İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur. Bu barədə «Xəzər TV» hazırladığı reportajda bildirilib. Qeyd edilib ki, avtomobil elanları saytlarında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir. Avtomobil Dillerləri Assosasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv ounmasıdır. Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətindəki ani enmə nəzərə alınsa, indiki vəziyyəti qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar. Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var. Eyyub Əliyevin sözlərinə görə, bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!