"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
1-08-2024, 17:14
Özbəkistanın Qazaxıstandakı səfirliyi konsulluq xidmətlərini dayandırıb


Özbəkistanın Qazaxıstandakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Özbəkistanın Astanadakı səfirliyi xəbərdarlıq edib ki, bu həftə konsulluq xidmətlərini profilaktik işlər səbəbilə dayandıracaq.
Bu barədə "Kun.uz" məlumat yayıb.
“Özbəkistanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi profilaktik işlərlə əlaqədar 2024-cü il avqustun 5-dən 10-dək vətəndaşların qəbulunu dayandırıb”, - diplomatik nümayəndəliyin rəsmi teleqram kanalında yaydığı açıqlamada deyilir.
"Kun.uz" daha əvvəl yazmışdı ki, prezident Şavkat Mirziyoyev avqustun 7-8-də Qazaxıstana dövlət səfəri edəcək.
1-08-2024, 16:53
Bu halda şəhidin dul arvadı sosial ödəniş ala bilməyəcək


Bu halda şəhidin dul arvadı sosial ödəniş ala bilməyəcək

Sosial ödənişlərin hansı hallarda dayandırıldığı açıqlanıb.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda öz əksini tapıb.
Qaydalara əsasən, aşağıdakı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır:

- sosial müavinətlərə münasibətdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə;

- ayrı-ayrı kateqoriya şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinə, kompensasiyaya münasibətdə;

- aidiyyəti hüquqi aktlarda nəzərdə tutulmuş təqaüdün və ya kompensasiyanın ödənişinin dayandırılmasına səbəb olan hallardan biri baş verdikdə;

- təqaüd və ya kompensasiya alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;

- şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda;

- özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətə münasibətdə;

- müavinət alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;

- dövlət müəssisəsinin özəlləşdirilməsi başa çatdıqda və yaxud müəssisəni idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə.

Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan və aidiyyəti hüquqi aktlarla digər sosial ödənişlərin dayandırılmasına səbəb olan hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda sosial ödənişlərin ödənilməsi MEİS-nin “Sosial ödənişlər” altsistemi tərəfindən avtomatik olaraq dayandırılır:
- MEİS-də əmək pensiyası alan şəxslər barədə məlumat;

- şəxsin əlillik müddətinin bitməsi barədə məlumat;

- əmək müqaviləsi bildirişi üzrə məlumat;

- Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində;

- sosial ödəniş alan şəxsin ölüm haqqında şəhadətnaməsi;

- şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;

- “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi;

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” və “Tələbə-məzun” dövlət elektron məlumat sistemində və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində;

- təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;

- dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat;

- Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində sosial müavinət alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat;

- Sosial ödənişin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, şəxs bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən 20 edilmiş formada ərizə ilə müraciət edir və onun sosial ödəniş almaq hüququna yenidən baxılır

- Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.
1-08-2024, 16:32
AFFA-nın yeni Futbol Agenti Əsasnaməsi qəbul edilib


AFFA-nın yeni Futbol Agenti Əsasnaməsi qəbul edilib

AFFA-nın yeni Futbol Agenti Əsasnaməsi qəbul edilib.
Bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Yeni Əsasnamə futbol agentləri ilə klublar, oyunçular, məşqçilər və bu prosesin digər iştirakçıları arasında yaranan münasibətləri tənzimləməklə yanaşı, onların hüquq və vəzifələrini də müəyyənləşdirir.
1-08-2024, 16:05
Sosial ödənişlərin təyin edilməsi qaydası müəyyənləşdi


Sosial ödənişlərin təyin edilməsi qaydası müəyyənləşdi

Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
1-08-2024, 15:52
İxtisas seçimi: Təhsil haqqı aşağı olan universitetlərə axın var


