şəhərində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgi ölkəmizin Qırğızstandakı səfirliyi tərəfindən təşkil olunub. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto- şəkillər və Azərbaycanın görkəmli rəssamı Nailə Qəndilovanın Azərbaycan motivləri əsasında çəkdiyi rəsm əsərləri nümayiş etdirilib. Sərgini giriş nitqi ilə Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab Lətif Qəndilov açıb. Sərginin açılışında iştirak edən Qırğızstan hökümətinin və parlamentinin yüksək vəzifəli nümayəndələri çıxış edərək Azərbaycan Respublikasının inkişafında və müstəqilliyin bərpa olunmasından sonrakı dövlət quruculuğu proseslərində Heydər Əliyevin tarixi rolundan bəhs ediblər. Sərgidə həmçinin Milli Məclisin üzvləri Musa Quliyev və Cavanşir Feyziyev, eləcə də Qırğızstanın tanınmış ictimai- siyasi və mədəniyyət xadimləri, Azərbaycan diasporasının təmsilçiləri iştirak ediblər.
19-04-2023, 18:30
Nəqliyyat Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalandı


Nəqliyyat Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalandı

Prezident İlham Əliyev aprelin 19-da Nəqliyyat Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasına sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.
Şuranın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Şuranın üzvləri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.
Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
19-04-2023, 18:17
“Gənc nəslin ictimai fəallığının artırılması dövlətimizin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir”



“Gənc nəslin ictimai fəallığının artırılması dövlətimizin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir”

Təhsilalanlar arasında ictimai fəallıq onların ümumi inkişafının vacib aspektidir. Bu, təhsilalanlara lazımi münasibətlər qurmağa, yeni müxtəlif bacarıqlar öyrənməyə, eyni zamanda sosial və emosional zəkanın inkişafına kömək edir. Bununla belə, sosial medianın kommunikasiya mənzərəsində üstünlük təşkil etdiyi bugünkü rəqəmsal əsrdə tələbələr arasında üz-üzə ünsiyyətin daha az yayıldığı müşahidə edilir. Nəticədə, bir çox tələbə lazımi əlaqələr qurmaq və münasibətlərini saxlamaq üçün mübarizə aparır, bu bəzən təcrid və hətta depressiya hisslərinin yaranmasına səbəb olur. Digər aspektdən yanaşsaq, müasir dünyada təhsilalanlar akademik və şəxsi uğurlarına təsir edə biləcək geniş spektrli təzyiq və problemlərlə üzləşirlər.
Bu çətinliklərin öhdəsindən gəlməyin yollarından biri də ictimai-sosial fəaliyyətdir. İctimai-sosial fəaliyyət onlara həmyaşıdları ilə əlaqələr yaratmaq, vacib bacarıqları inkişaf etdirmək və ümumi rifahını yaxşılaşdırmaq, eyni zamanda müasir dövrün tələblərinə adaptasiya olmaq üçün dəyərli imkanlar təqdim edə bilər. Araşdırmalar göstərir ki, ictimai-sosial fəaliyyət təhsilalanların akademik fəaliyyətinə müsbət təsir göstərə bilər. Onlar həmyaşıdları ilə ünsiyyətdə olduqda və onlarla ünsiyyət qurduqda, asanlıqla öz fikirlərini paylaşa, layihələr və tapşırıqlar üzərində əməkdaşlıq edə və işləri ilə bağlı rəylər ala bilərlər.
Bundan əlavə, sosial qarşılıqlı əlaqə bu qrupun mənəviyyatını yüksəldə bilər ki, bu da onların akademik uğur üçün mövqeyinin yaxşılaşdırmasına gətirib çıxarır. Sosiallaşma təhsilalanlar arasında aidiyyat hissi yaratmağa və özlərini onları dəstəkləyən bir cəmiyyətin bir hissəsi hiss etmələrinə səbəb olur. Bu, öz növbəsində, akademik və şəxsi çətinliklərin öhdəsindən gəlməyə kömək edir, onların inamını artırır və stress səviyyələrini azaldır. Təhsilalanlar arasında ictimai fəallığın artırılması ümumi olaraq ictimai fəaliyyətin inkişafına xüsusi təsir göstərir. Bu sahədə ciddi araşdırmaların aparılması zamanı ictimai fəaliyyətin inkişafı üçün fərqli təcrübələr və məlumatların bir araya gətirilməsi vacibdir. Bu, fərqli insanlarla əlaqələr quraraq, fərqli ideyaların və inkişaf yollarının paylaşılmasına və qarşılıqlı öyrənməyə imkan verir. Bir sözlə desək təhsilalanlar arasında ictimai fəallığın artırılması çox önəmlidir. Bu istiqamətdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların təcrübəsinə baxaq bilərik.
Məsələn, ictimai fəallığın artırılması istiqamətində elə öz ölkəmizdə mövcud olan praktikaya nəzər salaq. Qeyd edək ki, gənc nəslin ictimai fəallığının artırılması dövlətimizin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün ölkəmizdə ölkə başçısı tərəfindən məktəb və liseylərdə, kollec və universitetlərdə təhsil alan yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, onların yaradıcılıq potensialının ölkəmizin inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsinə xüsusi diqqətlə yanaşılır. Dövlətimizin həyata keçirdiyi gənclər siyasəti gənclər arasında ictimai fəallığın artırılması prosesində stimulverici böyük amildir.
Bu gün ölkəmizdə gənclərin davamlı inkişafını təmin etmək üçün müxtəlif istiqamətlər üzrə kifayət qədər gənclər təşkilatları, könüllü təşkilatları, ictimai birliklər, eyni zamanda gənclər sektorunda fəaliyyət göstərən bir çox təşkilatların bir araya gəldiyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) və.s kimi qurumlar fəaliyyət göstərir. Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında, ölkəmizin inkişafında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə ölkə rəhbərliyinin birbaşa diqqət göstərməsi gələcək nəslin və ictimai-sosial sektorun hərtərəfli inkişafını köklü şəkildə təmin edən əsas faktordur.

