“Solo gənclik” layihəsinə start verilir .....                        İlham Əliyevdən Ağdam paylaşımı .....                        Fatma Mahmudova beyin infarktı keçirib .....                        Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu .....                        Kərim Vəliyev Pakistanda marşalla görüşdü .....                        İmran Xan azadlığa buraxıldı .....                        Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq .....                        Avtobus zolaqlarına girənlər cəzalandırıldı .....                        QHT sədri ilə müsahibə .....                       
30-10-2024, 14:33
Ərdoğandan Baxçalının təklifinə dəstək: "Tarixi fürsətdir"


Ərdoğandan Baxçalının təklifinə dəstək: "Tarixi fürsətdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terroruna son verilməsi ilə bağlı təklifini dəstəkləyib.
Bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə parlamentindəki fraksiya iclasında danışıb.
Qeyd edək ki, Baxçalı PKK-nın hazırda İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanın parlamentə gələrək terror təşkilatının buraxıldığını elan etməsini təklif edib. "Onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir", - Baxçalı deyib.
D.Baxçalı onu da qeyd edib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın: “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu açılmalıdır.
Ərdoğan Baxçalının təklifini tarixi fürsət kimi qiymətləndirib: "Dövlət bəy mövqeyi, cəsarətli çıxışları, siyasəti ilə daima tarixə istiqamət verən bir liderdir".
O qeyd edib ki, Türkiyə həm türklərin, həm də kürdlərin cümhuriyyətidir: "Bu respublika "Türkiyə Cümhuriyyətinin şərəfli vətəndaşıyam" deyən laz, çərkəz, ərəb, yunan, roman, yəni bu vətəndə yaşayan hər kəsin, hər bir fərdin cümhuriyyətdir".
"Milliyyətçi Hərəkat Partiyası sədrinin son çağırışlarını bu konteksdə oxuyanlar qarşımızda açılan tarixi fürsət pəncərəsini görür və həyəcanlanır. Digər tərəfdən, ölkənin və millətin ortaq maraqları əvəzinə öz şəxsi və qrup gündəmlərini güdənlər həmişəki kimi tutarsızlıq və boş söz bataqlığında qalmağa davam etdirirlər", - Ərdoğan bildirib.
Türkiyə lideri terrorçulara qarşı mübarizənin davam edəcəyini bəyan edib:
"Türkiyə terrora qarşı qətiyyətlə mübarizəni davam etdirəcək və ölkəmizə qarşı olan təhlükəni haradan gəlirsə, mütləq yox edəcəyik. İnşallah qarşıdakı dövrdə millətimiz üçün bütün cənub sərhədlərimizin təhlükəsizliyini, xalqımızın can və malının təhlükəsizliyini təmin edəcək yeni xoş xəbərlərimiz olacaq".
30-10-2024, 14:30
Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO


Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

30-10-2024, 14:14
Ərdoğandan Akşenerə böyük jest


Ərdoğandan Akşenerə böyük jest

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ partiyasının keçmiş lideri Meral Akşenerlə bağlı məhkəmədə qaldırdığı iddia və şikayətlərindən imtina edib.
Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın özünün "X" hesabında yazıb.
O qeyd edib ki, bu çərçivədə prezidenti təhqir etdiyi üçün Akşenerə açılan üç istintaq işindən, dörd mülki iddiadan və maddi təzminatlardan imtina edilib.
Qeyd edək ki, iyun ayında Akşener Ərdoğanla görüşüb. Görüşdən sonra ictimaiyyətə açıqlama verilməyib. Türkiyənin siyasi kuluarlarında görüş ciddi rezonans doğurub. İYİ partiya rəsmiləri müxtəlif KİV-lərə açıqlamasında görüşün partiya adından deyil, fərdi qaydada baş tutduğunu bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!