"3+3" formatında növbəti görüşün harada keçiriləcəyi açıqlandı"3+3" formatında növbəti görüş Türkiyədə keçiriləcək.
Bu barədə Tehranda keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə XİN başçıları 2024-cü ilin birinci yarısında Türkiyədə görüşəcək.
Qeyd edək ki, bu gün keçirilən toplantıda Gürcüstan tərəfi iştirak etməyib.