Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
19-10-2023, 19:53
İranda 3+3 formatında görüş keçiriləcək


İranda 3+3 formatında görüş keçiriləcək

Tezliklə İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək.
Görüşdə Ermənistan da iştiraka razılıq verib.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.
Onu da əlavə edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüsey Əmir-Abdullahiyan arasında oktyabrın 10-da baş tutan telefon danışığı zamanı da “3+3” formatı müzakirə olunub. Bildirilib ki, görüşdə Cənubi Qafqazda mövcud vəziyyətlə yanaşı, nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə çatdırıblar.
Xatırladaq ki, “3+3” formatının təşəbbüskarı məhz Prezident İlham Əliyev olub.
19-10-2023, 19:41
HƏMAS silahlı qruplaşmasının milli təhlükəsizlik qüvvələrinin komandiri öldü


HƏMAS silahlı qruplaşmasının milli təhlükəsizlik qüvvələrinin komandiri öldü

HƏMAS silahlı qruplaşmasının milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Mheisen və onun ailə üzvləri İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində ölüblər.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, onlar Qəzza şəhərinin Şeyx Radvan məhəlləsindəki evlərində ölüblər.
Məlumatda qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri müharibə başlayandan bəri HƏMAS liderlərini “məhv etmək” məqsədi ilə “hədəfli hücumlar" həyata keçirir.
19-10-2023, 17:45
UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi


UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi ölkədəki hərbi münaqişə ilə əlaqədar İsraildə keçiriləcək bütün oyunları növbəti bildirişə qədər ləğv edib.
Bu barədə birliyin mətbuat xidməti açıqlayıb.
"İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın İcraiyyə Komitəsi təşkilatın himayəsi altında keçirilən turnirlərin növbəti xəbərdarlığa qədər ölkədə keçirilməyəcəyi barədə qərar qəbul edib", - UEFA-nın mətbuat xidmətinin bəyanatında deyilir.
Təşkilat həmçinin 2025-ci il gənclər arasında Avropa çempionatı öncəsi seçmə oyunların ləğvi barədə qərar qəbul edib. Bunlara 21 yaşadək və 17 yaşadək kateqoriyalar daxildir: İsrail, Belçika, Uels və Cəbəllütariq milli komandaları bu gənclərdən ibarət komandaların görüşlərində iştirak etməli idilər.
19-10-2023, 17:36
İsrail naziri: "Biz missiyanı başa çatdırana qədər davam edəcəyik"


İsrail naziri: "Biz missiyanı başa çatdırana qədər davam edəcəyik"

“Son iki həftə ərzində hətta çətin hadisələrdə belə məsuliyyət daşımışam".
Bunu İsraiin müdafiə naziri Yoav Qalant detib.
Nazir Fələstin-İsrail münaqişəsində ölkəni qələbəyə çatdırmaq üçün hər şeyi edəcəyinə söz verib.
"Biz missiyanı başa çatdırana qədər davam edəcəyik", - deyə o bildirib.
19-10-2023, 16:35
Ermənistan hökuməti rus telekanallarının bağlanmasını müzakirə edir


Ermənistan hökuməti rus telekanallarının bağlanmasını müzakirə edir

Ermənistan hökuməti ölkə ərazisində yayımlanan Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir.
Bu barədə yerli KİV-ə yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bildirib.
“Müvafiq addımları nəzərdə tutan razılaşma var, pozuntular olarsa, biz bu addımlardan istifadə edəcəyik”, - Xaçatryan qeyd edib.
O deyib ki, Ermənistanda yayımlanan Rusiya telekanallarının fəaliyyətinə Yüksək Texnologiyalar Sənayesi Nazirliyi nəzarət edir.
19-10-2023, 16:13
Qəzza Fələstin administrasiyasına qaytarılsın - İsrail müxalifət lideri


Qəzza Fələstin administrasiyasına qaytarılsın - İsrail müxalifət lideri

İsrail müxalifətinin lideri Yair Lapid hesab edir ki, Qəzza zolağı üçün ən yaxşı həll sahil anklavının Fələstin administrasiyasının nəzarətinə qaytarılması olacaq.
O, Tel-Əvivdə keçirilən media brifinqində “Times of Israel” qəzetinin sualına cavab olaraq bunu deyib.
“Məncə, sonda ən yaxşısı Fələstin administrasiyasının Qəzza zolağına qayıtması olardı. Bu, ideal deyil və məndən çıxış strategiyasının nə olduğunu soruşsanız, bu, beynəlxalq ictimaiyyətin Fələstin administrasiyasına nəzarəti ələ keçirməsinə kömək etmək olmalıdır. Əvvəllər belə idi. Fələstin Administrasiyasının hələ də Qəzzada 20 minə yaxın adamı var və oradakı bir çox obyekt və təşkilatları onlar tərəfindən uzaqdan idarə olunur”, - o qeyd edib.
"HƏMAS yox olana qədər durmayacağıq. Biz Qəzza əhalisi ilə deyil, HƏMAS-la mübarizə aparırıq”, - Lapid deyib.
Xatırladaq ki, 2007-ci ildən Qəzza zolağı HƏMAS-ın idarəçiliyindədir.
19-10-2023, 15:38
Belarus Abxaziyanın dövlət müstəqilliyini tanıya bilər


Belarus Abxaziyanın dövlət müstəqilliyini tanıya bilər

Belarus Gürcüstanın ərazisi kimi tanınan separatçı Abxaziyanın dövlət müstəqilliyini tanıya bilər.
Bunu qondarma qurumun prezidenti Aslan Bjaniya söyləyib.
O bildirib ki, hazırda bu istiqamətdə müvafiq iş aparılır.
"Abxaziyanın müstəqilliyinin Minsk tərəfindən tanınması barədə danışmaq hələ tezdir, lakin bu istiqamətdə iş gedir", - Bjaniya bildirib.
Qeyd edək ki, 90-cı illərdə yaradılmış Abxaziyanı 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya, eləcə də Suriya kimi bir sıra Moskvayönümlü ölkələr tanıyıb.
19-10-2023, 14:51
"Mustafa Kamal Atatürk - 2023" təliminə hazırlıq prosesi davam edir


"Mustafa Kamal Atatürk - 2023" təliminə hazırlıq prosesi davam edir

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq prosesi davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.
Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

19-10-2023, 14:39
Ağdamda kəndlərin tikintisinə başlanılır


Ağdamda kəndlərin tikintisinə başlanılır

Ağdamda kəndlərdə və yaşayış məntəqələrində artıq torpaq işlərinə başlanılıb. Bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək. Digər kəndlər isə layihələndirmə prosesindədir.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində deyib.
Bəşir Hacıyev qeyd edib ki, Ağdamda dəmir yolu və avtovağzal kompleksinin 2024-cü ilin sonunadək yekunlaşması nəzərdə tutulub. Uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu isə artıq yekunlaşmaq üzrədir.
19-10-2023, 13:18
Gələn ilin Şuşaya 400-ə yaxın ailə köçürüləcək


Gələn ilin Şuşaya 400-ə yaxın ailə köçürüləcək

Gələn ilin I rübündə Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə başlanılacaq və bu proses 400-ə yaxın ailəni əhatə edəcək.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
"Bu yaxınlarda Şuşada geniş miqyaslı yol infrastrukturunun inşasına başlanılacaq. Hazırda sosial obyektlərin tikintisi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq", - deyə o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!