Aynur CƏFƏRQIZI Yazır: .....                        “Hophopnamə”nin müqayisəli ədəbi-fəlsəfi təhlili .....                        Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir .....                        "Qarabağ" məğlub oldu: pley-off şansını itirdi .....                        Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı .....                        "Qarabağ"ın oyununda bərabərlik qolu .....                        Oğuzda ağır qəza: iki nəfər yaralandı .....                        Bu ölkənin səfiri Azərbaycandan gedir .....                        Prezidentdən Kəlbəcərlə bağlı qərar .....                       
Tarix : 30-10-2024, 14:33
Ərdoğandan Baxçalının təklifinə dəstək: "Tarixi fürsətdir"


Ərdoğandan Baxçalının təklifinə dəstək: "Tarixi fürsətdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terroruna son verilməsi ilə bağlı təklifini dəstəkləyib.
Bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə parlamentindəki fraksiya iclasında danışıb.
Qeyd edək ki, Baxçalı PKK-nın hazırda İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanın parlamentə gələrək terror təşkilatının buraxıldığını elan etməsini təklif edib. "Onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir", - Baxçalı deyib.
D.Baxçalı onu da qeyd edib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın: “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu açılmalıdır.
Ərdoğan Baxçalının təklifini tarixi fürsət kimi qiymətləndirib: "Dövlət bəy mövqeyi, cəsarətli çıxışları, siyasəti ilə daima tarixə istiqamət verən bir liderdir".
O qeyd edib ki, Türkiyə həm türklərin, həm də kürdlərin cümhuriyyətidir: "Bu respublika "Türkiyə Cümhuriyyətinin şərəfli vətəndaşıyam" deyən laz, çərkəz, ərəb, yunan, roman, yəni bu vətəndə yaşayan hər kəsin, hər bir fərdin cümhuriyyətdir".
"Milliyyətçi Hərəkat Partiyası sədrinin son çağırışlarını bu konteksdə oxuyanlar qarşımızda açılan tarixi fürsət pəncərəsini görür və həyəcanlanır. Digər tərəfdən, ölkənin və millətin ortaq maraqları əvəzinə öz şəxsi və qrup gündəmlərini güdənlər həmişəki kimi tutarsızlıq və boş söz bataqlığında qalmağa davam etdirirlər", - Ərdoğan bildirib.
Türkiyə lideri terrorçulara qarşı mübarizənin davam edəcəyini bəyan edib:
"Türkiyə terrora qarşı qətiyyətlə mübarizəni davam etdirəcək və ölkəmizə qarşı olan təhlükəni haradan gəlirsə, mütləq yox edəcəyik. İnşallah qarşıdakı dövrdə millətimiz üçün bütün cənub sərhədlərimizin təhlükəsizliyini, xalqımızın can və malının təhlükəsizliyini təmin edəcək yeni xoş xəbərlərimiz olacaq".


Paylaş



Bölmə: Dünya / Foto görüş / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!