"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
23-10-2023, 23:08
3+3 formatında Qəzza zolağındakı vəziyyət müzakirə edildi


3+3 formatında Qəzza zolağındakı vəziyyət müzakirə edildi

Tehranda keçirilən Cənubi Qafqaz üzrə 3+3 formatında toplantının iştirakçıları Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə İranın dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan, Ermənistan, İran, Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri Qəzza zolağındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail tərəfində 1,4 min, Qəzza zolağında isə 4 mindən çox insan həlak olub.
23-10-2023, 22:35
Türkiyə və Azərbaycan XİN Başçıları görüşdü


Türkiyə və Azərbaycan XİN Başçıları görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüş İranın paytaxtı Tehranda baş tutub.
Hər iki nazir "3+3" toplantısında iştirak etmək üçün Tehranda səfərdədir.
23-10-2023, 22:26
Lavrov Qarabağın Azərbaycana məxsus olduğunu bildirdi


Lavrov Qarabağın Azərbaycana məxsus olduğunu bildirdi

Qarabağ Azərbaycana məxsusdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımların atmaq lazımdır.
"Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtsadi əlaqələrin qurulması qalır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır. Lakin “3+3” platforması özü-özlüyündə Azərbaycan və Ermənistanın iştirak etdiyi digər əlavə platformalar kimi Bakı ilə İrəvan arasında qalan problemləri həll etməyə obyektiv kömək edir”, - Lavrov vurğulayıb.
23-10-2023, 22:03
Fransa Ermənistanaradiolokasiya sistemləri verəcək


Fransa Ermənistanaradiolokasiya sistemləri verəcək

Fransa Ermənistana üç GM200 radiolokasiya sistemləri verəcək.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İrəvan və Paris, həmçinin Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Bildirilib ki, Fransa eyni zamanda Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasında kömək edəcək, ölkənin ordusunda islahatlar və modernləşdirmə səylərini dəstəkləyəcək.
Qeyd edək ki, hərbi sazişi Ermənistanın müdafiə naziri Suren Papikyan və onun fransalı həmkarı Sebastian Lekornu imzalayıb.
23-10-2023, 21:09
Türkiyənin milli müdafiə naziri Azərbaycana gəldi


Türkiyənin milli müdafiə naziri Azərbaycana gəldi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib.
Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
O, "Mustafa Kamal Atatürk-2023" təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün Bakıda səfərdədir.
Naziri Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qarşılayıb.
23-10-2023, 20:50
Azərbaycanla Ermənistan arasında münaqişə həll olunub - Lavrov


Azərbaycanla
Ermənistan arasında münaqişə həll olunub - Lavrov


Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən “3+3” görüşündən sonra bildirib.
Onun sözlərinə görə, tərəflər gələcək praktiki addımlar atmalıdır.
Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.
23-10-2023, 20:37
"3+3" formatında növbəti görüşün harada keçiriləcəyi açıqlandı


"3+3" formatında növbəti görüşün harada keçiriləcəyi açıqlandı

"3+3" formatında növbəti görüş Türkiyədə keçiriləcək.
Bu barədə Tehranda keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə XİN başçıları 2024-cü ilin birinci yarısında Türkiyədə görüşəcək.
Qeyd edək ki, bu gün keçirilən toplantıda Gürcüstan tərəfi iştirak etməyib.
23-10-2023, 20:23
Hakan Fidan ermənistanlı həmkarıyla görüşdü


Hakan Fidan ermənistanlı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş İranın paytaxtı Tehranda baş tutub.
Qeyd edək ki, hər iki nazir "3+3" toplantısında iştirak etmək üçün İranda səfərdədir.
23-10-2023, 19:54
Ceyhun Bayramov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı


Ceyhun Bayramov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Zəngəzur dəhlizi Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyası yaradacaq.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxışı zamanı bildirib.
Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini vurğulayıb.
23-10-2023, 19:44
Ceyhun Bayramov Tehran görüşündə bu mesajları verdi


Ceyhun Bayramov Tehran görüşündə bu mesajları verdi

23 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak və çıxış edib.
XİN-dən verilən xəbərə görə, nazir çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.
Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.
Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.
Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb.
Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün də vacib olduğunu diqqətə çatdırıb.
Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu qeyd edib.
Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb.
Nazir çıxışında Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb.
Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib.
Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!