20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
26-04-2023, 20:00
Sülhməramlı qüvvələrin yeni komandanı təyin olundu


Sülhməramlı qüvvələrin yeni komandanı təyin olundu

Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrə yeni komandan təyin edilməsi barədə məlumatı təsdiqləyib. Bu barədə Nazirliyin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, 25 aprel 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib.
26-04-2023, 19:30
Ermənistan əldə edilmiş razılaşmalardan boyun qaçırır - XİN rəhbəri


Ermənistan əldə edilmiş razılaşmalardan boyun qaçırır - XİN rəhbəri

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da fəaliyyət göstərən “Xəzər Siyasət Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Xəzər regionunda siyasi, iqtisadi, təhlükəsizlik vəziyyəti, bu sahələr üzrə tədqiqatların aparılması sahəsində əməkdaşlıq məsələləri və perspektivlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub. Nazir ölkəmizin də bir hissəsi olduğu Xəzər dənizi regionu üzrə elmi-analitik tədqiqatların aparılmasının vacibliyindən bəhs edərək, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiyini bildirib. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsinin Mərkəzin fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə edilib. C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh gündəliyinin irəli aparılması sahəsində fəaliyyət və mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində öhdəliklərindən boyun qaçırmasının bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına təhdid törətdiyi diqqətə çatdırılıb. Laçın-Xankəndi yolunda yaradılmış sərhəd-keçid məntəqəsi qərarının mahiyyəti barədə məlumat verilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
26-04-2023, 19:00
Zelenski Si Cinpinlə danışıqların detallarını açıqladı


Zelenski Si Cinpinlə danışıqların detallarını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığının detallarını açıqlayıb. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski bildirib ki, telefon danışığı bir saat davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələləri müzakirə edilib. "Biz Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz öz torpağımızdayıq və özünümüdafiə haqqını dərk edərək gələcəyimiz üçün mübarizə aparırıq", - deyə o bildirib. Prezident, həmçinin vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci ilin hüdudlarında bərpa edilməlidir. Zelenskinin sözlərinə görə, söhbət zamanı Ukrayna-Çin tərəfdaşlığının möhkəmləndirilməsi yollarını da müzakirə ediblər. "İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək", - Ukrayna lideri vurğulayıb.
26-04-2023, 18:30
ABŞ-dan Zelenski və Si Cinpinin danışıqlarına müsbət reaksiya


ABŞ-dan Zelenski və Si Cinpinin danışıqlarına müsbət reaksiya

ABŞ Çin lideri Si Cinpinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarını alqışlayır. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Biz sədr Si ilə Prezident Zelenski arasında telefon danışığı olması xəbərini alqışlayırıq. Yaxşı olduğunu düşünürük. Biz çoxdan deyirik ki, ÇXR Ukraynanın mövqeyi ilə tanış olmalıdır. Bunun sülhə doğru nəzərə çarpan bir hərəkətə töhfə verib-verməyəcəyini hələ bilmirik", - o deyib. Qeyd edək ki, bu gün Çin və Ukrayna liderləri arasında telefon danışığı baş tutub. Danışıqlar Ukraynanın təşəbbüsü ilə həyata keçirilib.
26-04-2023, 18:00
Sərhəd-buraxılış məntəqəsi içməli suyla təmin olundu


Sərhəd-buraxılış məntəqəsi içməli suyla təmin olundu

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Agentliykişğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.
26-04-2023, 16:30
“Heydər Əliyevin 100 illiyi” medalı təsis olundu


“Heydər Əliyevin 100 illiyi” medalı təsis olundu

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.
26-04-2023, 16:00
Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı


Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı

Ukrayna prezidenti Volodimir Zelenski və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub. Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb. "Uzun və mənalı telefon danışığı apardıq. Bu zəngin və Ukraynanın Çinə səfir təyin etməsinin ikitərəfli əlaqələrimizin inkişafına güclü töhfə qazandıracağına inanıram", - deyə Zelenski qeyd edib. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Zelenski ilə Si Tsinpin arasında söhbətin təşəbbüskarı Ukrayna tərəfi olub. Ukrayna prezidentinin nümayəndəsi Sergey Nikiforov isə deyib ki, söhbət bir saata yaxın davam edib. "RİA Novosti" agentliyinin məlumatına görə, Çin lideri diqqətə çatdırıb ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Kiyevlə əməkdaşlığa hazırdır. O, həmçinin qeyd edib ki, Çin öz nümayəndəsini həlledici məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə göndərəcək.
26-04-2023, 15:30
İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi


İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi

İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imamına qarşı silahlı hücum olub. Bu barədə Mazandaran valisinin müavini Ruhullah Səlaqi bildirib. Məlumata görə, Babolsarda Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində qətlə yetirilib. Ona hücum edən şəxs artıq həbs edilib. Abbas Əli Süleymani Ali rəhbər Əli Xameneinin Sistan və Bəlucistan vilayətindəki nümayəndəsi, Zahidanın imam cüməsi olub.
26-04-2023, 15:00
Laçın rayonunda kəllə sümüyü aşkarlandı


Laçın rayonunda kəllə sümüyü aşkarlandı

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
26-04-2023, 14:30
Ərdoğanın bütün görüşləri ləğv olundu


Ərdoğanın bütün görüşləri ləğv olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Bu barədə Ərdoğan "Facebook" hesabında məlumat yayıb. O, dünən canlı yayım zamanı yaşanan kiçik narahatlığa görə arzu və dualarını çatdıran hər kəsə təşəkkür edib. "Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaş-bacılarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqını halal etsinlər. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik", - Ərdoğan deyib. Qeyd edək ki, dünən Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!