Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
18-10-2023, 14:55
Zirehli texnikalarımızın üzərindəki nida işarəsindən mesaj


Zirehli texnikalarımızın üzərindəki nida işarəsindən mesaj

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimlər Azərbaycanda keçiriləcək.
Artıq Türkiyə ilə birgə taktiki təlimə hazırlıq məşqləri keçirilir.
Təlimdə iştirak edəcək Azərbaycan zirehli texnikaları üzərindəki nida işarəsi (!) ilə diqqət çəkib.
Durğu işarəsinin mütləq mənası açıqlanmasa da, bunun ölkə liderinin bir müddət öncə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" sözünün qüvvəti olduğunu yəqin etmək olar. Bunu həm də birgə təlimdə qardaşlıq simvolu kimi qiymətləndirə bilərik.



18-10-2023, 14:47
Paşinyan Dunya Miyatoviçi qəbul etdi


Paşinyan Dunya Miyatoviçi qəbul etdi

Oktyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçi qəbul edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı həmsöhbətlər Qarabağdan köçən ermənilərlə bağlı vəziyyəti müzakirə ediblər.
Baş nazir xanım Miyatoviçin səfərini alqışlayıb və bunun ortaya çıxan çağırışların və problemlərin başa düşülməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Miyatoviç öz növbəsində qeyd edib ki, onun məqsədi mövcud ehtiyacları, o cümlədən Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi ilə bağlı ehtiyacları qiymətləndirməkdir.
Ermənistan hökumətinin insan hüquqlarının müdafiəsi sahəsində apardığı islahatlar və gələcək ikitərəfli əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
18-10-2023, 14:18
Qəzzada Əl-Əhli xəstəxanasında ölənlərin sayı 800 nəfərə çatdı


Qəzzada Əl-Əhli xəstəxanasında ölənlərin sayı 800 nəfərə çatdı

Xəbər verdiyimiz kimi, Qəzzada Əl-Əhli xəstəxanasına raket atılıb. Nəticədə ölənlərin sayı artıq 800 nəfəri keçib. İsrail hücumda İslami Cihad qrupunun iştirak etdiyini bildirib, Fələstin lideri Mahmud Abbas isə hücumu “İsrailin müharibə cinayəti” adlandırıb.
"Kommersant" nəşri həmin tibb müəssisəsi haqqında məlumatları icmalda toplayıb.
Əl Əhli Xəstəxanası 1882-ci ildə anqlikan kilsəsinin Missiya Kilsə Cəmiyyəti tərəfindən Qəzzada tikilib və şəhərin ən qədim xəstəxanalarından biridir. Qəzzanın cənubundakı Zeytun bölgəsində yerləşir. Ərəb dilindən tərcümədə adı "Ərəb Xalq Xəstəxanası" deməkdir.
1954-cü ildən 1982-ci ilə qədər xəstəxana Cənubi Baptist Kilsəsinin Tibbi Missiyası tərəfindən idarə olunub, o zamandan bəri Əl-Əhli Baptist Xəstəxanası kimi tanınır. 1980-ci ildən bu qurum Qüds Yepiskop Kilsəsi tərəfindən idarə olunur.
Xəstəxana “Embrace the Middle East” beynəlxalq xeyriyyə təşkilatları tərəfindən dəstəklənir. Səyyar klinika proqramı ətraf şəhər və kəndlərdəki insanlara pulsuz tibbi xidmət və yemək verir. Qüds yeparxiyasının saytında deyilir ki, tibb müəssisəsinin cəmi 80 çarpayısı var, lakin son günlər xəstəxanada Qəzzada evlərini tərk edən 5 minə qədər qaçqın yerləşdirilib.
Bundan əvvəl, 14 oktyabr 2023-cü ildə xəstəxananın Xərçəng Müalicəsi Diaqnostika Mərkəzi artıq raket atəşinə məruz qalmışdı. Nəticədə xəstəxananın 4 əməkdaşı xəsarət alıb, üst iki mərtəbəyə ciddi ziyan dəyib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də hadisəyə münasibət bildirib.
“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını - red.) siz yox, qarşı tərəf həyata keçirib”, - Bayden İsrailin baş nazirinə deyib.
ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir. O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib.
18-10-2023, 14:01
Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub - Xaçatryan


Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub - Xaçatryan

Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub.
Bunu bu gün keçirilən məhkəmədə Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan deyib.
"Mən bu yaşa çatmışam, hələ bir nəfərə əlimi vurmamışam. Mən azərbaycanlılarla yaxın olmuşam. Əlimi qoyub and içə bilərəm. Mən tutulmuşam, burdayam, ona görə mənim adımı çəkirlər. Mən eşşək kimi işləyib, ailəmi saxlamışam. Kəndi yandıranlar Ermənistandan və xaricdən gələn muzdlular idi. Mən olmamışam. Kənd sakinlərini güllələyən erməni sahə müvəkkili Alik olub. Meşəliyə hücum edənlər bir gün əvvəllər Xankəndində toplaşdılar. Onlar Armais və onun dəstəsi idi", - o deyib.
Qeyd edək ki, kənd sakinləri Xaçatryanın Meşəli qırğınlarında iştirak etdiyini bildiriblər.
18-10-2023, 13:52
İran əleyhinə heç bir məhdudiyyət yoxdur - Əli Baqeri


