Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
9-10-2024, 15:43
Vidadi Mustafayev:  İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır


Vidadi Mustafayev yazır:

İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır

Bəlkə İranda tanınan, islahatçı, panfarsist “Mehestan” (əyanlar, lordlar, ən böyüklər…) partiyası növbəti dəfə bəyanat yayaraq, İran dövlətini – XİN-i, Sərhəd Qoşunlarını, xüsusən İran ordusunu (Silahlı qüvvələr, Ordu, Sepah və Daxili qoşunlardan ibarətdir) Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır.
Partiya bəyanatında kimlərisə arxasınca aparmağı hədəfləyən bir siyasi qurum olduğunu unudaraq, Azərbaycana qarşı daşnakların, onların Qərb havadarlarının ən bəsit iftiralarını (2020-ci ildən etnik təmizləmə, köçüb gedənlərin evləri və əmlaklarının qəsb edilməsi və s.) təkrar etməkdən həya etmir. Partiya öz bəyanatında “Turan” dəhlizinin yaratdığı qorxudan digərlərinin görə bilmədiyi “uzaqvədəli” təhlükələri dilə gətirir. Partiya anti Azərbaycan və ermənipərəst təbliğatını genişləndirərək Qərbi Azərbaycan diskursunun Ermənistan və İran üçün “təhlükələri”ndən ağzı köpüklənə-köpüklənə danışır.
Partiya heç bir etika gözləmədən, utanıb-çəkinmədən “Turan” dəhlizinin guya İranın Qərb dünyası ilə əlaqəsini kəsəcəyini, həmin dəhlizdən Mərkəzi Asiya dövlətləri, Azərbaycan, Çin, Rusiya və Türkiyənin istifadə edəcəyini qeyd edərək İran dövlətini Azərbaycana münasibətdə sərt siyasət yeridərək onların da maraqlarına qarşı çıxmağa çağırır.
Partiya İran dövlətindən Azərbaycana qarşı hələ indiyə kimi heç kimin ağına gəlməyən böhran yaradılmasının ssenarisini də irəli sürür.
Ermənistanda və Qərbdə Qarabağdan könüllü şəkildə, rahatlıqla köçmüş ermənilərin qaytarılmasından Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyi halda, özünü həm də paniranist elan edən partiya yalnız ağılsız, prinsipsiz və mənəviyyatsız adamların ağlına gələ bilən ideya da irəli sürür.
Partiya ermənilərin “Artsax”a qaytarılması ilə kifayətlənməyərək, İran dövlətini 1988-ci il əhalinin siyahiya alınması əsasında burada “Öz müqəddəratını təyin etmə”yə dair referendum keçirilməsini dəstəkləməyə çağırır.
Paniranist/panfarsist ideoloqların, siyasətçilərin Azərbaycana, bəli-bəli təkcə Azərbaycan Respublikasına deyil, bütün Azərbaycana nifrətinin həddi-hüdudu yoxdur.
Onların əsas siyasəti Cənubi Azərbaycanlıları hərtərəfli təzyiq altında saxlamaq üçün Azərbaycan Respublikasına qarşı mümkün qədər geniş problemlər yaratmağa xidmət edir.
Daim geriyə, keçmişə baxmağa alışmış sözdə islahatçı, demokrat, ziyalılar unudurlar ki, onların gələcək günləri çoxdan keçmişdir.
08.10.2024
9-10-2024, 14:41
Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır


Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

“Cəbrayıl məktəbində çalışan 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır”.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda işğaldan əvvəl 993 məktəb fəaliyyət göstərib. İşğal dövründə isə onların biri də yararlı vəziyyətdə deyildi. Bizim Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu torpaqları azad etdi. Bu günləri onlara borcluyuq. 44 günlük müharibədə iştirak edənlər arasında 760 təhsil işçisi var idi. Müharibə dövründə 10 şagirdimiz şəhid də olub:
"İstənilən ölkənin inkişafı onun təhsilli gənclərindən asılıdır. Ölkəmiz təhsilin inkişafına çox önəm verir. Bunun bariz nümunəsi Qarabağa tədrisin, təhsilin qayıtmasıdır. Cəbrayılda belə bir məktəbin açılışı həm tarixi, həm də ictimai-siyasi hadisədir".
Nazir müavini əlavə edib ki, məktəbin böyük bir tarixi var. İki ildən sonra 150 illiyi tamam olacaq Cəbrayıl şəhər tam orta məktəbin akademik Mehdi Mehdizadənin adını daşıması da təsadüfi deyil:
"Bu onu göstərir ki, məktəbin xüsusi statusu var. Mehdi Mehdizadə təhsilşünaslıq elmi üzrə ilk akademikimizdir".
O əlavə edib ki, burada fəaliyyət göstərən 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır.
"Biz əminik ki, iki il sonra məktəbin 150 illiyi keçiriləndə burada minə yaxın şagird təhsil olacaq və onlar ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklər".
9-10-2024, 14:33
İlham Əliyev britaniyalı naziri qəbul etdi


İlham Əliyev britaniyalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, Azərbaycanda bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirdi.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirildi.
Görüşdə bərpaolunan enerji sahəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olundu.
Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxundu. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunuldu.
9-10-2024, 14:26
Prezident BMT Baş katibinin birinci müavinini qəbul edib


Prezident BMT Baş katibinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.
Məlumatı Prezidentin Məlumat Xidməti yayıb.
Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.
Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirdi. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğuladı.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirdi. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğuladı.
BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulandı.
9-10-2024, 14:17
Baydenin müşaviri İlham Əliyevin qəbulunda - FOTO


Baydenin müşaviri İlham Əliyevin qəbulunda - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.
Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.
Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib.
COP29-un əhəmiyyətinə toxunan dövlət başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib.
Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb.
Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.
Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.

9-10-2024, 13:47
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır


Sabah Bakıda COP29 öncəsi konfrans başlayır

Bakıda 10-11 oktyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək.
Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” adlanır.
Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edəcəklər.
Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.
İki gün davam edəcək tədbir Heydər Əliyev Mərkəzində keçiriləcək.
9-10-2024, 13:30
Neftçalada 42 km-lik yol yenidən quruldu


Neftçalada 42 km-lik yol yenidən quruldu

Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq– Xəzər avtomobil yolunda yenidənqurma işləri artıq bitib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadədən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd əlavə torpaq əsaslarından ibarət idi. Bu əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki xidmətə uyğun olaraq, yolların eni 10 metrə qədər artırilib.
Yolun yararsız örtüyü sökülüb, yararsız qrunt qailaraq vurulub, əks-dolğu işləri aparılaraq yeni yol yatağı tikilib. Ardınca normativ eninin alınması üçün yolunma və kipləşdirmə işləri görülüb, yol əsaslarının tikintisi aparılıb.
Layihəyə uyğun olaraq yolboyu suların ötürülməsi təmin edilməsi məqsədi ilə müəyyən diametrlərə malik suötürücü borular, tikinti kəmərlərində istinad divarları tikilmişdir. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir edilib.
Layihənin sonuncu yol hərəkətinin normal qurulması üçün yol nişanlarının, km-lərin quraşdırılması, yolcizgi yolöstərici xətlərin çəkilməsi işləri icra edilib.
Avtomobil yollarının yenidən qurulması 15 dəqiqəlik yaşayış yeri olan 11 yaşayış məntəqəsi arasında rahat gediş-gəlişi, yük və daşımalarını asanla, sosial sosial rifah halına güclü təsir göstərən kənd təsərrüfatının inkişafını çıxaracaq.

9-10-2024, 12:35
Sabahın havası


Sabahın havası

Oktyabrın 10-da Bakıda hava şəraitinin qısamüddətli yağışlı olacağı, rayonlarında isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!