Bu gün təhsil müəssisələrindəki mövcud duruma baxsaq demək olar ki, Azərbaycanda bütün orta, ali və.s digər təhsil müəssisələrində tələbə təşkilatları, tələbə klubları fəaliyyət göstərir. Bunların fəaliyyət istiqamətlərini araşdırsaq həm klassik təşkilatların , həm də ixtisaslaşmış təşkilatların olduğunu görə bilərik. Məsələn bunlara daha çox Tələbə Gənclər Təşkilatını, Tələbə Elmi Cəmiyyətini, Tələbə Həmkarlar İttifaqı Komitəsini və.s aid etmək olar. Bununla yanaşı bəzi universitetlərdə müasir dövrün tələblərinə uyğun olaraq spesifik fəaliyyətləri olan, İT, rəqəmsallaşma və.s kimi sahələrdə ixtisaslaşmış tələbə klubları fəaliyyət göstərir. Eyni zamanda sadaladığımız bu təşkilatlara üzv olmaq, onların işində aktiv iştirak etmək bütün gənclər, təhsilalanlar üçün əlçatandır.
Ümumi baxış keçirdikdən sonra nəticə olaraq bütün təhsilalanlar, əvvəldə də qeyd etdiyimiz kimi həm universitet daxilində , həm də universitetdən kənar fəaliyyət göstərən gənclər təşkilatlarına, ictimai birliklərə və.s üzv olub, onların həyata keçirdiyi fəaliyyətlərdə, layihələrdə aktiv iştirak edərək özlərinin liderlik, kommunikasiya, idarəçilik və.s bacarıqlarını inkişaf etdirə bilərlər. Bununla bərabər maarifləndirmə və həmrəylik işləri, mədəni fəaliyyətlər və digər sosial tədbirlərin təşkili prosesində iştirak edərək, nəticədə ictimai fəallığlarını artırıb ümumi rifahlarını yaxşılaşdıra, sosial və emosional zəkalarının inkişafını təkmilləşdirə bilərlər.

