Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
9-07-2024, 17:15
Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış etdi


Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış etdi

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.
Rektor bildirib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssisəsi olacaq:
“Universitetimiz ilk növbədə Azərbaycanımızın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan müasir, yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçiriləcək, həm də tədqiqat əsaslı bir universiteti olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin növbəti mərhələdə inkişafına töhfə verəcək”.
Rektor vurğulayıb ki, növbəti tədris ilinə hazırlıq işləri gedir: “Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa, ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimiz həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə olunacaq”.
Ş.Bayramov abituriyentlərə çağırış da edib: “İxtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar”.
Rektor bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:
“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.
O həmçinin söyləyib ki, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb.
9-07-2024, 14:02

“Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət”

QHT layihəsi: “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda elmi seminar keçirilib
“Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev dövlət başçımızın imzaladığı bu sənədin mətnini iştirakçıların diqqətinə çatdırıb, 44 günlük müharibədə qazanılan möhtəşəm zəfərdən sonra Şərqi Zəgəzur ellərinin da Ana Vətənə qovuşduğunu, bu torpaqların dirçəlişi, yenidən məskunlaşdırılması prosesinin də dövlət başçımızın başçılığı ilə uğurla davam etdiyini bildirib.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Hacı Nərimanoğlu “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda video-təqdimatla çıxış edib. İşğaldan azad edilən yurd yerlərimizdə genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işlərinə başlandığını video görüntülərlə təqdim edən məruzəçi ölkə rəhbərimizin “Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir” sözlərini xatırladaraq deyib: “Bu gün hər bir azərbaycanlı fəxrlə görür ki, hərb meydanında qazanılan qələbənin ardınca başlayan Quruculuq və Böyük Qayıdışın da memarı Azərbaycan Prezidentidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov təqdimatla bağlı çıxış ediblər. Xüsusi qeyd edilib ki, Birliyin və Elmi Mərkəzin bir qrup üzvü AMEA-nın ilk şəhidi, REM-in əməkdaşı olmuş Mahsun Bağırzadənin və Şərqi Zəngəzuda döyüşlərdə şəhid olan igid vətən övladlarının valideynləri və qazilərlə işğaldan azad edilmiş yurd yerlərimizə səfər edərək bu işlərin geniş miqyasının şahidi olmuşlar.
Elmi seminarın iştirakçılarına, REM və digər dövlət, qeyri-hökumət və media qurumlarına Hacı Nərimanoğlunun müəllifliyi ilə QHT-nin nəşr etdirdiyi “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən eyni adlı kitabın nüsxələri təqdim olunmuşdur.
9-07-2024, 07:24
GƏNCƏ DÖVLƏT KUKLA TEATRINDA KƏLAĞAYIDAN BƏHS EDƏN KONSERT  KEÇİRİLİB


GƏNCƏ DÖVLƏT KUKLA TEATRINDA KƏLAĞAYIDAN BƏHS EDƏN KONSERT KEÇİRİLİB

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsert keçirilib. Layihə əsasında reallaşan ilk konsert 7 iyul 2024-cü ildə Gəncə şəhərindən start götürüb. Layihə çərçivəsində '''Azərbaycan kəlağayılarının təbliği" adlı konsert tamaşaçılara təqdim olunub.
Konserti giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, qonaqları salamlayıb. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Güllü Eldar Tomarlı layihənin mahiyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür edib.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ' Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçiriləcəyini bildirib. Güllü Eldar Tomarlı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur.
Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonunun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır.

''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. Layihə rəhbəri Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğunu deyib. O, çıxışında kəlağayımıza Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac var. Belə təbliğ formalarından ədəbi-bədii gecələrin, konsertlərin, festivalların təşkilidir. Təklif etdiyimiz layihə çərçivəsində Bakıda və dörd regionda Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi münasibətilə konsert proqramları və qədimi kəlağayıların sərgisi keçiriləcək. Hesab edirik ki, belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artıracaq.

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva kəlağayının təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bu layihənin çox önəmli və vacib olduğunu bildirib.Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Brilyant Atəş, Mələk İsmayıl, Gəncə şəhər 10 saylı məktəbin müəllimi Aybəniz Murğuzova kəlağayı haqqında yazdııqları şeirləri söylədilər. Aşıq Elbrus Hüseynov, aşıq Firəddin Mehdiyev, balabançı Yaşar Abbasov, Gəncə İncəsənət məktəbinin şagirdləri İlahə Əliyeva, Nicat Abişov, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Gəncə Uşaq İncəsənət məktəbinin ''Gəncə Qönçələri'' rəqs ansamblının üzvləri Amin Əliyev və Ümid Məmmədli çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.
Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılanıb.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu Gəncədə olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. Kəlağayı sənətinin yaranma tarixindən söz açıb. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının yaşadılması, tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün təqdirəlayiq işlər həyata keçirildiyini bildirib. “Azərbaycan kəlağayısının təbliği” adlı layihənin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edib və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.
Sonda Güllü Eldar Tomarlı Azərbayycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstək üçün, Gəncə şəhəri İcra Hakimiyyətinə, Gəncə- Daşkəsən Regional Mədəniyyət idarəsinə, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayevə təşkilati dəstək üçün minnətdarlığını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!