Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
14-10-2024, 17:31
Nazir tələbə təqaüdlərindən danışdı: "Sistemləşməyə ehtiyac var"


Nazir tələbə təqaüdlərindən danışdı: "Sistemləşməyə ehtiyac var"

“Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. 15 il əvvəllə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Ölkə üzrə 50 faiz tələbə dövlət hesabına təhsil alır, bu da 30 min tələbə deməkdir. Elm və təhsil imkanlarının artırılması sahəsində daha bir vacib məqam müxtəlif adlarda olan təqaüd proqramlarıdır”.
Bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.
O bildirib ki, dörd il əvvəl bu layihəyə sadəcə bir neçə sahibkar dəstək olurdu. Bu gün isə bu say xeyli artıb.
Emin Əmrullayev qeyd edib ki, bu gün Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin təşkili daha institusional forma alıb:
“Cari ildə bakalavr səviyyəsində təhsilə 60 minə yaxın tələbə qəbul olub. Oxşar statistika magistratura səviyyəsində də müşahidə olunur. Ali təhsil alan şəxslərin yarısından çoxu dövlət sifarişi ilə təhsil alır. Həmçinin sosial həssas qrupa aid tələbələrin də təhsil haqları dövlət tərəfindən qarşılanır”.
O vurğulayıb ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq.
“Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar”, - deyə nazir qeyd edib.
14-10-2024, 17:23
I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından çağırış


I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından çağırış

“Qardaşım Musayev Kamal İsmayıl oglu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb, indiyə qədər onun taleyi barədə məlumat yoxdur".
Bunu bu gün azad edilən ərazilərə səfər edən itkin yaxınlarından biri, Yardımlı rayonundan olan Rəşad Musayev deyib.
O, qardaşını axtardığını və onun axtarışlarında Azərbaycan dövlətinin göstərdiyi səyləri dəstəklədiyini bildirib: "Azad edilmiş əraziləri görmək, ən ağrılı yerimiz olan Xocalıya gəlmək, buranı azad görmək bizim üçün çox qürurludur”.
Azad edilmiş ərazilərə səfər edən Rəşadə Məmmədova isə atası Natiq Məmmədovun Ağdam istiqamətində itkin düşdüyünü deyib: “Atam 1993-cü ildə Ağdam istiqamətində - Güllücə kəndində itkin düşüb. Mənim onda iki yaşım var idi. Çox istəyirəm ki, burada dəfn olunan şəhidlər kimi mənim də atamın qəbri olsun, biz onu ziyarət edə bilək. Burada gözüm atamı axtarır. Beynəlxalq təşkilatlardan tələb edirəm ki, atamın taleyi ilə bağlı məlumatların əldə edilməsini təmin etsinlər”.
İtkin düşmüş şəxslərin yaxınları doğmalarının taleyi barədə məlumatların əldə edilməsi tələbi ilə beynəlxalq təşkilatlara çağırış ediblər.
Əslən Şuşa şəhərindən olan Leyla Tofiq qızı itkin atası barədə danışaraq deyib ki, o, 1994-cü ildə Qarabağda itkin düşüb: "Atam tankçı olub. Biz şuşalıyıq. Şuşada bir neşə dəfə olmuşam, amma Ağdam, Xocalıda ilk dəfədir oluram. Bizim tələbimiz tək Ermənistandan deyil. Beynəlxalq təşkilatlardan tələb edirik ki, səsimizə səs versinlər, itkinlərimiz barədə məlumatların təqdim olunması üçün səy göstərsinlər".
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova qeyd edib ki, itkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən biridir.
Səfər çərçivəsində itkin ailələri BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təsisatlar tərəfindən azərbaycanlı itkinlərlərin taleyinin müəyyən edilməsi ilə əlaqədar yetərli addımların atılmadığını, Ermənistandan bu məlumatların ciddi şəkildə tələb edilmədiyini bildiriblər.
Bildirilib ki, Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən heç biri Ermənistanda bu günə qədər məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb.
İtkin ailələri bildirib ki, Ermənistan həqiqətən Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır.
İtkin ailələri itkinlər probleminin qlobal mahiyyətini nəzərə alaraq, BMT-nin itkin düşmüş şəxslərlə bağlı xüsusi məruzəçisi təsisatının yaradılmasına böyük ehtiyac olduğunu qeyd ediblər.
İtkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dövlətinin fəaliyyəti yüksək qiymətləndirilib, son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda 155 nəfər itkinin qalıqlarının aşkarlandığı vurğulanıb.
Bildirilib ki, 2024-cü il il oktyabrın 1-də Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində azərbaycanlı itkin ailələrinin müraciətlərinə beynəlxalq təşkilatların etinasız münasibətini kəskin şəkildə pisləyib. Dövlət başçısı vurğulayıb ki, bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş, taleləri barədə hələ də məlumat olmayan bir qrup şəxsin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam, Xocalı, Xankəndi və Şuşada olub.
14-10-2024, 17:15
Ermənistanın bu təklifi tamamilə reallıqdan kənardır!


