Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
3-04-2023, 16:56
Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov


Qələbə paradı üçün gücləndirilmiş tədbirlər görülür - Peskov

"Mayın 9-da keçiriləcək qələbə paradında təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür, bayram tədbirində dəyişiklik gözlənilmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya ətrafında hadisələrin aqressiv inkişafı silahlı qüvvələrdən profilaktik istifadə hüququnu zəruri edir. Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması ilə bağlı ayrı-ayrı ölkələrin narazılığı onların öz işidir. Neft hasilatının səviyyəsinin aşağı salınması dünya enerji sektorunun maraqlarına uyğun həyata keçirilir. Rusiya Federasiyası OPEC+ ölkələri ilə daim təmasdadır və bazarın sabitləşdirilməsində öz maraqları var", - sözçü bildirib. Peskov bir sıra OPEC+ ölkələrinin neft hasilatını könüllü şəkildə azaltmaq qərarını “müstəqil xətt” adlandırıb: "Putin bu həftə xarici səfirlərin etimadnaməsini qəbul edəcək və Moskva vilayətinin qubernatoru ilə işgüzar görüş keçirəcək".
3-04-2023, 16:52
“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi


“Baykar” şirkəti Pakistana “Akıncı” PUA-ları göndərdi

Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib. PUA-nın fotoları Pakistan mediasında yayılıb. Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir. İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib.
3-04-2023, 16:49
Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı


Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı

3 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb. Bu barədə XİN-dən bildirilib. Görüşdə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov, Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilmədisi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb. Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb. Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
3-04-2023, 16:46
Prezident Selçuk Bayraktarı qəbul etdi


Prezident Selçuk Bayraktarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi. Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi. Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
3-04-2023, 13:55
Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan


Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan

"Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir". Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan rumıniyalı həmkarı ilə görüşündə deyib. Mirzoyanın Buxarestə səfəri zamanı Ermənistan və Rumıniyanın xarici işlər nazirləri arasında siyasi mövzular, təhlükəsizlik məsələləri və Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrası ilə bağlı dialoq baş tutub.
3-04-2023, 13:52
Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu


Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumunda iştirak edən daha bir nəfərin kimliyi açıqlanıb. Saxlanılan şəxslərdən biri İlkin Süleymanovdur. Onun Xocəsən ərazisində saxlanıldığı bildirilir. Qeyd edək ki, Fazil Mustafaya qarşı törədilən terrorla bağlı 6 nəfər saxlanılıb.

3-04-2023, 13:50
Vardanyana şiddət göstərn deputat azadlığa buraxıldı


Vardanyana şiddət göstərn deputat azadlığa buraxıldı

Ermənistan parlamentində düşən dava zamanı deputat həmkarı Vladimir Vardanyanı döyən Mher Saakyan azadlığa çıxıb. O, həbsindən 72 saat sonra sərbəst buraxılıb. Qeyd edək ki, insident 31 martda baş vermişdi.
3-04-2023, 13:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
3-04-2023, 13:44
Bəzi səhiyyə ocaqlarında rentgen müayinəsi dayandırıldı - Rəsmi


Bəzi səhiyyə ocaqlarında rentgen müayinəsi dayandırıldı - Rəsmi

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.

3-04-2023, 13:39
Minaya düşərək həyatını itirən hərbiçinin atası danışdı


Minaya düşərək həyatını itirən hərbiçinin atası danışdı

“Oğlumla sonuncu dəfə 3 gün əvvəl danışdıq. O, bizi arxayın etdi ki, hər şey qaydasındadır, xidmət etdiyi ərazidə atışma olmayıb”. Bunu açıqlamasında ötən gün minaya düşərək həlak olan əsgər Novruz Niftalıyevin atası, Qəbələ rayon sakini Eldəniz Niftalıyev bildirib:“Sonuncu dəfə telefonla danışdıq. Özü zəng eləmişdi, dedi ki, “narahat olmayın mən arxadayam, biz olan yerdə heç bir problem yoxdur”. Hər dəfə belə deyirdi. Heç vaxt sirrini verməzdi, “hər şey yaxşıdır” deyərdi. Oğlumun hərbi hissəsinin nömrəsini də bilmirdim. Hadisənin necə baş verməsi haqda bizə dəqiq məlumat verilməyib. Nə deyim, Vətən sağ olsun”. E.Niftalıyev övladının əsgərlikdən əvvəl cüdo ilə məşğul olduğunu, bir neçə dəfə mükafata layiq görüldüyünü söyləyib: “Dərslərini zəif oxuyurdu, ən yüksək qiyməti 3 idi, ancaq çox yaxşı idmançı idi. Cüdo üzrə 9 medalı var. Qəbələ İdman Klubunun ən yaxşı cüdoçularından idi. Orada məşqlər edirdi, bir müddət sonra boyu, çəkisi uyğun olmadı deyə cüdodan imtina edərək, hərbi xidmətə yollandı”. Atasının dediyinə görə, Novruz əsgəri xidmətini başa vurduqdan sonra hərbidə qalmağı planlaşdırırmış: “Məzuniyyətə gələndə mənə narahat olmamağımı, şəraitin yaxşı olduğunu dedi. Xidmətini hərbçi kimi davam etdirmək istəyirdi. Heç nəyə ehtiyacının olmadığını bildirdi. Evə gəlməyinə 6 ayı qalmışdı. Gələ bilmədi...”
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Hadisə Tərtər rayonunun azad olunmuş ərazisində baş verib. Hadisə zamanı həlak olan 2004-cü il təvəllüdlü əsgər Qəbələ rayonunun Nohurqışlaq kənd sakini olub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!