28-04-2023, 13:30
Peşə məktəblərində qiyabi təhsil ləğv edilirPeşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif olunub. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.
28-04-2023, 13:00
Sertifikatlaşdırmadan keçməyənlərin yenidən iştirak hüququ olacaqÜzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsinə görə, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
28-04-2023, 12:30
NATO-nun bütün döyüş potensialı Rusiyaya qarşı istifadə edilib - Şoyqu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan həmkarlarını bu il Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə növbəti konfransda iştirak etməyə dəvət edib. Bu barədə TASS məlumat yayıb. "ABŞ və müttəfiqlərinin qlobal hökmranlığı saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb. Ukraynadakı münaqişə Vaşinqtonun və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir", - nazir bildirib. "Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi. Pentaqonun Ukraynada həyata keçirdiyi hərbi-bioloji proqramlar bioloji silahların komponentlərinin hazırlanmasına yönəlib", - deyə Şoyqu iddia edib.
28-04-2023, 12:00
Fransa XİN rəhbəri Göyçəyə baş çəkibFransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Ketrin Kolonna Cermuka baş çəkib. Onu Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edib. Nazir Avropa İttifaqının Monitorinq Missiyasının fəaliyyətini yüksək qiymətləndirib. "Bu missiya gərginliyi azaltmağa və sərhəddəki vəziyyət haqqında məlumat almağa imkan verir", - deyə o qeyd edib. Xatırladaq ki, Kolonna bundan əvvəl Azərbaycanda səfərdə idi.
28-04-2023, 11:30
Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.
28-04-2023, 11:00
Şəhid anasına qarşı oğurluq əməli törədildiMingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib. Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
28-04-2023, 10:30
Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilibTürkiyədə seçkilərdə iştirak edəcək prezidentliyə namizədlərin TRT telekanalında təbliğat-təşviqat üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtında növbəliliyi təmin etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatma Ali Seçki Komissiyası tərəfindən təşkil olunub. Nəticələrə əsasən, namizədlərin hansı sıra ilə çıxış edəcəyi müəyyən edilib. Belə ki, ilk çıxışı müxalifətin "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, ikinci ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İtttifaqı"nın namizədi Sinan Oğan, üçüncü Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce, dördüncü çıxışı isə hazırkı prezident, hakim "Cümhur İttifaqı"nın vahid namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan edəcək. Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda baş tutacaq.
27-04-2023, 22:00
Baydenin unutqanlığı kameraların gözündən qaçmayıbABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreyalı həmkarı Yun Suk Yeulla görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında diqqətçəkən detal ortaya çıxıb. Belə ki, mətbuat nümayəndələrinin sualları cavablandırılarkən Co Baydenin əlindəki kağızlar kameralara tuş gəlib. 80 yaşlı liderin əlindəki kağızlarda mətbuat konfransında sual verəcək jurnalistlərin adlarının, işlədiyi media orqanının adı və fotoşəkillərinin olduğu görünüb. Bəzi müşahidəçilər bunu Baydenin unutqanlığı ilə izah edib. Baydenin səhhəti bir çox amerikalı tərəfindən sosial mediada yenidən müzakirə mövzusu olub.