Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-04-2023, 21:30
Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı


Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı

Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop twitter hesabında bildirib. “Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik. İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - türkiyəli spiker qeyd edib.
27-04-2023, 20:30
Fransa XİN başçısı Paşinyanla görüşdü


Fransa XİN başçısı Paşinyanla görüşdü

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolunda və Qarabağdakı vəziyyət müzakirə edilib. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının fəaliyyətinə toxunulub. Qeyd edək ki, Kolonna bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
27-04-2023, 18:30
Türkiyə nüvə enerjisinin ən ucuz mənbələrindən biri olacaq - Putin


Türkiyə nüvə enerjisinin ən ucuz mənbələrindən biri olacaq - Putin

“Türkiyə artıq nüvə enerjisinə, dünyanın ən ucuz mənbələrindən birinə malik ölkə olacaq”. Bunu Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində onlayn formatda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib. “Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES ölkələrimiz arasında qonşuluq münasibətlərinə töhfə verəcək”, - Putin söyləyib. “Akkuyu AES-dəki sistem dünyanın ən müasir və etibarlı təhlükəsizlik sistemlərindən biridir”, - o əlavə edib.
27-04-2023, 18:00
Braziliya Ukraynaya üçün sursat göndərməkdən imtina etdi


Braziliya Ukraynaya üçün sursat göndərməkdən imtina etdi

Braziliya Ukrayna üçün Almaniyaya sursat göndərməkdən imtina edib. Bu barədə "Unian" nəşri yazıb. Bildirilib ki, Braziliya prezidenti Lula da Silva bunu “hərbi münaqişənin tərəfinə çevrilmək” istəməməsi ilə izah edib. Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolts ondan Almaniyadan alınmış tank mərmilərini Ukraynaya tədarük üçün göndərməyi xahiş edib.
27-04-2023, 16:49
İki tərəfin də zərər çəkməsini istəmirik - Fransa XİN


İki tərəfin də zərər çəkməsini istəmirik - Fransa XİN

İstəmirik ki, iki tərəf (Azərbaycan və Ermənistan-red) zərər çəksin. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. O, Fransanın sülh səylərini artırmaq istədiyini söyləyib. "Fransa səylərini artırmaq istəyir. Regionda jest lazımdır, bununla da sülh prosesi başlaya bilər",- deyə fransalı nazir qeyd edib.
27-04-2023, 16:47
Ceyhun Bayramov Fransanın XİN başçısına iradlarını qeyd etdi


Ceyhun Bayramov Fransanın XİN başçısına iradlarını qeyd etdi

Avropa ölkələri arasında Fransa hər zaman danışıqlarda fəal iştirak edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanın əsas istəyi ədalətli yanaşmadır. "Bizim hər zaman istəyimiz ədalətli yanaşma olub. Təcavüzkar və təcavüzə məruz qalan ölkə arasında tarazlıq qoyulurdu. Biz bir dəfə də olsun Fransadan iki il ərzində Ermənistana çağırış görmədik. Fransa bir dəfə də demədi ki, Ermənistan 10 min qanunsuz silahlını öz büdcəsi ilə Qarabağda silahlandırır. Bunların hamısı sülhə mənfi təsir edir. Bunları xanım nazirə xatırlatmaq istəyirik", - deyə XİN başçısı vurğulayıb.
27-04-2023, 16:44
Prezident Fransa XİN başçısını qəbul etdi


Prezident Fransa XİN başçısını qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə etdi, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb. Dövlətimizin başçısı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu dedi, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu qeyd edib. Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib. Katrin Kolonna Fransa Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırıb. Vurğulayıb ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Emmanuel Makrona çatdırmağı xahiş edib. Katrin Kolonna bildirdi ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu dəyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
27-04-2023, 16:30
Fransa XİN başçısı Ceyhun Bayramovu Parisə dəvət etdi


Fransa XİN başçısı Ceyhun Bayramovu Parisə dəvət etdi

Biz danışıqları davam etdirmək niyyətindəyik. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. "Mən bura komandamla gəlmişəm. Xanım səfirlərin üzərinə məsuliyyət düşür. Sizdən də xaiş edirəm ki, mümkün diplomatları ayırasınız və sizi yenidən Parisə dəvət edirəm", - deyə Fransa XİN başçısı ölkəsinin Azərbaycanla danışıqları davam etdirmək istədiyini söyləyib.
27-04-2023, 16:00
Fransa Azərbaycanın sülh səylərini dəstəkləyir - Ketrin Kolonna


Fransa Azərbaycanın sülh səylərini dəstəkləyir - Ketrin Kolonna

Fransa Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini gücləndirəcək. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. "Sülh üçün qarşılıqlı maraqlar lazımdır. Fransa Azərbaycanın sülh üçün səylərini dəstəkləyib və dəstəkləyəcək", - deyə nazir vurğulayıb.
27-04-2023, 15:30
Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama


Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Laçın yolundakı vəziyyət barədə açıqlama verib. Bu barədə o, XİN-də keçirdiyi ənənəvi mətbuat konfransında danışıb. Nazirlik sözçüsü qeyd edib ki, İrəvan da Laçın yolu ətrafında vəziyyətin həlli üzrə məqbul variantların axtarışına öz töhfəsini verməlidir. Rusiya XİN rəsmisi ölkəsinin vəziyyətin üçtərəfli razılaşmalar məcrasına qaytarılması üzrə iş apardığını əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!