Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                        Şuşada Bayraq Meydanı açıldı .....                        Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır .....                        Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında .....                        Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə maraqlanıb .....                        Fars tədqiqatçıdan sərsəm iddia .....                       
3-08-2024, 15:14
99 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb


99 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 23 ölkə və 8 beynəlxalq qurumdan 99 beynəlxalq müşahidəçi qeydə alınıb.
3-08-2024, 15:08
881 nəfərin deputatlığa namizədliyi təsdiqləndi


881 nəfərin deputatlığa namizədliyi təsdiqləndi

Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə, 1508 nəfər namizədlik üçün müraciət edib.
3-08-2024, 14:20
Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib - Kərim Vəliyev


Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib - Kərim Vəliyev

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.
Bunu müdafiə nazirinin müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev kollegiya iclasında deyib.
O bildirib ki, cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində uğurlu islahatlar aparılıb.
3-08-2024, 14:05
General Kənan Seyidovun Naxçıvana təyinatı təsdiqləndi


General Kənan Seyidovun Naxçıvana təyinatı təsdiqləndi

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.
Bu barədə Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası bildirilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov iclasda çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat verib.
Xatırladaq ki, K.Seyidov 1974-cü ildə İmişli rayonunda anadan olub. O, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Vətən müharibəsindəki rəşadətinə görə, ona Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
K.Seyidov həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunmuşdu.
3-08-2024, 13:46
Avropada yeni “vəba” təhlükəsi


Avropada yeni “vəba” təhlükəsi

Avropa İttifaqı ölkələrində fentanil narkotik maddəsinin geniş yayılması yeni “vəba” təhlükəsi yaradır.
Bu barədə Avropa Komissiyasına müraciətində Avropa Parlamentinin İtaliyadan olan üzvü Paolo İnselvini yazıb. Siyasətçi qeyd edib: “Bu narkotik maddənin ucuz qiymətə satılmasını və bizim qitədə daha əlçatan olmasını nəzərə alaraq, “zombi narkotiki” adlanan fentanil Avropada yeni “qara vəbaya” çevrilə bilər.
İnselvini əlavə edib ki, Aİ ölkələrində narkotik maddələrdən istifadə hallarında artım müşahidə olunur. Deputat əlavə edib ki, artıq ABŞ-da nəzarətdən çıxmış problemə çevrilən bu həyəcanlı tendensiya Avropada milyonlarla insanın həyatının məhv edilməsi riski daşıyır.
3-08-2024, 13:25
Üstünə ağac aşan 36 yaşlı kişi öldü


Üstünə ağac aşan 36 yaşlı kişi öldü

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.
Hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib.
Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib. F. Bayramov xəstəxanaya yerləşdirildikdən bir qədər sonra vəfat edib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
3-08-2024, 13:16
ABŞ-ın yeni hipersəs raketi - "Dark Eagle"


ABŞ-ın yeni hipersəs raketi - "Dark Eagle"

ABŞ 3000 km mənzilli yeni “Dark Eagle” hipersəs raketlərinin çöl sınaqlarını keçirib.
Son sınaqlara əlavə olaraq, artıq başqa sınaqlardan da keçib, o cümlədən bu il Havay adalarının Kauai şəhərindəki Sakit Okean Raket Poliqonunda hərtərəfli yoxlanılıb.
Hazırkı sınaqlar göstərib ki, kompleks uzun müddət ərzində digər döyüş birləşmələri, eləcə də komanda və idarəetmə sistemləri ilə inteqrasiya oluna bilir.
"Dark Eagle” hipersəsli “yer-yer” raketi düşmənin uzaq məsafədən atəşini "boğmaq" və 3000 km-ə qədər məsafədə yüksək dəyərli hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Sistemə hər birində raket gücləndiricisi olan iki konteynerli mobil buraxılış qurğusu daxildir. Raket sürüşmə gövdəsini yüksək hündürlüyə qaldırır və oradan nəzarət altında hədəfinə doğru uçur.
Sürəti səs sürətini 5 dəfə üstələyir və əslində hava hücumundan müdafiə sistemlərinin yanından sanki orada olmamış kimi uça bilir.
3-08-2024, 12:28
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
3-08-2024, 12:06
Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu


Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu

Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən (STM) bildirilib ki, ötən gün Bakı-Sumqayıt yonun 29-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq STM-in nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.
3-08-2024, 11:38
Azərbaycanda qadının kartından 50 min manat oğurlandı


Azərbaycanda qadının kartından 50 min manat oğurlandı

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.
Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər.
"Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz" - deyə idarə rəisi qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!