Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 21-03-2026, 14:00
Tramp İranla müharibəni dayandırmaq istəyir


Tramp İranla müharibəni dayandırmaq istəyir

ABŞ İrana qarşı hərbi əməliyyatlara son qoymaq imkanını nəzərdən keçirir.
Bu haqda ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında bildirib. Onun sözlərinə görə, ABŞ məqsədlərinə çatmağa çox yaxındır.
“İranın raket potensialının, buraxılış qurğularının və onlarla bağlı hər şeyin tam məhv edilməsi, İranın müdafiə-sənaye bazasının sıradan çıxarılması, dəniz və hava qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sistemlərinin ləğv edilməsi, İranın nüvə potensialına yaxınlaşmasının belə qarşısının alınması və bu cür hallar yaranarsa, sürətli və effektiv reaksiya verməyə hazır olmaq, Yaxın Şərqdəki müttəfiqlərimizin – o cümlədən İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digərlərinin – ən yüksək səviyyədə müdafiəsini təmin etmək lazımdır”, - Tramp yazıb.
O, həmçinin bildirib ki, Hörmüz boğazından istifadə edən ölkələr onu ABŞ-ın köməyi olmadan da müdafiə etməli olacaqlar.
“Əgər xahiş etsələr, biz onlara kömək edərik, lakin İran tərəfindən olan təhlükə aradan qaldırıldıqdan sonra buna ehtiyac qalmayacaq”, – deyə ABŞ prezidenti bildirib.
ABŞ-İsrail kolasiyasının İrana qarşı hücumu fevralın 28-də başlayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!