Torpağın səsinə hay verdik .....                        Rumen Radevin Azərbaycana səfəri başa çatdı .....                        Ermənistandan KTMT-yə qarşı daha bir demarş .....                        Paşinyanın sədrliyi ilə Moskva görüşü başladı .....                        İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı .....                        Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı .....                        Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO .....                        Ərdoğan Əli Əsədovu qəbul etdi .....                        Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı .....                       
5-04-2023, 23:01
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski


Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski

"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:55
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski


Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski

"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:51
İranda məktəbli qızlar kütləvi şəkildə zəhərləndi


İranda məktəbli qızlar kütləvi şəkildə zəhərləndi

İranda Novruz bayramı tətilinin başa çatmasından və təhsil müəssisələrinin açılmasından sonra məktəbli qızlara kimyəvi hücumlar yenidən başlayıb. Bazar ertəsi və çərşənbə axşamı ölkə daxilində ən azı beş məktəb hədəfə alınıb. Məktəbli qızlar binalara buraxılan kimyəvi maddələrdən zəhərləniblər. Urmiya və Nəqədə şəhərlərində, Təbriz və İsfahanda məktəblərə hücumlar barədə məlumat yayılıb. ISNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, təkcə Təbrizdən 20 qız tələbə tənəffüs əlamətləri və nəfəs darlığı ilə xəstəxanaya aparılıb. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. İran rəsmiləri qızların kütləvi zəhərlənməsinə görə xarici qüvvələri günahlandırır və bunun ölkənin düşmənləri tərəfindən törədildiyini bildirirlər.
5-04-2023, 16:35
Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq - Zelenski


Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Polşada mühüm açıqlama verib. Zelenski gələcəkdə Ukrayna ilə Polşa arasında heç bir sərhəd olmayacağını bəyan edib. "Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq. Siyasi, iqtisadi və daha çox vacib olan tarixi sərhədlər aradan qalxacaq. Ancaq bunun üçün hələ qalib gəlmək lazımdır. Bunun üçün bir az daha sıx şəkildə irəli getməliyik", - deyə o bildirib.
5-04-2023, 13:24
Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak


Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak

"Ukrayna Krımı 5-7 aya geri qaytaracaq". Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Krım. Reali”yə müsahibəsində deyib. O qeyd edib ki, Rusiya Federasiyasının ələ keçirilən yarımadanı saxlamaq üçün resursları yoxdur və onun sözlərinə görə, müharibənin məntiqi Krımın işğaldan azad edilməsinin bu müddət ərzində baş tutacağını göstərir. “Biz mütləq çox qısa müddətdə Krımda olacağıq, tarixi baxımdan 5-7 aya geri alacağıq”, - o əlavə edib. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
5-04-2023, 13:22
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
5-04-2023, 13:20
İlham Əliyev İsmoili Somoni abidəsini ziyarət etdi


İlham Əliyev İsmoili Somoni abidəsini ziyarət etdi

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.




5-04-2023, 13:14
Prezident Tacikistanda səfərdədir


Prezident Tacikistanda səfərdədir

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.



5-04-2023, 13:11
Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalandı


Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalandı

Bakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalanıb. İmzalanma mərasimi Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində baş tutub. Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutur.
5-04-2023, 13:08
Qazaxıstandan Putinin həbsiylə bağlı açıqlama


Qazaxıstandan Putinin həbsiylə bağlı açıqlama

Qazaxıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri baş tutacağı təqdirdə onu həbs etməyəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevin sözlərinə görə, rəsmi Astana Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu imzalamayıb və məhkəmənin son qərarlarına baxmayaraq, bu sənəd respublikaya şamil edilmir. Qeyd edək ki, bundan əvvəl Macarıstan Putinin ölkəyə gələcəyi halda onu həbs etməyəcəyini, Almaniya isə həbs edəcəyini elan etmişdi. Ermənistan Konstitusiya Məhkəməsi isə martın sonunda BCM qarşısında öhdəliklərini tanıyı, bu da Putini öz ərazisində həbs etməyə imkan verir. Amma Ermənistan parlamentindən bildirilib ki, hakim partiya və komandanın Putini beynəlxalq məhkəməyə təhvil vermək niyyəti yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!