Cabbar Cəlilov,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin 4-cü kurs tələbəsi, Tələbə-rektor

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb
19-04-2023, 16:58
İlham Əliyevdən Ramazan bayramı təbriki


İlham Əliyevdən Ramazan bayramı təbriki

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Əziz bacı və qardaşlarım! Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin. Ramazan bayramınız mübarək olsun!"
19-04-2023, 16:55
Ərdoğan Kılıçdaroğlundan 105 min lirə təzminat alacaq


Ərdoğan Kılıçdaroğlundan 105 min lirə təzminat alacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəqibi, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludan 105 min lirə mənəvi təzminat alacaq. Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib. Belə ki, Ərdoğan Kılıçdaroğlunu hüquqlarını pozduğu iddiası ilə verdiyi məhkəməni udub. Qərara əsasən, 105 min lirə Kılıçdaroğlu tərəfindən ödənilməlidir. Qeyd edək ki, Ərdoğan bundan əvvəlki təzminatı QHT-yə bağışlamışdı.
19-04-2023, 16:30
Şuşa ətrafında yeni stansiya açılacaq


Şuşa ətrafında yeni stansiya açılacaq

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar seysmoloji tədqiqatların aparılması üçün Qarabağda ilk stansiya Şuşada tikiləcək”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. “Şuşa ətrafında yeni stansiya açılacaq. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparmaq üçün 10 stansiya qurulacaq” -, Q.Yetirmişli vurğulayıb.
19-04-2023, 16:00
Azərbaycan və İsrail əməkdaşlığı genişləndirir


Azərbaycan və İsrail əməkdaşlığı genişləndirir

Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir. Aprelin 19-da Bakıda keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen imzalayıb. Sazişdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, tullantı sularının təmizlənməsi standartları, suyun düzgün idarə edilməsinin ekoloji aspektləri, hava keyfiyyətinin monitorinqi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Sazişin imzalanması iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə və yeni əlaqələrin yaradılmasına öz müsbət töhfəsini verəcək.

19-04-2023, 15:30
Rusiya Qarabağ üzrə üçtərəfli sazişlərin qəbulunu zəruri hesab edir - Peskov


Rusiya Qarabağ üzrə üçtərəfli sazişlərin qəbulunu zəruri hesab edir - Peskov

"Cənubi Koreya Moskvaya qarşı kifayət qədər qeyri-dost mövqe tutub, hərbi yardımın göndərilməsi ehtimalı bu kursun davamıdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Seulun Ukraynaya silah tədarükünə başlaması dolayısı ilə münaqişədə müəyyən mərhələnin başlanması demək olacaq. Rusiya Federasiyası Ukrayna polisinin Kiyev-Peçersk Lavrasına girişi bağlamağa çalışan hərəkətlərini qətiyyətlə pisləyir", - o qeyd edib. "Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə gerçək əsasdır. Rusiya Federasiyası Qarabağ üzrə üçtərəfli sazişlərin qəbulunu mübahisəsiz və zəruri hesab edir", - deyə Peskov əlavə edib. Kreml sözçüsü Rusiyanın Avropadakı obyektlərdə təxribat hazırlaması ilə bağlı Qərb mətbuatının xəbərlərini təkzib edib və Qərb mətbuatının “Şimal axını”nda törədilən terror aktlarının araşdırılması zərurətinə daha çox diqqət yetirməsini təklif edib.
19-04-2023, 15:00
Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq üzrə iclas keçirildi


Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq üzrə iclas keçirildi

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçirilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. Nazir qeyd edib ki, iclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirilib. Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat kimi mövzularda əməkdaşlıq müzakirə edilib.



19-04-2023, 14:30
Çin ABŞ-ı Ukraynadakı münaqişəni alovlandırmaqda ittiham etdi


Çin ABŞ-ı Ukraynadakı münaqişəni alovlandırmaqda ittiham etdi

"ABŞ Ukraynadakı münaqişəni qızışdırır, Çin isə həlli üçün sülh planı təklif edir". Bunu Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminq TASS-a müsahibəsində deyib. "ABŞ Koreya yarımadasındakı eskalasiyada mənfi rol oynayıb. Tayvan Çinin ayrılmaz hissəsidir və heç vaxt dövlət olmayacaq. Tayvan məsələsi xarici qüvvələrə aid deyil və hərbi əməliyyat Pekinin qanuni variantıdır. Çin ABŞ-ın hərəkətlərinə qarşı milli ləyaqət və suverenliyi qətiyyətlə müdafiə edəcək", - deyə o bildirib. "ABŞ üzərində Çinin hava şarı ilə bağlı insident Vaşinqtonun öz uydurmasıdır, Çin cihazın hava məkanına daxil olması barədə dərhal dövlətləri xəbərdar edib", - deyə nümayəndə iddia edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!