İran əleyhinə heç bir məhdudiyyət yoxdur - Əli Baqeri

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, bu gündən (18 oktyabr 2023) etibarən İran əleyhinə heç bir məhdudiyyət yoxdur.
Bunu İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kəni özünün “X” səhifəsində yazıb.
Ə.Baqeri Kəninin sözlərinə görə, qeyd olunan qətnaməyə əsasən, İrandan və İrana ballistik raketlərlə əlaqədar bütün fəaliyyətlər və alış-satışlarla bağlı bütün məhdudiyyətlər başa çatır.
Baqeri əlavə edib ki, bu gündən 2231 saylı qətnamə siyahısında qeyd olunan şəxslər və qurumlara qarşı bütün məhdudiyyətlər, o cümlədən, əmlakın bloklanması məhdudiyyəti sona çatır və bu siyahı BMT-nin saytından çıxarılacaq.
İranlı nazir müavini bildirib ki, qeyd olunan qətnamə əsasında milli və regional səviyyədə İran əleyhinə tətbiq olunan sanksiyalar və məhdudlaşdırıcı tədbirlərin hamısı sona çatmalıdır. Bu çərçivədə məhdudiyyətlərin saxlanması və ya yeni sanksiyaların tətbiq olunması 2231 saylı qətnaməni açıq-aşkar pozur.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, İran öz nüvə proqramının dinc məqsədli olduğunu əks etdirmək üçün nüvə sənayesi ilə əlaqədar müxtəlif proqramlar açıqlayır. Lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin əldə etdiyi məlumatlara görə, cari ildə İran yüksək ölçüdə zənginləşdirilmiş uranın miqdarını 27% artırıb və hazırda bu ölkənin zənginləşdirilmiş uran ehtiyatı 4 745 kiloqramdır. Bu isə Hərtərəfli Birgə Fəaliyyət Planında İrana sahib olması üçün uranın həcmi ilə əlaqədar verilən icazədən 15 dəfə çoxdur.
18-10-2023, 13:35
Türkiyə XİN-dən Azərbaycana təbrik mesajı


Türkiyə XİN-dən Azərbaycana təbrik mesajı

Türkiyə Xarici İşləri Nazirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyə XİN “X” platformasında paylaşım edib.
“Müstəqilliyinin bərpasının 32-ci ildönümündə Can Azərbaycanı təbrik edirik!”, – paylaşımda qeyd edilib.
18-10-2023, 13:11
Baydendən İsrailə dəstək - Xəstəxanaya hücumu Fələstin həyata keçirib


Baydendən İsrailə dəstək - Xəstəxanaya hücumu Fələstin həyata keçirib

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza zolağında yerləşən Əl-Əhli xəstəxanasına hücum barədə danışıb.
O, hücumun İsrail ordusu tərəfindən həyata keçirilmədiyi versiyasını dəstəkləyib.
“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını – red.) siz yox, qarşı tərəf həyata keçirib”, - Bayden İsrailin baş nazirinə deyib. ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir.
O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib.
Fələstin hücuma görə İsraili günahlandırır. İsrail isə ittihamları rədd edir.
18-10-2023, 12:44
Füzulidə inzibati binanın inşası üçün 12 hektardan çox sahə ayrılıb


Füzulidə inzibati binanın inşası üçün 12 hektardan çox sahə ayrılıb

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu inzibati binanın inşası üçün şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb.
Bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.
O qeyd edib ki, inzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
18-10-2023, 12:20
Kreml Paşinyanın Avropa Parlamentindəki son çıxışını pislədi


Kreml Paşinyanın Avropa Parlamentindəki son çıxışını pislədi

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki son çıxışını tam məsuliyyətsizlik və provokativ hesab edir.
Bu barədə “Ria Novosti”yə Moskvadakı yüksək rütbəli mənbə bildirib.
Paşinyanın xüsusən də Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirləri təxribat xarakterli çıxış kimi qiymətləndirilib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli hesab edirik”.
“Biz görürük ki, onlar Ermənistanı necə 3 nömrəli Ukraynaya (Moldovanı 2 nömrəli Ukrayna hesab etsək) çevirməyə çalışırlar, Paşinyan isə Vladimir Zelenskinin yolu ilə sıçrayış edir”, - mənbə əlavə edib.
18-10-2023, 12:03
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz yağışda fasilə olacaq.
Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!