"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
11-08-2024, 13:25
Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir?


Deputat olmaq istəyən jurnalistlər - Onlar kimlərdir?

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.
Deputatlığa namizədliyi qeydə alınanlar sırasında xeyli KİV nümayəndəsi də var.
Mərkəzi Seçki Komissiyasının məlumatları (MSK) əsasında deputatlığa namizədliyi qeydə alınmış jurnalistlərin kimlər olduğunu və hansı dairələrdə onların mandat uğrunda mübarizə aparacaqlarını araşdırmışıq.
Beləliklə, deputatlığa namzədliyi qeydə alınmış KİV nümayəndələrilə tanış olaq.

6 saylı Ordubad-Culfa seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədi tanınmış jurnalistdir – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə. O bu dairədə əsas namizəd sayıldığından seçkilərdə qalib gələcəyi də şübhə doğurmur.

8 saylı Binəqədi Birinci seçki dairəsində Müsavat Partiyasından olan jurnalist Mustafa Hacılı (Basta.info saytının rəhbəri) deputatlığa namizəddir. Mustafa Hacılı bu dairədə güclü namizəd - 6-cı çağırış Milli Məclisin deputatı Azay Quliyevlə mübarizə aparacaq.

9 saylı Binəqədi İkinci seçki dairəsində deputatlığa namizədliyi qeydə alınmış iki jurnalist var: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin böyük elmi redaktoru, bitərəf Səfər Alışarlı və “Millət” qəzetinin baş redaktoru, AMİP-çi Əli Orucov. Onlar bu dairədə 6-cı çağırış Milli Məclisin deputatı Kəmaləddin Qafarovla yarışacaqlar.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsində də deputatlığa namizədliyi qeydə alınmış jurnalist var – “Xalq Cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov (Zülfüqaroğlu). O, Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edir. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı, YAP-çı Səbinə Xasayevadır.

12 saylı Xəzər Birinci seçki dairəsində "CBC Sport" telekanalında çalışan Əli Əliyev 6-cı çağırış Milli Məclisin deputatı Soltan Məmmədov və Bakı Dövlət Universitetinin müəllimi, müsavatçı Almaz Məmmədova (Əliqızı) ilə mübarizə aparacaq.

17 saylı Yasamal Üçüncü seçki dairəsində “Ədəbiyyat qəzeti”nin redaktoru Aydın Əbilov namizədliyi qeydə alınanlar sırasındadır. Bu dairədə BDU-nun dosenti, müsavatçı Nüşabə Sadıxova güclü rəqib sayılır. Dairədə YAP-ı Torpaqşünaslıq və Aqrokimya İnstitututunun laboratoriya müdiri Zaman Məmmədov təmsil edir. Ədalət Partiyasının sədr müavini, Bakı Avrasiya Universitetinin dekanı Mütəllim Rəhimli də burada mübarizə aparacaq.

19 saylı Nərimanov Birinci seçki dairəsində mübarizə aparan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda çalışan jurnalist Mahir Zeynalov (Həmzəoğlu) Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək. Bu dairədə ən güclü namizəd də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Hikmət Məmmədov (Babaoğlu).

24 saylı Nizami Birinci seçki dairəsində də jurnalist namizəd var – “Hürriyyət” qəzetinin müxbiri Ülviyyə Şükürova. Burada əsas namizəd 6-cı çağırış Milli Məclisin deputatı Könül Nurullayeva sayılır.

32 saylı Suraxanı Üçüncü seçki dairəsində Mediatv.az saytının baş redaktoru Əfqan Quliyev YAP-ın namizədi, 6-cı çağırış Milli Məclisin deputatı Afət Həsənovaya qarşı mübarizə aparacaq.

33 saylı Xətai Birinci seçki dairəsində müstəqil jurnalist Fuad Abbasovun deputatlığa namizədliyi qeydə alınıb. Onun əsas rəqibləri 6-cı çağırış Milli Məclisin deputatı Zahid Oruc və REAL Partiyasının icra katibi Natiq Cəfərli olacaq.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində "Novosti Qyandji" qəzetinin baş redaktor müavini Ceyhun Əliyev qeydə alınıb. O, 6-cı çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərovla yarışacaq. Təbii ki, dairənin başqa namizədləri də var.

46 saylı Sumqayıt Beşinci seçki dairəsində “365-ci qəzet”in müxbiri Rəşid Məmmədov deputatlığa namizəddir. Burada YAP-ın namizədi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Elnarə Akimovadır.

50 saylı Abşeron Üçüncü seçki dairəsində bir neçə jurnalist var: “Dünya” TV-nin aparıcısı İbrahim Allahverdiyev, “Space” TV-də çalışan Nuranə Axundova, “Avrasiya” və “Bu gün” qəzetlərinin keçmiş jurnalisti Ağaşirin Məmmədov.
Bu dairədə əsas namizəd Prezident Administrasiyasının sektor müdiri Ramid Novruzovdur. O, YAP-ı təmsil edir.

