Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
18-10-2023, 23:25
İsrail BMT-dən üzr istəməsini tələb etdi


İsrail BMT-dən üzr istəməsini tələb etdi

İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.
Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxış edərkən deyib.
“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər “iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və “Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, - o qeyd edib.
Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib:
“HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə. Bu günədək heç ən sadə şeyi – Təhlükəsizlik Şurası olaraq, HƏMAS-ın terror hücumunu qınamayıbsınız <<…>> Təhlükəsizlik Şurası sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışır. Bu, təbii ki, xoşniyyətli və vacib məqsədlərdir, lakin HƏMAS-ın növbəti kütləvi qırğınını qabaqlanması üçün həll deyil”.
Diplomat HƏMAS-ın öz xalqının arxasında gizlənərək İsrail şəhərlərini atəşə tutduğunu xatırladıb və BMT-nin bunu pisləmədiyini qeyd edib:
“HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib <<...>> Sonra HƏMAS Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi? HƏMAS beynəlxalq yardımı insanların sıx məskunlaşdığı məhəllələrdə tunel tikməyə istifadə edir. Təhlükəsizlik Şurası harada idi? Susurdu. HƏMAS öz mülki əhalisinin arxasında gizlənərək İsrail şəhərlərinə minlərlə raketlər atırdı. Təhlükəsizlik Şurası harada idi? << ... >> HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər <<...>> Təhlükəsizlik Şurası HƏMAS-ın terror hücumlarını pisləmək yerinə humanitar dəhlizləri müzakirə edir. Başa düşmürsünüz ki, sakitlik, atəşkəsə çağırışlar necə gülməlidir? Bu, sadəcə güllə yarasına leykoplastır vurmaqdır. Humanitar yardımlar gələcək caniliyə əngəl olmayacaq, yeganə variant bu şeytani quruluşun zərərsizləşdirilməsidir”.
Yekunda Gilard Erdan BMT və Təhlükəsizlik Şurasının “bəzi” üzvlərindən üzr tələb edib:
“Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz üzr istəməli, HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. <<…>> HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.
18-10-2023, 21:37
ABŞ Adana şəhərindəki konsulluğunu bağladı


ABŞ Adana şəhərindəki konsulluğunu bağladı

ABŞ etirazlara görə Türkiyənin Adana şəhərindəki konsulluğunu qeyri-müəyyən müddətə bağlayıb.
Bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.
"ABŞ-ın Adanadakı konsulluğu ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları görüşün vaxtını dəyişdirə bilər və onlara ABŞ-ın Ankaradakı səfirliyində xidmət göstəriləcək.
Yaxın bir neçə həftə ərzində Türkiyənin hər yerində İsrail və Qəzzadakı hadisələrlə bağlı böyük nümayişlərin keçirilməsi gözlənilir. Etirazlar yolların bağlanmasına və nəqliyyatın hərəkətinin pozulmasına səbəb ola bilər", - bəyanatda deyilir.
18-10-2023, 21:20
Braziliyanın İsraillə bağlı qətnaməsinə veto qoyuldu


Braziliyanın İsraillə bağlı qətnaməsinə veto qoyuldu

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Braziliyanın İsraillə bağlı qətnaməsinə veto qoyub.
Qətnamə İsraili fələstinlilərin Qəzza zolağının cənubuna köçməsi əmrini ləğv etməyə çağırırdı.
Rusiya və Böyük Britaniya qətnaməyə səsvermədə bitərəf qalıb.
BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 12-si qətnamənin qəbul edilməsinə səs verib: Albaniya, Braziliya, Qabon, Qana, Çin, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İsveçrə, Ekvador, Yaponiya.
18-10-2023, 20:35
İsrail bu ölkələrdəki səfirliklərdən diplomatlarını təxliyə etdi


İsrail bu ölkələrdəki səfirliklərdən diplomatlarını təxliyə etdi

İsrail Misir və Mərakeşdəki səfirliklərdən diplomatlarını təxliyə edib.
Bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.
Buna səbəb Qəzza zolağında xəstəxanaya hücumdan sonra bu ölkələrdə etirazların başlaması olub.
İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını təhlükəli olan ölkələrdən təxliyə edəcəyini bildirib. Departament həmçinin diplomatik nümayəndəliklərin bütün əməkdaşlarından diqqətli olmalarını və zəruri hallarda səfirliyin binasını tərk etməmələrini xahiş edib.
18-10-2023, 18:26
Ceyhun Bayramov türkiyəli həmkarıyla bu mövzuları müzakirə etdi


Ceyhun Bayramov türkiyəli həmkarıyla bu mövzuları müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.
18-10-2023, 18:18
Azərbaycan və İran XİN Başçıları görüşdü


Azərbaycan və İran XİN Başçıları görüşdü

18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəkdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən anti-terror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Sülh gündəliyinin irəlilədilməsi istiqamətində yaranmış imkanlardan bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı və genişləndirilməsi istiqamətində 6 oktyabr 2023-cü il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətini qeyd edib.
Ölkəmizin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18-10-2023, 18:08
Ərdoğan bayram münasibətilə Azərbaycanı təbrik etdi


Ərdoğan bayram münasibətilə Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə lideri bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Dünyada tayı bərabəri olmayan bir qardaşlığa sahib olduğumuz Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Prezident İlham Əliyev qardaşıma və bütün Azərbaycan xalqına bu qürur günü vəsiləsi ilə Türkiyənin salamını çatdırıram”, - o qeyd edib.
18-10-2023, 17:57
Amsterdamda Xankəndidə bayrağımızın ucaldılması şərəfinə poçt markaları çap edildi


Amsterdamda Xankəndidə bayrağımızın ucaldılması şərəfinə poçt markaları çap edildi

Niderland Krallığının Amsterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalanmasını əks etdirən poçt markaları çap edilib.
Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində “Qarabağ Azərbaycandır!” və “Xankəndi” sözləri yazılıb.
Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Heydər Əliyev - 100”, “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi - 880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.
18-10-2023, 17:42
Avropa İttifaqından Azərbaycanla bağlı təbrik paylaşımı


Avropa İttifaqından Azərbaycanla bağlı təbrik paylaşımı

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını təbrik edib.
Bu barədə Aİ Nümayəndəliyinin "Facebook" hesabında paylaşım edilib.
"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və əmin-amanlıq arzu edirik", paylaşımda qeyd olunub.
18-10-2023, 17:05
Türkiyədə 3 günlük matəm elan olundu


Türkiyədə 3 günlük matəm elan olundu

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.
Bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.
Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.
Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!