Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-10-2023, 22:17
ABŞ Konqresinin Nümayəndələr Palatası dördüncü dəfə spiker seçdi


ABŞ Konqresinin Nümayəndələr Palatası dördüncü dəfə spiker seçdi

Luizianadan olan konqresmen, Ukraynaya yardımın
əleyhinə olan respublikaçı Mayk Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Səsvermə zamanı Mayk Conson 220 səs, onun rəqibi demokrat Hakim Cefris isə 209 səs toplayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası dördüncü dəfə spiker seçib. Buna qədər Respublikaçılar və Demokratlar tərəfindən irəli sürülən namizədlərin heç biri kifayət qədər səs toplaya bilməyib. Bu səbəbdən qanunverici orqan tam iclas keçirə və qanun layihələrini nəzərdən keçirə bilməyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Conson “fantastik spiker” olacaq.
25-10-2023, 21:26
Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün yeni tərəfdaşlar axtarırıq


Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün yeni tərəfdaşlar axtarırıq

Ermənistan Rusiya hərbi bazalarını öz ərazisində saxlamağa davam etməkdə heç bir üstünlük görmür.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.
"Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirməli olduğumuz qərara gətirdi və biz indi bunu etməyə çalışırıq", - Paşinyan bildirib.
O nəşrə müsahibəsində qeyd edib ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün İrəvan yeni tərəfdaşlar axtarır.
Qəzet xatırladıb ki, bir neçə gün əvvəl Ermənistan Fransadan müasir hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.
25-10-2023, 21:13
Baş nazir Gürcüstana səfər etdi


Baş nazir Gürcüstana səfər etdi

Baş nazir Əli Əsədov Gürcüstana səfərə gedib.
Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Əli Əsədovu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb.
Baş nazir sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.
Forumda Əli Əsədovla yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilir
25-10-2023, 20:44
Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır - XİN


Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır - XİN

Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilir.
Qeyd edilib ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.
"Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.
Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - şərhdə vurğulanır.
25-10-2023, 20:25
Mirzoyanın iddialarlnı qətiyyətlə pisləyirik - XİN


Mirzoyanın iddialarlnı qətiyyətlə pisləyirik - XİN

"25 oktyabr tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatlarına dair şərhində əksini tapıb.
Bildirilib ki, Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur.
"Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir.
Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur.
Bununla yanaşı, Qranada görüşünün yekun açıqlamasına istinadən müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri növbəti dəfə xatırlayan Ermənistan tərəfi unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə sözügedən prinsipləri bütün səyləri ilə pozan tərəf olub.
Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır.
Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.
Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - XİN-dən bildirilib.
25-10-2023, 19:49
Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edildi


Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edildi

Bir qrup radikal Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edilib.
Səfirliyin girişinə boya və tüstü bombaları atılıb.
Polis və xilasetmə qrupları hadisə yerinə gəlib.
Səfirlikdən verilən məlumata görə, maskalı şəxslər boya və tüstü bombaları ilə hücum edib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
25-10-2023, 19:21
Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər almışıq - Mirzoyan


Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər almışıq - Mirzoyan

İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər alıb.
Bunu parlamentdə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib.
O qeyd edib ki, Ermənistan təkliflərə cavablar hazırlayır.
25-10-2023, 18:52
BMT Ermənistanla bağlı narahatlığını ifadə etdi


BMT Ermənistanla bağlı narahatlığını ifadə etdi

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda diskriminasiya əleyhinə hərtərəfli qanunvericiliyinin olmamasından narahatlığını ifadə edib.
Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib.
Sənəddə göstərilib ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrıseçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır.
Sənəddə həmçinin, məhdud imkanlı və marjinallaşdırılmış fərd və qrupların iqtisadi, sosial və mədəni hüquqlara çıxışda davamlı olaraq ayrıseçkiliyə üzləşdiyi qeyd olunub.
BMT komitəsi Ermənistana diskriminasiya əleyhinə qanunvericiliyinin tətbiqini gücləndirmək çağırışı edib.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT komitəsinin sənədinə münasibət bildirib.
“Ermənistan tərəfindən etnik azərbaycanlılara qarşı uzunmüddətli nifrət və diskriminasiya məsələsi (həm Ermənistanda, həm də keçmiş işğal altındakı Azərbaycan ərazilərində) Azərbaycan tərəfindən 2023-cü ilin yanvarında Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış dövlətlərarası iddiaların özəyini təşkil edir”, - nazir müavini qeyd edib.
25-10-2023, 17:57
Slovakiyanın Baş naziri seçildi


Slovakiyanın Baş naziri seçildi

Robert Fiko rəsmi olaraq Slovakiyanın Baş naziri olub.
O, bundan öncə bir neçə dəfə hökumətə rəhbərlik edib.
Qeyd edək ki, siyasətçi Ukraynaya hərbi yardımın əleyhinədir.
25-10-2023, 17:46
Mirzoyan: “Kommunikasiyalar regionda sülhün bərqərar olmasına kömək edəcək”


Mirzoyan: “Kommunikasiyalar regionda sülhün bərqərar olmasına kömək edəcək”

"Ermənistan ərazisindən keçən kommunikasiyalar regionda sülhün bərqərar olmasına kömək edəcək".
Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
"İrəvan suverenlik, bərabərlik və hörmət prinsiplərinə əsaslanan regional kommunikasiyaların açılmasında maraqlıdır. Bütün proseslər beynəlxalq hüquq və qarşılıqlı hörmət əsasında getməlidir. Bu barədə İrəvan “3+3” formatında keçirilən görüşdə məlumat verib", - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!