58 saylı Xaçmaz Kənd seçki dairəsində bitərəf namizəd, “Trend” İnformasiya Agentliyinin rəhbərliyində təmsil olunan Sevil Mikayılova həm də 6-cı çağırış Milli Məclisin deputatıdır. O bu dairədə yenidən mandat almağa çalışır.

69 saylı Biləsuvar seçki dairəsində hərbi jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Rahib Qəribov mandat uğrunda yarışacaq. Onun əsas rəqibi də jurnalistdir - 6-cı çağırış Milli Məclisin deputatı, bitərəf Bəhruz Məhərrəmov.
YAP buradan bir o qədər də tanınmayan Elməddin Əliyevuin namizədliyini irəli sürüb.

77 saylı Lənkəran Şəhər seçki dairəsində də jurnalist var – “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev. Bu dairənin favoriti ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hesab olunur.

81 saylı İmişli seçki dairəsi "Tehsilmedia.az" saytının baş redaktoru Sakit Muradovun deputatlığa namizədliyi qeydə alınıb. Burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

85 Saylı Füzuli-Ağcabədi seçki dairəsində tanınmış jurnalist, “Ədalət” qəzetinin sahibi Aqil Abbas yenidən mandat almaq istəyir. O, 6-cı çağırış Milli Məclisin deputatıdır.
Burada daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alınıb – “Vergilər” qəzetinin redaktoru Anar Əliyev

90 saylı Ağsu seçki dairəsində yarışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli həm də Ədalət, Hüquq, Demokratiya Partiyasını təmsil edəcək.
YAP burada Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynovu qabağa verib.

92 saylı Göyçay-Ağdaş seçki dairəsində müstəqil jurnalist Anar Nağıyev YAP-ın təmsilçisi - Göyçay şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Məmmədyarovaya qarşı mübarizə aparacaq. Amma burada ən güclü namizəd 6-cı çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyevdir.

93 sayli Ağdaş seçki dairəsində də jurnalist namizəd var – bitərəf, 6-cı çağırış Milli Məclisin deputatı Sahib Alıyev yenidən mandat uğrunda yarışacaq.
Bu dairədə daha bir jurnalist var – “Zəfəryolu.az” saytının rəhbəri Jalə Eminova.
YAP burada Ağdaş rayon təşkilatının məsləhətçisi Anar Şahmuradova güvənir.

96 saylı Goranboy-Naftalan seçki dairəsində “Elçi” qəzetinin rəhbəri Əli Həziquliyev YAP-ın namizədi Bədəl Bədəlovla mübarizə aparmalı olacaq. Əli Həziquliyev Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir, Bədəl Bədəlov isə SOCAR-ın keçmiş vitse-pprezidentidir.

118 Saylı Ağdam-Xocalı Seçki dairəsində "Yeni Zaman-Novoye Vremya" qəzetinin baş redaktor müavini Musa Ağayevin əsas rəqibi 6-cı çağırış Milli Məclisin deputatı Elman Məmmədov olacaq. Jurnalist kimi qeydə alınmış Musa Ağayev həm də "Yeni Zaman” Partiyasının sədridir.

119 saylı Ağdam seçki dairəsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 6-cı çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyevə qarşı mübarizə aparacaq. Azərbaycan Ordusunun məşhur zabiti Ramil Səfərovun xanımı, BDU rektorunun müşaviri Şəbnəm Səfərova da bu dairədə yarışır.

123 saylı Kəlbəcər seçki dairəsində “Kəlbəcər harayı” qəzetinin baş redaktoru Zahid Muxtarov da qeydə alınan namizədlər sırasındadır. YAP burada Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədovanın namizədliyini irəli sürüb. Amma deyilənə görə, əsas namizəd “Bakı Məişət Maşınları” ASC-nin sədri Mircəlil Qasımlıdır.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində BDU-nun Jurnalistika fakültəsinin Milli Mətbuat kafedrasının dosenti Aygün Əzimova da deputat mandatı uğrunda mübarizə aparacaq namizədlərdəndir. Buranın favoriti Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sayılır. Azad Vətən Partiyasının sədri Akif Nağğıda həmin dairədə yarışacaq.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinində də jurnalist namizəd var. Bu, əslən Qubadlıdan olan müstəqil jurnalist İntiqam Alıyevdir (Valehoğlu).
Amma onun işi çox çətindir, çünki bu dairədə uzun illərdir deputat mandatı daşıyan YAP-çı İmamverdi İsmayılova qalib gəlmək müşkül məsələdir. Yeri gəlmişkən, İmamverdi İsmayılov da uzun illər aktiv jurnalistikada olub. Zəngin siyasi təcrübəyə malik olan İsmayılovun publisistik yazıları indi də ölkə mətbuatında dərc olunur.
11-08-2024, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacaq.
11-08-2024, 12:30
ABŞ yardımı gecikdirir - Ukraynalı nazir


