Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
15-08-2024, 15:42
Vətən müharibəsi qazisinin meyiti tapıldı


Vətən müharibəsi qazisinin meyiti tapıldı

Sumqayıtda su kanalında batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısı və qazisidir.
15-08-2024, 15:38
Parlamentin yeni çağırışında ana müxalifət partiyası hansı olacaq?


Parlamentin yeni çağırışında ana müxalifət partiyası hansı olacaq?

Sentyabrın 1-də VII çağırış Milli Məclisə növbəti seçkilər keçiriləcək. Əvvəlki seçkilərdə olduğu kimi sentyabrın 1-dən sonra formalaşacaq yeni parlamentdə də deputatların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərindən ibarət olacağı gözlənilir.
Bununla birlikdə yeni Milli Məclisdə hansı müxalifət partiyası ikinci yeri əldə edəcəyi maraq doğurur.
Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyi 26 partiyanı dövlət qeydiyyatına alıb: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2024-cü ildə adını dəyişib: Ədalət, Hüquq, Demokratiya Partiyası), Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Parlamentin birinci çağırışından nəzər salsaq görərik ki, müxtəlif partiyalar seçkilərdə aktiv iştirak edib.
Belə ki, 1995-2000-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Milli İstiqlal, Demokratik İstiqlal, Demokratik Sahibkarlar, Demokratik Maarifçilik, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah, Müsavat partiyalarının mandatları olub.
2000-2005-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Kommunist, Milli İstiqlal, Yurddaş, Sosial Rifah, Azərbaycan Naminə Alyans partiyaları təmsil edilib.
2005-2010-cu illərin Milli Məclisində Yeni Azərbaycan, Müsavat, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Sosial Rifah, Xalq, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid, Demokratik İslahatlar, Böyük Quruluş partiyalarının mandatları olub.
2010-2015-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi, Sosial Rifah, Milli Dirçəliş Hərəkatı partiyaları yer alıb.
2015-2020-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik, Milli Dirçəliş Hərəkatı partiyalarının təmsilçiləri olub.
2020-ci ildə seçilmiş Milli Məclisdə isə bu partiyaların təmsilçiləri var: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası.
Sonuncu parlamet seçkilərində hakim partiyadan sonra ən çox yeri Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutub. Belə ki, partiya parlamentdə üç mandat qazana bilib. Digər partiyalar isə hərəsi bir mandatda məclisdə təmsil olunub.
Qeyd edək ki, siyasi partiyalar parlamentdə təmsil olunmaqda xüsusi maraqlıdır. Belə ki, parlamentdə təmsil olunmaq və çoxluq qazanmaq həmin partiyalara bu mənada maliyyə üstünlüyü verir.
Hazırda bir deputatla təmsil olunan partiyanın aylıq dövlət maliyyələşməsi təxminən 20 min manatdır. Bu da öz növbəsində partiyanın fəaliyyətinin genişlənməsinə əhəmiyyətli dərəcədə şərait yaradır. Bu səbəbdən də siyasi partiyalar parlamentdə təmsil olunmaqda maraqlıdırlar.
Ehtimal edilir ki, VII çağırış parlamentdə də VHP ikinci ən çox deputatı olan partiya olacaq. Bu partiya seçkilərdə 18 namizədlə iştirak edir.
15-08-2024, 15:20
Bakıda içməli suyun təchizatı nə zaman bərpa ediləcək? - RƏSMİ


Bakıda içməli suyun təchizatı nə zaman bərpa ediləcək? - RƏSMİ

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən bildirilib ki, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.
“Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir”, - deyə ADSEA-dan bildirilib.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.
15-08-2024, 15:10
Qarabağ Universitetində yeni təyinat


Qarabağ Universitetində yeni təyinat

Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültənin dekan müavini vəzifəsinə təyin olunub.
Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Guttenber Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb.
2021-2023-cü illərdə HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib.
Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır.
15-08-2024, 14:49
Şəhidimiz 32 ildən sonra dəfn edildi


Şəhidimiz 32 ildən sonra dəfn edildi

Yarıyev Qənbər Teymur oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Qənbər Yarıyevin nəşinin qalıqları isə doğma yurdu Salyanda torpağa tapşırılıb.
Şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Şəhidlər xiyabanına gətirilib, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-cı ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanıb.
15-08-2024, 14:44
Prezident anlaşma memorandumunu təsdiqlədi


Prezident anlaşma memorandumunu təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandum” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
15-08-2024, 14:44
Prezident anlaşma memorandumunu təsdiqlədi


Prezident anlaşma memorandumunu təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandum” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
15-08-2024, 14:03
Bakıda ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi icra olunub.


Bakıda ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi icra olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 13 avqust 2024-cü ildə Bakıda növbəti konsert tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya İB- nin sədri, Kəlağayı Ev Muzeyini direktoru Güllü Eldar Tomarlı açaraq, tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti haqqında məlumat verib, şəhidlərimizin əziz xatirəsi anılıb, dövlət himni səsləndrilib.
"Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Qeyd edib ki, mədəni irsimiz geniş təbliğ olunaraq, gələcək nəsillərə ötürülməlidir.
2014-cü ilin noyabrında YUNESKO-nun qeyri- maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element'' Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi'' daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə kəlağayımız beynəlxalq səviyyədə tanınır. Bu gün gənclərimizin kəlağayıdan geniş istifadəsi bizə əsas verirki deyək, artıq təbliğatımız öz bəhrəsini verir. Kəlağayımız həm mədəniyyətimiz, həm tariximiz, həm də yaraşığımızdır.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək bildirdi ki, həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Vüsal Sehranoğlu çıxışının sonunda milli dəyərlərimizə maddi dəstək ayrıldığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı, toy-düyünlərimizdə bu gün də istifadə olunmasını qeyd etdi və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.
Daha sonra qazi Taleh Əliyev, Dədə Əlısgər Ocağı İB-sədri Xətai Ələsgər, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnalogiya şöbəsinin toxucusu Rəna Süleymanova, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, gənc müğənni Arif Mehmandost, Azərbaycan-Ukranya Beynəlxalq alyansın sədri Elmar Məmmədov, Səudiyyə Ərəbistandan qonaq olan həkim, şair Nigar Xəlilova, Misirdən Səbinə Səmədova, Sevda, "Milli Mədəniyyətin təbliği'' İB-nin sədri Jalə Cəfərova, aşıq Məhəmməd Xanoğlan Təbrizli, aşıq Cavanşir Quliyevin rəhbərlik etdiyi ''Qarabağ'' aşıq qrupu və sazlı, sözlü musiqiləri ilə şeirləri və maraqlı çıxışları ilə məclisə xoş ovqat bəxş etdilər.










����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!