Türkiyə XİN-dən İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat .....                        Gürcüstandakı seçki dairələrində xaos .....                        Gürcüstandakı seçki dairələrində xaos .....                        Türk Dövlətlərinin nazirləri Azərbaycanda toplanacaq .....                        "Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri .....                        "Qarabağ"ın oyunlarını idarə etmiş hakimlər diskvalifikasiya edildi .....                        MSK-nın nümayəndələri Özbəkistanda seçkiləri müşahidə edəcək .....                        Bakıda 75 min manatlıq dələduzluq .....                        Leysan yağış və qar yağacaq - İstirahət gününün havası .....                       
Dünən, 15:46
Türkiyə XİN-dən İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat


Türkiyə XİN-dən İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.
Bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.
Türkiyə XİN-dən o da qeyd edilib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.
Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.
Dünən, 15:03
Gürcüstandakı seçki dairələrində xaos


Gürcüstandakı seçki dairələrində xaos

Hazırda qonşu Gürcüstanda parlament seçkiləri keçirilir.
Seçki məntəqələrinin bəzilərində gərginlik müşahidə edilir.
Bununla bağlı bir sıra məntəqlərdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə paylaşımlardan biri də soydaşlarımızın çoxluq təşkil etdiyi Marneuli rayonu, Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində müşahidə edilib.
Dünən, 15:03
Gürcüstandakı seçki dairələrində xaos


Gürcüstandakı seçki dairələrində xaos

Hazırda qonşu Gürcüstanda parlament seçkiləri keçirilir.
Seçki məntəqələrinin bəzilərində gərginlik müşahidə edilir.
Bununla bağlı bir sıra məntəqlərdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə paylaşımlardan biri də soydaşlarımızın çoxluq təşkil etdiyi Marneuli rayonu, Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində müşahidə edilib.
Dünən, 14:33
Türk Dövlətlərinin nazirləri Azərbaycanda toplanacaq


Türk Dövlətlərinin nazirləri Azərbaycanda toplanacaq

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.
Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Toplantıda işçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar, türkdilli ölkələrin sahə üzrə əməkdaşlığının artırılması kimi məsələlər müzakirə olunur.
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı vurğulayıb ki, ilk dəfə keçirilən bu toplantı TDT əməkdaşlığının təməlidir.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
Toplantının sonunda iştirakçı ölkələrin ortaq bəyanatı yayımlanacaq.
Dünən, 13:36
"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri


"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri

Bu gün Gürcüstanda Parlament seçkiləri keçirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev artıq Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün qonşu ölkədədir.
Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanır, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olur, vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyirlər.
Bəs hazırda seçkilərlə bağlı durum hansı vəziyyətdədir?
Müşahidə missiyasının rəhbəri Arzu Nağıyevlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Milli Məclisin komitə sədri Arzu Nağıyev bildirib ki, seçkilərdə seçici aktivliyi müşahidə edilir:
"Bu gün Gürcüstanda proporsional sistem üzrə parlament seçkiləri keçirilir. 150 deputatın seçilməsi gözlənilir. Partiyalar parlamentə düşmək üçün 5 faizlik baryeri aşmaq uğrunda mübarizə aparır. Məlum məsələdir ki, Gürcüstanın gələcəyini gürcü xalqı özü müəyyən edəcək. Qeyd etmək istərdim ki, Azərbaycan Milli Məclisinin 8 deputatı seçkiləri izləyir. Bu gün biz Rustavidə 10 seçki dairəsində olduq. Seçici aktivliyi var. Bizim müşahidə etdiyimiz məntəqələrdə seçicilərin üçdə biri artıq saat 11:00-a olan məlumata görə səsverməyə gəlmişdi. Heç bir problem yaranmayıb. Rustavi ərazisində hər hansı qarşıdurma görmədik. Sakit bir tərzdə səsvermə davam edir.
Müşahidəçi kimi, biz Tbilisinin bir sıra seçki dairələrində də olacağıq. Müşahidə ediləcək əsas məntəqələrlə bağlı məlumatımız olacaq. Bir sözlə, həddən artıq müşahidəçilər var. Son sözü isə Gürcüstan xalqı deyəcək. Hazırda tam sakitçilikdir, seçki öz axarında davam edir".
Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.

Dünən, 13:29
"Qarabağ"ın oyunlarını idarə etmiş hakimlər diskvalifikasiya edildi


"Qarabağ"ın oyunlarını idarə etmiş hakimlər diskvalifikasiya edildi

UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.
Buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.
Qeyd edək ki, Bartoş Frankovskiy 2019-cu ildə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.
Dünən, 13:06
MSK-nın nümayəndələri Özbəkistanda seçkiləri müşahidə edəcək


MSK-nın nümayəndələri Özbəkistanda seçkiləri müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.[right][/right]
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Respublikasının Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
Dünən, 12:59
Bakıda 75 min manatlıq dələduzluq


Bakıda 75 min manatlıq dələduzluq

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Dünən, 12:45
Leysan yağış və qar yağacaq - İstirahət gününün havası


Leysan yağış və qar yağacaq - İstirahət gününün havası

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.
Dünən, 12:27
Cəbrayılda yük maşınını qaçırdılar


Cəbrayılda yük maşınını qaçırdılar

Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!