Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-10-2023, 21:31
Sülhməramlılarımız Qarabağdakı vəziyyətlə bağlı əllərindən gələni edir - Lavrov


Sülhməramlılarımız Qarabağdakı vəziyyətlə bağlı əllərindən gələni edir - Lavrov

Qarabağdakı sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Qarabağdan Rusiyaya getmək istəyənlərin qarşısını ala bilmərik. Biz azərbaycanlı tərəfdaşlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyat tərzini bərpa etmək, ermənilərlə azərbaycanlıların ortaq yaşayışına şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bu məsələdə maraqlı olmalıdır və onlar bunun üçün səy göstərəcəklər”, - deyə o bildirib.
2-10-2023, 21:02
Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutuldu


Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutuldu

Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, itki yoxdur.
Rusiya sülhməramlı kontingentinin komandanlığı və Azərbaycan tərəfi faktla bağlı araşdırma aparır.
2-10-2023, 20:47
Ermənilər Xankındidən çıxarkən 16 meyiti morqda saxlayıblar


Ermənilər Xankındidən çıxarkən 16 meyiti morqda saxlayıblar

Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar.
Bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir.
Faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb.
Rəsmi Bakı ölkəmiz humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
2-10-2023, 20:32
BMT Xankəndiylə bağlı mühüm açıqlama verdi


BMT Xankəndiylə bağlı mühüm açıqlama verdi

Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır.
Bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə yaydığı bəyanatda deyilir.
Missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar.
Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.
Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.
2-10-2023, 20:23
Qarabağdakı erməni sakinlərin müraciətləri dinlənildi


Qarabağdakı erməni sakinlərin müraciətləri dinlənildi

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.
Hər iki qurumun mətbuat xidmətlərinin daxil olan birgə məlumatda bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.
Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib.
2-10-2023, 20:03
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutdu


Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutdu

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
2-10-2023, 19:46
Prezident xanımı və oğlu ilə sərgidə iştirak etdi


Prezident xanımı və oğlu ilə sərgidə iştirak etdi

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər.
Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub.
Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.
Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxdılar.
Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.
Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alır.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.



2-10-2023, 19:34
Erməni silahlı qüvvələrinin tərk-silah prosesi yekunlaşır - XİN Başçısı


Erməni silahlı qüvvələrinin tərk-silah prosesi yekunlaşır - XİN Başçısı

Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərk-silah prosesi yekunlaşır.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən deyib.
Nazir ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərk-silah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.
Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.
2-10-2023, 18:48
Ermənilərin təhvil verdiyi siyahısı təqdim olundu


Ermənilərin təhvil verdiyi siyahısı təqdim olundu

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə oktyabrın 2-si saat 18:00-a olan məlumat yayıb.
Məlumatda ermənilərin təhvil verdiyi siyahısı təqdim olunub

SİLAHLAR

1. Atıcı silahlar – 2608

2. Qumbaraatanlar – 235

3. Top və haubitsalar – 60

4. Minaatanlar – 64

5. Tank əleyhinə silahlar – 58

6. HHM silahları – 165

TEXNİKA

1. Zirehli texnika – 31

2. Avtomobil texnikası – 265

3. Qoşqular – 23

4. Yardımçı texnika – 9

DÖYÜŞ SURSATLARI

1. Raketlər – 1700

2. Top və haubitsa mərmiləri – 5177

3. Zenit top mərmiləri – 31771

4. Minaatan mərmiləri – 12806

5. Qumbaralar – 5880

6. Əl qumbaraları – 3068

7. Patronlar – 2009970

8. Digər sursatlar – 5778

CİHAZLAR

1. Optik cihazlar – 314

2. Digər cihazlar – 38

TƏCHİZAT

1. Fərdi təchizat vasitələri – 1027

2. Müxtəlif silahların qurğuları – 15

3. Digər təchizat vasitələri – 3323

2-10-2023, 18:22
Xankəndidə ilk erməni sakininə tibbi xidmət göstərildi


Xankəndidə ilk erməni sakininə tibbi xidmət göstərildi

Bu gün Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.
Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.
Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!