Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
30-10-2024, 16:57
Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”


Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”

Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.
Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: “Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım”.
Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. “Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?”, - deyə qohumlar səslərini yüksəldiblər.
Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.
Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.
Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: “Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram”.
Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib.
Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.
Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.
30-10-2024, 16:53
Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır - Ərdoğan


Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır.
Ədoğan qeyd edib ki, Ankara indi dünyada ən böyük dron istehsalçısıdır.
“Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla mübarizədə həmişə maneələrlə üzləşmişik. İndi biz öz silahlarımızla bütün problemlərin öhdəsindən gəlirik. Biz milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən artıq heç kimdən icazə almırıq və başqalarının fikri ilə maraqlanmırıq”, - prezident vurğulayıb.
Onun fikrincə, Türkiyə çəkindirici güc əldə etmək üçün müxtəlif sahələrdə fəaliyyətini dayandırmayacaq, bu da dostlara güvən, düşmənlərə qorxu aşılayacaq.
30-10-2024, 16:48
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı


Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan da iştirak edib.
İclasda xarici və daxili siyasət məsələləri müzakirə olunub.
30-10-2024, 16:40
Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırdı


Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üzləşdikləri çətin sınaqlardan uğurla çıxmaq üçün müsəlman ölkələrini həmrəyliyə çağırıb.
Dövlət başçısı Prezident iqamətgahında çıxışı zamanı müsəlman dünyasının bu gün çox ciddi sınaqdan keçdiyini bildirib.
Ərdoğan deyib ki, illərdir nümunə kimi göstərilən beynəlxalq təşkilatlar da bu sınaqdan uğurla çıxa bilmir:
"Beynəlxalq təşkilatlar dünyada baş verənlərə reaksiya göstərmir. Bu, onu deməyə əsas verir ki, beynəlxalq hüquq öz yerini cəngəllik qanunlarına verib".
30-10-2024, 16:32
Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib


Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.
30-10-2024, 16:28
Emin Əmrullayevdən iki yeni təyinat


Emin Əmrullayevdən iki yeni təyinat

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni müdirlər təyin edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.
30-10-2024, 15:23
COP29-a görə tibb müəssisələri hazır vəziyyətə gətirilib


COP29-a görə tibb müəssisələri hazır vəziyyətə gətirilib

COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O, bildirib ki, bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub.
Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.
COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb.
Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.
Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.
30-10-2024, 14:55
“Turizm haqqında” qanuna dəyişiklik edildi


“Turizm haqqında” qanuna dəyişiklik edildi

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizm haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilib:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.
30-10-2024, 14:50
Elnur Əliyevə yeni vəzifə verildi


Elnur Əliyevə yeni vəzifə verildi

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəmcam imzalayıb.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Müşahidə Şurasının tərkibinə daxil edilib.
İqtisadiyyat nazirinin keçmiş müavini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Şuranın tərkibindən çıxarılıb.
30-10-2024, 14:38
SEPAH-ın helikopteri qəzaya uğrayıb


SEPAH-ın helikopteri qəzaya uğrayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinə məxsus təlim helikopteri qəzaya uğrayıb.
Helikopter sərt eniş edərkən qızaya uğrayıb və göyərtəsində olan bir nəfər yaralanıb.
Hadisə bu gün səhər saatlarında İranın cənub-qərbindəki Fars əyalətinin Zarindəşt şəhəri yaxınlığında baş verib.
Medianın məlumatına görə, hadisə zamanı yaralanan şəxs xəstəxanaya aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!