Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
31-10-2024, 14:59
8 Noyabr prospektində əsaslı təmir işləri yekunlaşır - VİDEO


8 Noyabr prospektində əsaslı təmir işləri yekunlaşır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 8 Noyabr prospektində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.
Bu barədə agentliyə istinadən xəbər verir.
Paytaxtın əsas prospektlərindən biri sayılan, uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə prospekt boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunmaqla yeni yol əsası inşa edilib. Ardınca “İnşaat Norma və Qaydaları”na əsasən prospektin zəruri əraziləri hamarlayıcı lay olmaqla asfaltlanıb, ardınca isə 2 laydan ibarət asflat-beton örtüyü döşənib.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb, prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülüb.
Prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi işləri icra olunub. Hazırda səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılaraq yekunlaşdırılır. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılıb. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.
Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları salınıb, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.
Hərəkət iştirakçılarının rahat, təhlükəsiz hərəkəti üçün prospektin bir çox hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bundan başqa, prospektdə yerləşən yerüstü piyada keçidlərində də təmir-bərpa işləri aparılır. Əsaslı təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılması planlaşdırılır.

31-10-2024, 14:43
"COP29 Xüsusi Viza"sı 3 günə rəsmiləşdiriləcək


"COP29 Xüsusi Viza"sı 3 günə rəsmiləşdiriləcək

"COP29 Xüsusi Viza"sına müraciətin təqdim edilməsindən sonra 3 iş günü ərzində vizanın rəsmiləşdirilməsi nəzərdə tutulur.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") "Asan Viza" departamentinin müdiri İsmayıl Rəsulzadə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəyə səfər edəcək rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.
Departament müdiri xatırladıb ki, bununla əlaqədar bu ilin yanvar ayından Agentliyin operatoru olduğu "ASAN Viza" sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanmasına start verilib: "Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (United Nations Framework Convention on Climate Change - UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilib".
İ.Rəsulzadə deyib ki, "COP29 Xüsusi Viza"sı Azərbaycana səfər edən COP29 iştirakçılarından tələb olunur: "Bu vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. 200-ə yaxın ölkədən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib".
31-10-2024, 14:27
Onlara da şəhid statusu verilə bilər: təklif müsbət qarşılanıb


Onlara da şəhid statusu verilə bilər: təklif müsbət qarşılanıb

Azərbaycanda xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilə bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev təklifin müsbət qarşılandığını bildirib.
O qeyd edib ki, bu təklif “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun müzakirə mövzusu deyil.
“Digər tərəfdən, münatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb”, - Komitə sədri vurğulayıb.
Xatırladaq ki, oktyabrın 16-da Milli Məclisdə xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusunun verilməsi təklif edilib.
bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib.
O qeyd edib ki, bu işlə məşğul olanların statusu məsələsi vacibdir: “Minatəmizləmə əməliyyatı zamanı həyatını itirən şəxslərin şəhid statusu almasına baxılmasını xahiş edirik”.
Bəhruz Məmmədov qeyd edib ki, ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi: "Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ondan sonra bütün ANAMA əməkdaşları bizə müraciət etdi. O zaman biz bunu qanun layihəsinə sala bilmədik. Amma indi biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.
31-10-2024, 14:22
ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq


ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq

ABŞ lideri Co Bayden 5 noyabr tarixli prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, 2025-ci il yanvarın 20-də öz xələfinin inauqurasiya mərasimində iştirak edəcək.
Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"O bunu edəcək" deyə Karine Jan-Pye jurnalistin müvafiq sualını cavablandırıb.
Jan-Pyerin sözlərinə görə, ABŞ xalqı “hakimiyyətin dinc yolla ötürülməsini görməlidir”.
"Prezidentdən görəcəyiniz şey budur", - o deyib.
“İnauqurasiyada iştirak etmək bu prosesin bir hissəsidir. Tarixən bu, müntəzəm olaraq baş verir. O, şübhəsiz ki, andiçmədə iştirak edəcək”, – Ağ Evin mətbuat katibi bildirib.
31-10-2024, 14:21
Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq -  QƏRAR


Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq - QƏRAR

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.
Səbəb olaraq Nizami rayonunda tikinti aparan "Kursus-Nizami" şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.
Qeyd olunub ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.
R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.
Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur.
Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.
31-10-2024, 14:02
COP29 zamanı menyular QR kodla təqdim olunacaq


COP29 zamanı menyular QR kodla təqdim olunacaq

COP29 məkanında fəaliyyət göstərəcək iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, qidalanma üçün yerli və mövsümi məhsullardan istifadə olunacaq. Xaricdən idxal olunacaq məhsullara mümkün qədər az üstünlük verilərək, ərzaqların daşınma məsafəsinin qısalması ilə karbon izinin azalmasına töhfə vermiş olacağıq.
Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
"Menyuların təqdimatında QR koddan istifadə ediləcək. Bununla da kağızdan istifadənin qarşısını almaq mümkün olacaq. COP komandası və könüllülərin qidalanması COP Əməliyyat Şirkəti tərəfindən təmin ediləcək", - deyə o əlavə edib.
31-10-2024, 13:57
Nəsiman Yaqublunun məzarından ilk foto


Nəsiman Yaqublunun məzarından ilk foto

Mərhum tarixçi alim, Bakı Dövlət Universitetinin (BDU) professoru Nəsiman Yaqublunun məzarından çəkilmiş ilk foto yayımlanıb.
Fotonu sosial şəbəkədə Nəsiman müəllimin dostları paylaşıblar.
Professor Nəsiman Yaqublu bu il avqustun 25-də Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi kimi seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib.
Mərhum Sabunçu rayonundakı Zabrat qəbiristanlığında dəfn edilib.
Daxili İşlər Nazirliyi hadisədən sonra bildirib ki, baş vermiş yol qəzası ilə bağlı müvafiq ekspertizalar təyin edilib, cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Nəsiman Yaqublu 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1980-1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983-1986-cı illərdə Sankt Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2008-ci ildən BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi idi.
Professor Nəsiman Yaqublunun tədqiqat sahəsi Azərbaycan mətbuat tarixi olub.
O, 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.
Nəsiman Yaqublu 20-ə yaxın kitab və ensiklopediyanın müəllifi idi.
31-10-2024, 13:43
Avtomobillərdən kütləvi oğurluqlar edənlər saxlanıldı - VİDEO


Avtomobillərdən kütləvi oğurluqlar edənlər saxlanıldı - VİDEO

Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.
DİN-dən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

31-10-2024, 13:27
Bakıda elektrik mühərrikli yeni avtobuslar - FOTO



Bakıda elektrik mühərrikli yeni avtobuslar - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.




31-10-2024, 13:19
COP29-da yalnız onlara pulsuz qida veriləcək


COP29-da yalnız onlara pulsuz qida veriləcək

COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq.
Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yaralanacaq: "Menyular QR kod vasitəsilə qonaqlara təqdim olunacaq.
Şirkət rəsmisi həmçinin deyib ki, COP29 tədbiri müddətində əsasən yerli məhsullara üstünlük veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!