ABŞ yardımı gecikdirir - Ukraynalı nazir

Ukraynanın maliyyə naziri Sergey Marçenko Qərb müttəfiqlərini 50 milyard dollarlıq kreditin verilməsini sürətləndirməyə çağırıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, nazir qeyd edib ki, Kiyev silah tədarükünün gecikdirilməsinin büdcə kəsirinin artmasına səbəb olduğunu iddia edir, bu səbəbdən Ukrayna ordusunu saxlamaq üçün pul axtarmağa məcburdur.
O, xüsusilə ABŞ-dən yavaş silah tədarükünün hərbi xərclərin 12 milyard dollar artmasına səbəb olduğunu vurğulayıb.
ABŞ-nin 27 milyard dollar həcmində birbaşa hərbi yardımı bu ilin aprelində Konqres tərəfindən təsdiqlənib, lakin onun buraxılışı ləng gedir. “Biz hələ də lazımi silah, sursat və mərmi çatışmazlığı yaşayırıq”, - deyə Marçenko vurğulayır.
11-08-2024, 12:14
Belarus tankları Ukrayna sərhədində


Belarus tankları Ukrayna sərhədində

Qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi çərçivəsində Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları Ukrayna ilə sərhədə yerləşdirilir.
Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdırlar və hərbi texnikalar dəmir yolu nəqliyyatına yüklənərək təyin olunmuş ərazilərə birgə hərəkətə başlayırlar”, – məlumatda diqqətə çatdırılıb.
11-08-2024, 11:42
Boksçularımızdan Avropa birinciliyində 9 medal


Boksçularımızdan Avropa birinciliyində 9 medal

Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini 9 medalla başa vurub.
Boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) yarışda ikinci yeri tutublar.
Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə birincilikdə bürünc medal qazanıblar.
11-08-2024, 09:41
Rusiyadan Kiyevə hücum - Ölənlər və yaralananlar var


Rusiyadan Kiyevə hücum - Ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.
Bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.
“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – Dövlət Xidməti diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib.
11-08-2024, 09:28
Rusiyada meşə yanğınları şiddətlənir


Rusiyada meşə yanğınları şiddətlənir

Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.
Bu barədə Rusiyanın Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.
Belə ki, Kurumkan, Mui və Şimal-Baykal bölgələrində 12 meşə yanğını baş verib. Qeyd olunub ki, hazırda 196 nəfər yanğının söndürülməsi üçün çalışır.
Yakutiyada isə 586 min hektardan çox ərazi yanır. Gün ərzində 1,5 min hektardan çox sahədə iki yanğın söndürülüb, beş yanğın isə 31,1 min hektar sahədə lokallaşdırılıb. Alovun qarşısını almaq üçün 1833 nəfər və 207 texnika cəlb olunub.
11-08-2024, 00:19
Ukrayna ordusu Rusiyanın daha bir şəhərinə girdi


Ukrayna ordusu Rusiyanın daha bir şəhərinə girdi

Ukrayna hərbçilərinin Rusiyada daha bir kəndi ələ keçirməsi barədə görüntülər yayılıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə ukraynalı hərbçilərin Rusiyanın Belqorod vilayətinin Poroz kəndində olduğu görünür.
Videoda görünən hərbçilər 252 saylı batalyonun Belqorod vilayətinin Poroz kəndində olduğunu bildirirlər. Video “Porozovski kənd klubu” yazısı olan binanın qarşısında çəkilib. Hərbçilər Ukrayna Silahlı Qüvvələrinin 252-ci batalyonunun və Gürcüstanın bayrağını tutur.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yerli rəsmilərlə görüşdən sonra Poroz kəndində vəziyyətlə bağlı “ziddiyyətli məlumatların” olduğunu bildirib.
“Bir tərəfdən hamımız kənd Mədəniyyət evinin fonunda çəkilmiş videonu gördük. Digər tərəfdən, yenicə gedən sakinlər düşməni görmədiklərini və heç bir atəş səsi eşitmədiklərini deyirlər”, - Qladkov teleqram kanalında yazıb.
O əlavə edib ki, ilkin məlumatlara görə, kənddə 10-a yaxın insan qalıb və “antiterror əməliyyatı” rejimi çərçivəsində Poroza giriş bağlanıb.
Qubernator qonşu Dunayka kəndində də vəziyyətin gərgin olduğunu deyib.
Qeyd edək ki, Ukrayna ordusunun Kursk vilayətində hücumu davam edir. Rusiya hakimiyyəti Ukrayna ilə həmsərhəd üç bölgədə “antiterror əməliyyatı” başlatdığını bildirib.
Bundan əvvəl Ukrayna ordusuna yaxın teleqram kanallarında Rusiyanın Sudja şəhərinin ələ keçirildiyi barədə xəbərlər və görüntülər paylaşılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!