“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian .....                        Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                       
30-10-2023, 14:50
Ermənistanda polis orqanlarının işinə yenidən baxılacaq


Ermənistanda polis orqanlarının işinə yenidən baxılacaq

Ermənistanın polis qoşunları 2024-cü ilə qədər demilitarizasiya olunacaq.
Bunu Ermənistan Daxili İşlər Nazirliyinin katibi Ara Fidanyan parlamentdə bildirib.
O, gələcək mühafizəçi funksiyalarını təqdim edib. Fidanyan deyib ki, mühafizə ictimai asayişin və təhlükəsizliyin, dövlət binalarının qorunması, dövlət protokolu çərçivəsində nümayəndə heyətini müşayiət etmək və digər funksiyalara cavabdeh olacaq.
Ərazi polis orqanlarının funksiyalarına və işinə də yenidən baxılacaq və onlar icma polisinə çevriləcək. Bununla yanaşı, regional idarələrin əvəzinə əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bölmələr yaradılacaq.
30-10-2023, 14:15
Mahaçqala hadisələrindən sonra geniş görüş keçiriləcək - Putin


Mahaçqala hadisələrindən sonra geniş görüş keçiriləcək - Putin

"Putin Mahaçqala hadisələrindən sonra geniş görüş keçirəcək".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Dünəndən bəri o, Dağıstandakı vəziyyətlə bağlı FTX-dən, Rusiya Qvardiyasından və respublika rəhbərindən ətraflı hesabatlar alır. Peskov Mahaçqalada etirazçılara qarşı hansı tədbirlərin görülə biləcəyindən danışmayıb, onlara görüşü gözləməyi təklif edib. Bədxahlar vəziyyətdən asanlıqla sui-istifadə edir və Qəzzadan dəhşətli kadrlar fonunda Dağıstan hadisələri ilə bağlı insanları təxribata çəkirlər. Mahaçqala hava limanında baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən xarici informasiya təsirinin nəticəsidir. Mahaçqalada baş verənlər Milli Birlik Gününün qeyd olunmasına təsir etməyəcək. Putin Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya Federasiyasında cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə edəcək. Rusiya Federasiyası ilə dialoqun zəruriliyi ilə bağlı müzakirələr indi Qərbdə nadirdir, lakin belə müzakirələr “tədricən qızışır”. Hazırda Qərbdən yeni təhlükəsizlik təklifləri yoxdur", - Peskov əlavə edib.
30-10-2023, 13:49
Yaponiya hökuməti HƏMAS-a qarşı hərəkətə keçdi


Yaponiya hökuməti HƏMAS-a qarşı hərəkətə keçdi

Yaponiya hökuməti HƏMAS-ın maliyyələşməsinin qarşısını almaq üçün təşkilatın doqquz liderinin aktivlərinin dondurulması qərarına baxacaq.
Bu barədə hökumətdəki mənbələrə istinadən "NHK" telekanalı məlumat yayıb.
Bildirilir ki, əsas hədəf liderlərin aktivləri, kriptovalyuta fondları və Qəzza zolağına bağlı birjalar olacaq.
30-10-2023, 13:36
Qarabağda özüyeriyən artilleriya qurğuları aşkarlandı


Qarabağda özüyeriyən artilleriya qurğuları aşkarlandı

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır.
Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.





30-10-2023, 13:12
Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrıldı


Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrıldı

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
30-10-2023, 12:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!