Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
6-04-2023, 08:04
Azərbaycanı Abbas sevən kimi sevin!


Azərbaycanı Abbas sevən kimi sevin!

Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri və sənət adamları iştirak ediblər. Əvvəlcə Abbas Zamanovun və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Sonra Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov qonaqları salamlayaraq onları Abbas Zamanov haqqında yazdığı ,”Vətən fəadaisi” məqaləsi əsasında hazırlanmış videoçarxa baxmağa dəvət edib.
Abbas Zamanov 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Şura hökumətinin qadağaları vaxtı xeyirxahları onu repressiyalardan, təqiblərdən qorumaq üçün ad və soyadındakı Mir, Seyid sözlərini ixtisar ediblər. Professorun uşaqlıq və gənclik illərinin çox keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi yaddaşlarda kristallaşıb.

Abbas Zamanovun həyatına həsr olunmuş videçarxla tanışlıqdan sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyev Azərbaycan ziyalılarının himayəçisi Heydər Əliyev Abbas Zamanov münasibətləri kontekstində”adlı məruzəsi dinlənilib.
O, öz nitqində bildirib ki, mən bu gün burda iştirak etməyi ən çox mənəvi borcum kimi bildim. Çünki Abbas Zamanov bizim ailə dostumuz idi. O, mənim babamla çox yaxın idi. Və bu gün burada olmağı həm bir siyasi xadim kimi, həm də ailə dostu olaraq mənəviyyat borcu bildim. Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.
Məruzəçi professorla bağlı öz xatirələrindən danışanda bildirib ki, mənə uşaq olarkən deyərdilər,- "Sovet dövründə hamı oxuyur amma sən oxuyanda Abbas Zamanov kimi oxu". Və mən bu gün deyirəm ki Azərbaycanı sevəndə Abbas Zamanov kimi sevmək lazımdır".

Sonra söz Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli Abbas Zamanovun necə dostcanlı olmasından danışıb. Onun az danışan, çox iş görən, qəti mövqedə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı olduğunu qeyd edib. Vətəndaş, alim sözünün hər kəsə aid edilə bilməyəcəyini fəqət Abbas Zamanovun bu sözün tam haqqını verdiyini vurğulayıb, İsa Həbibbəyli:
“Abbas bəy, o dövrkü Sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarlnın yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməyi o zamankı dövrün bir əfsanəsi hesab olunurdu.
Ulu öndərin 100 illiyinə həsr edilmiş ildə Abbas Zamanovu yad etmək qürurvericidir.”
Daha sonra isə söz Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrindən, İsa Həbibbəyli və Abbas Zamanovun daim birlikdə olduqlarından, isti münasibətlərindən, birgə fəaliyyətlərindən danışıb. Qəzənfər Paşayev kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib. O, Abbas müəllimlə birlikdə olduğu məclislərdən, onun necə alicənab şəxsiyyət olduğundan və onun iştirak etdiyi məclislərin aliliyindən bəhs eləyib. Qeyd edib ki, əgər vətənpərvərlik bizlərdə varsa, burada Abbas Zamanovun böyük rolu var.

Xalq şairi Sabir Rüstəmxanlı Abbas Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Onun Fransaya səfəri zamanı göstərdiyi şücaətin tam bir cəsarət nümunəsi olduğunu bildirib. Millət vəkili müasir zamanda belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə və tələbə gənclərin bu cür tədbirlərə cəlb edilməısinə böyük ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ziyalılarımızın daim yad edilməsinin, onların xatirələrinin uca tutulmasının gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağın yaradılmasında böyük rolu var.

Millət vəkili Etibar Əliyev, Məhəmmədəmin Rəsulzadənin nəvəsi, rəssam, ictimai xadim Rais Rəsulzadə və digər çıxış edənlər Abbas Zamanovla bağlı maraqlı xatirələr danışıblar.
Tənqidçi alim Qurban Bayramov gənclik illərində elmi araşdırmalarından, Xalq şairi Səməd Vurğunla bağlı yazılarına görə təqiblərə məruz qaldığı vaxtlarda Abbas Zamanovun haqqın müdafiəsinə necə cəsarətlə qalxmasından danışıb. Səməd Vəkilova bu uzun illər yaddaqalacaq tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. Ona adını daşıdığı qohumu Səməd Vurğun yaradıcılığına həsr olunmuş kitablarını hədiyyə edib.
Onu da qeyd edək ki, bəzi tədbir iştirakçıları bu böyük insan haqqında öz xatirələrindən, Abbas Zamanova olan sevgilərindən danışarkən duyğulanaraq gözyaşlarına hakim ola bilməyiblər.