Ermənistanın bu təklifi tamamilə reallıqdan kənardır!

Hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib.
Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
14-10-2024, 17:10
COP29-a hazırlıq işləri yekun mərhələdədir - İlham Əliyev


COP29-a hazırlıq işləri yekun mərhələdədir - İlham Əliyev

Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
Hazırlıq işlərinə bir ildən az vaxt olduğunu deyən dövlət başçısı COP-öncəsi tədbirinin bu işlərin uğurla həyata keçirilməsini nümayiş etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu deyib. Dövlət başçısı, eyni zamanda, yaşıl enerjiyə keçidin də bizim geniş gündəliyimizdə duran mühüm məsələ olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.
14-10-2024, 17:04
Onlar Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər - Prezident


Onlar Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər - Prezident

Torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz.
Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
“Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirdi ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər: “Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.
14-10-2024, 16:48
"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır"


"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır"

Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkiləri ilə bağlı təxribatlara hazırlaşır.
Bunu “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Rati İonatamişvili bildirib.
O qeyd edib ki, hakimiyyət təxribatın həyata keçirilməsinə mane olmaq üçün əlindən gələni edəcək.
“Aydındır ki, müxalifət hansısa təxribatlar təşkil etmək arzusundadır və onlar bu təxribatlar üçün nəinki xəyal qururlar, hətta konkret olaraq bəzi məkrli planlar da hazırlayırlar”, - İonatamişvili jurnalistlərə deyib .
Deputatın fikrincə, dövlət onların bu məkrli planlarını zərrə qədər də həyata keçirməsinə heç vaxt imkan verməyəcək.
14-10-2024, 16:43
Bakıda yeni parklanma məntəqəsi yaradıldı


Bakıda yeni parklanma məntəqəsi yaradıldı

Bakıda yeni parklanma məntəqəsi yaradılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, paytaxtın İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi təşkil edilib.

14-10-2024, 16:30
Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ


Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ

“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur:
“Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur. ETN-nin tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında valideynlər bir sıra Bakı məktəblərində şagirdlərə əlavə dərs vəsaitlərinin aldırılmasına etirazlarını bildiriblər.
14-10-2024, 15:51
Səfərbərlik Xidmətinin 3 əməkdaşına cinayət işi açıldı


Səfərbərlik Xidmətinin 3 əməkdaşına cinayət işi açıldı

2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.

14-10-2024, 15:47
Hərbi xidmətdən yayınan 448 nəfər əsgərliyə göndərildi


Hərbi xidmətdən yayınan 448 nəfər əsgərliyə göndərildi

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Əvvəllər məlumat verildiyi kimi, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb.
Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb.
Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunmuşdur.
Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.
Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilmiş və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilməsi təmin edilmişdir.
Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.
Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!