İxtisas seçimi: Təhsil haqqı aşağı olan universitetlərə axın var

Gələn həftədən qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün ixtisas seçimi başlayır. Proses avqustun 19-a qədər davam edəcək.
Azərbaycanda 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrində təxminən 60 min plan yerləri ayrılıb ki, bunun yarısı dövlət sifarişlidir. Yəni, tələbə adını qazanacaq təxminən 30 min nəfər ödənişli əsaslarla təhsil alacaq.
İxtisas seçimində müəyyən çətinliklərlə üzləşən abituriyentlər indi həm də təhsil haqlaının artırılması dərdi ilə qarşı-qarşıya qalıblar. Və müşahidələr göstərir ki, abituriyentlərin üz tutacaqları universitetlər təhsil haqqları aşağı olan ali təhsil müəssisələri olacaq.
Ekspertlər keçid ballarının artacağını proqnizlaşdırır, bu, onu deməyə əsas verir ki, dövlət sifarişli ixtisaslar uğrunda rəqabət olduqca sərt keçəcək.
Son həftələrdə qəbul imtahanlarında iştirak edən abituriyentlərin müzakirə etdiyi əsas mövzulardan biri təhsil haqlarıdır.
Modern.az Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin illik təhsil haqları ilə bağlı universitetlər üzrə müqayisəli araşdırma aparıb.
Ölkənin ən prestijli universitetlərindən hesab edilən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ili üçün illik təhsil haqları 2000-2500 manat arasında dəyişəcək.
Bu ali təhsil müəssisəsində “İqtisadiyyat” və “menecment” ixtisalarının illik təhsil haqqı 2300 manatdır.
Müqayisə üçün qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələrində həmin ixtisasın illik təhsil haqqı 3000 manatdır.
Özəl universitetlərdən Xəzərdə “iqtisadiyyat” ixtisasın illik təhsil haqqı 4000 manat, “menecment” ixtisasının isə 3000 manat olacaq. Qərbi Kaspi Universində hər iki ixtisasın qiyməti 2300 manatdır.
“Dünya iqtisadiyyatı” ixtisasının illik təhsil haqqı UNEC-də 2500 manat, BDU-da isə 3000 manat təşkil edir.
“Dizayn” ixtisasını isə UNEC-də ödənişli əsaslarla illik 2000 manata oxumaq mümkün olacaq.
Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ixtisasın illik təhsil haqqı 2300 manat, Qərbi Kaspi və Odlar Yurdu universitetlərində isə 2500 manatdır.
UNEC-də “Qida məhsulları mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisaslarının da illik təhsil haqqı 2000 manat olacaq.
“İstehlak mallarının ekspertizası və marketinqi” və “Ekologiya” ixtisasları da UNEC-də 2000 manat olacaq. Bakı Dövlət Universitetində isə bu ixtisasların qiyməti 200 manat artıq, 2200 manat təşkil edəcək.
Son dövrlər gənclərin ən çox üz tutduğu ixtisaslardan biri də marketinqdir. Bu ixtisasın illik təhsil haqqı UNEC-də 2200 manat, ADNSU-da 3000 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 2200 manatdır.
Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Kompüter elmləri ixtisasları ADNSU-da 3000 manat olacaq. UNEC-də isə bu ixtisasların qiyməti müvafiq olaraq 2500, 2200, 2200 manat olacaq.
II ixtisas qrupunda ən çox maraq göstərilən ixtisaslardan “Statistika” ixtisasını UNEC-də ödənişli əsaslarla 2000 manata oxumaq mümkün olacaq. Sənayenin təşkili və idarə olunması ixtisasının illik təhsil haqqı isə İqtisad Universitetində 2200 manat, Azərbaycan Texniki Universitetində 2200 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində 2300 manat, Bakı Mühəndislik Universitetində 2300 manat olacaq.
İnformasiya əsrinin ən çox müraciət olunan ixtisaslarından hesab edilən İnformasiya texnologiyaları və sistemləri mühəndisliyini UNEC-də 2200 manata, ADNSU-da 2500 manata, Azərbaycan Texniki Universitetində 2200 manata, Azərbaycan Memarlıq və İnşaat Universitetində 2300 manata, Qərbi Kaspi Universitetində 2400 manata. Milli Aviasiya Akademiyasında 2500 manata oxuya bilərsiniz.

1-08-2024, 15:44
Hava yenidən dəyişəcək - Leysan yağış və dolu yağacaq


Hava yenidən dəyişəcək - Leysan yağış və dolu yağacaq

Azərbaycanın rayonlarında avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
1-08-2024, 15:30
Qarabağ Universitetində yeni təyinat


Qarabağ Universitetində yeni təyinat

ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasındakı ikili diplom proqramının məzunu Abdulxaliq Məmmədli Qarabağ Universitetinin Mükəmməllik mərkəzinə direktor təyin olunub.
Bu barədə Universitetdən məlumat verilib.
Abdulxaliq Məmmədli İstanbul Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura səviyyələrində təhsil alıb. Sonra ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU arasındakı ikili diplom proqramında təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikinci dəfə magistratura təhsili alıb. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil İnstitutunda təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura səviyyəsini bitirib.
Abdulxaliq Məmmədli 2012–2017-ci illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) müəllim, Test mərkəzinin rəhbəri və ingilis dili üzrə metodbirləşmə rəhbəri vəzifələrində çalışıb.
1-08-2024, 15:09
Şuşada Azərbaycan–BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclası


Şuşada Azərbaycan–BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclası

Şuşada Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"BƏƏ-nin iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə birlikdə Şuşada Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclasında iştirak etdik. Ölkələrimizin dayanıqlı inkişafı istiqamətində iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, investisiya yatırımlarının artırılması, "yaşıl enerji"yə keçidin təmin edilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd etdik və COP29 çərçivəsində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Azərbaycan-BƏƏ iqtisadi tərəfdaşlığının güclənməsi üçün yeni fürsətlər yaradan və səmərəli müzakirələrlə yadda qalan iclasın bütün iştirakçılarına təşəkkür edirəm", - deyə o qeyd edib.
1-08-2024, 14:57
Məşhur bazarın yaxınlığında yanğın - Sıxlıq yarandı


Məşhur bazarın yaxınlığında yanğın - Sıxlıq yarandı

Bakıda ticarət mərkəzində baş verən yanğın yolda sıxlıq yaradıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.
1-08-2024, 14:45
Bakının Əhmədbəy Ağaoğlu küçəsi bağlanır


Bakının Əhmədbəy Ağaoğlu küçəsi bağlanır

Sabah saat 00:00-dan 5 avqust saat 06:00-a qədər Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!