Sonda Səməd Vəkilov tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək yekun sözü Abbas Zamanovun qardaşı oğlu Mirmusa Seyidova verib. O, əmisinin xatirəsini əziz tutanlara, görüşün təşkilatçılarına təşəkkür edərək, bu görüşü heç zaman unutmayacağını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsilə yekunlaşıb.


Tehran Yusifli
“Bütöv Azərbaycan”ın xüsusi müxbiri
Fotolar Rahim Qədimovundur
5-04-2023, 23:56
Lukaşenko rusiyalı həmkarı ilə görüşdü


Lukaşenko rusiyalı həmkarı ilə görüşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşün jurnalistlər üçün açıq olan hissəsində Putin deyib ki, iki ölkə bütün sahələrdə birgə çox böyük işlər görüb. Onun sözlərinə görə, Rusiya və Belarusun ticarət dövriyyəsi 12% artıb.
5-04-2023, 23:54
“Qarabağ” klubu “Qalatasaray”la oyundan əldə olunan gəliri açıqladı


“Qarabağ” klubu “Qalatasaray”la oyundan əldə olunan gəliri açıqladı

"Qarabağ" klubu "Qalatasaray" ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb. Klubdan verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5-04-2023, 23:50
Fransada keçirilən aksiyada etirazçıların sayı 800 minə çatacaq


Fransada keçirilən aksiyada etirazçıların sayı 800 minə çatacaq

Fransada pensiya islahatlarına qarşı etirazlar səngimir. Aprelin 6-da keçiriləcək etiraz aksiyasında 800 minə yaxın insanın iştirak edəcəyi gözlənilir. Fransanın daxili işlər naziri Jerald Darmanen aksiyalarda təhlükəsizliyin təmin olunmasına 11,5 min polis və jandarmın cəlb olunacağını bildirib. Xatırladaq ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını, habelə bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara səbəb olub.
5-04-2023, 23:47
Gürcüstan buğda ixracına qoyulan qadağanı ləğv etdi


Gürcüstan buğda ixracına qoyulan qadağanı ləğv etdi

Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda buğda və arpa ixracı qadağan edilmişdi.
5-04-2023, 23:43
İlham Əliyev tacikistanlı həmkarını Azərbaycana dəvət etdi


İlham Əliyev tacikistanlı həmkarını Azərbaycana dəvət etdi

Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında söyləyib. Tacikistanlı həmkarı Emoməli Rəhmonu Azərbaycana səfərə dəvət edən dövlətimizin başçısı deyib: “Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq”.
5-04-2023, 23:39
Çexiyadan Ukraynaya 33 milyon dollarlıq yardım


Çexiyadan Ukraynaya 33 milyon dollarlıq yardım

Çexiya Ukraynaya 33 milyon dollara yaxın hərbi yardım etməyi planlaşdırır. Bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib. Ukraynaya veriləcək silahların siyahısı Çexiya Prezidenti Petr Pavloya təqdim edilib. "Baş Qərargah rəisi Karel Rzehka ilə birlikdə planlaşdırdığımız yardımın həcmi təxminən 33 milyon dollar təşkil edir. Bu, maliyyə yardımı deyil, hələ də anbarlarımızda olan hərbi vasitələrdir, bizim ehtiyacımız yoxdur. Ordu həqiqətən öz müdafiə qabiliyyətinə zərər vermədən bu silahları Ukraynaya göndərə bilər”, - açıqlamada deyilir.
5-04-2023, 23:37
Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik - Rəhmon


Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik - Rəhmon

Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib. “Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik”, - deyə Tacikistan Prezidenti vurğulayıb.
5-04-2023, 23:18
Sabitlik inkişafın əsasıdır - İlham Əliyev


Sabitlik inkişafın əsasıdır - İlham Əliyev

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib. "Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, - deyə dövlət başçısı bildirib.
5-04-2023, 23:12
Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyirik, amma.. - Çexiya XİN


Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyirik, amma.. - Çexiya XİN

Çexiya Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləyir, lakin hesab edir ki, təkcə bu addım Rusiya təcavüzünə qarşı Kiyevin problemlərini həll etməyəcək. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. "Əlbəttə, biz Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləyirik. Amma bu, Ukraynanın problemini avtomatik həll edəcək bir şey deyil", - XİN başçısı deyib. Lipavski hesab edir ki, NATO-ya üzv ölkələr Ukraynaya yardımın artırılmasına, o cümlədən hərbi texnika fonduna pul ayrılmasına diqqət yetirməlidirlər. Çexiya XİN rəhbəri Ukraynanın Alyansa qoşulmasının uzaq perspektiv olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!