7-04-2023, 14:35
Tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilirAzərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir. Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 14:28
Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlibGürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
7-04-2023, 14:22
Sabahın hava proqnozuAzərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
7-04-2023, 14:18
Ermənistan Müdafiə Naziriliyi hərbi təlimlərlə bağlı açıqlama verdiDünən Pentaqonun saytında “Defender 2023” təlimi ilə bağlı informasiyada Ermənistan da iştirakçı ölkələr siyahısına salınıb. Lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi dəyişiklik edib və Ermənistan iştirakçılar siyahısından çıxarılıb. "Armenpress" məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Torosyan "Ermənistan Silahlı Qüvvələri bu təlimlərdə iştirak edəcəkmi?" sualını belə cavablandırıb: "Bu il Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: Bunlar KFOR (Kosova Qüvvələri) və "Saber Junction" təlimləridir".
7-04-2023, 14:11
Blinken İsçevin NATO-ya üzv olacağı tarixi açıqladıABŞ dövlət katibi Antoni Blinken etiraf edib ki,
Dövlət Departamenti Əfqanıstanın Taliban tərəfindən ildırım sürəti ilə ələ keçirilməsinə hazır deyildi. Onun sözlərinə görə, Vaşinqton 2021-ci ildə paytaxt Kabilin Talibanın nəzarətinə keçəcəyini də gözləməyib. "Bu, çox çətin hesab olunurdu, lakin açıq-aydın baş verdi və çox ciddi bir hadisə idi. Buna hazırlaşmaq üçün daha çox şey edilə bilərdi və edilməli idi", - ABŞ rəsmisi vurğulayıb. Blinken İsveçin NATO-ya daxil olma tarixini də açıqlayıb: "Bu, iyulun 11-də baş verəcək, çünki Macarıstan və Türkiyə istisna olmaqla, demək olar ki, bütün alyans ölkələri İsveçin üzvlüyünü təsdiqləyib".
7-04-2023, 14:08
Ermənisatan NATO-nun hərbi təlimlərində iştirak edə bilməyəcəkErmənistan NATO-nun aprelin 22-də başlayacaq hərbi təlimlərində iştirak edəcək ölkələrin siyahısından çıxarılıb. Bu barədə Ermənistanın "Hayeli" nəşri məlumat yayıb. Bildirilib ki, Pentaqonun rəsmi saytında dərc edilmiş siyahıda dəyişiklik edilib və Ermənistan həmin siyahıdan kənarlaşdırılıb. Bundan əvvəl Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqh təlimdə Ermənistanın da iştirak edəcəyini bildirmişdi. Lakin sonradan bu ölkənin siyahıdan çıxarılmasının səbəbi açıqlanmayıb.
7-04-2023, 14:06
Ukrayna əks-hücuma yaxın həftələrdə başlayacaq - BlinkenABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücumunun yaxın həftələrdə başlayacağını bildirib.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bu hərəkətlərini dəstəkləyəcək. Blinken əlavə edib ki, Krımın qaytarılıb-qaytarılmaması ilə bağlı qərarı Ukrayna verməlidir. "Ukrayna demokratik ölkədir. Prezident Volodimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır, lakin o, ukraynalıların iradəsini dinləməlidir", - o qeyd edib.
7-04-2023, 14:03
Ermənistan bütün təklifləri rədd edir - XİN başçısıSon 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib. Azərbaycanın daim UNESCO-nun missiyasını dəstəklədiyini bildirən XİN rəhbəri vurğulayıb ki, UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Nazir qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir: "Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir".
7-04-2023, 13:40
Prezident Tarif Şurasıyla bağlı fərman imzaladıAzərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibində dəyişiklik edilib. Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Qərara əsasən, Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Tarif Şurasının üzvü təyin edilib. Digər bir dəyişikliklə Tarif Şurasının iclasları üzvlərdən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Bundan əvvəl Tarif Şurasının iclasları üzvlərdən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.
7-04-2023, 00:05
Türkiyənin ən böyük hərbi gəmisi istifadəyə hazırlaşırTürkiyənin ən böyük döyüş gəmisi gələn həftənin ilk günü istifadəyə veriləcək. Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir məlumat verib. "TCG Anadolu" adlı gəminin Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilir. Gəmi zirehli maşınlar, təyyarə, helikopter və pilotsuz uçuş aparatını daşıyacaq. Gəminin uzunluğu 231 metr, eni 32 metrdir. "TCG Anadolu" gəmisi, həmçinin pilotsuz uçuş aparatlarının uçuşu üçün nəzərdə tutulub.