"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
22-10-2024, 23:59
Nikolas Şmitin əsassız və qərəzli bəyanatını rədd edirik


Nikolas Şmitin əsassız və qərəzli bəyanatını rədd edirik

Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Avropa Parlamentində müzakirələr zamanı səsləndirdiyi əsassız iddialarına dair şərhində yer alıb.
"Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.
Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır.
AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir", - A.Hacızadə qeyd edib.
XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqının aidiyyəti qurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur: "Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha nümayiş etdirir.
Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülh və sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq".
22-10-2024, 21:56
Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı


Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.
Bu tədbirlərə emissiyaların azaldılması – enerji səmərəliliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.
Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.
22-10-2024, 21:31
“Tezliklə sülh müqaviləsi bağlanacaq “- VİDEO


“Tezliklə sülh müqaviləsi bağlanacaq”- VİDEO

“Cənubi Qafqaz ən qaynar dövrünü yaşayır. İndi Ermənistan cəmiyyətində Azərbaycanla sülh bağlamaq istəyənlərin sayı artır".
Bu fikirləri Real Televiziyasının efirində Millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, indi Cənubi Qafqazın ən qaynar nöqtəsi Gürcüstandır.
“Qonşu Gürcüstanda seçkilərə sayılı günlər qalır. Burada ciddi rəqabət var. Bu ərəfədə ABŞ prezidenti Co Bayden Cənab İlham Əliyevə məktub yazaraq Ermənistanla sülh bağlamağa çağırır. Hesab edirəm ki, tezliklə sülh müqaviləsi bağlanacaq “- deyə Cavanşir Feyziyev bildirib.

22-10-2024, 21:15
Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - Bayden


Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - Bayden

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.
Məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı müşaviri Lui Bononun İrəvana səfəri zamanı verilib.
“Mən sizin ölkəniz və Azərbaycan arasında sülh sazişi bağlamağa doğru davamlı irəliləyiş əldə etdiyinizi görməkdən məmnunam. Bu saziş iki ölkəniz arasındakı münasibətləri normallaşdıracaq", - o qeyd edib.
Bayden ABŞ-ın uzunmüddətli və ləyaqətli bir sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb və əsrlər boyu davam edən münaqişəyə son qoyulacağına əminlik ifadə edib:
“Sülh sazişi bütün Cənubi Qafqaz regionuna təhlükəsizlik və sabitlik gətirəcək”.
ABŞ Prezidenti vurğulayıb ki, indi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və sülhün fundamental prinsiplərinə sadiqliyi təsdiqləmək vaxtıdır.
"Parlaq gələcək artıq yaxınlıqdadır və mən onun qaçırılmaması üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", - məktubda deyilir.
22-10-2024, 21:13

Azərbaycanın Manisada döyünən ürəkləri
Azərbaycanın Manisada döyünən ürəkləri


Həsən bəy Zərdabi adına İzmir Ege Universitetində keçirilən yüksək səviyyəli simpoziumda iştirak etdiyimiz layiqli qəzetçi və tədqiqatçı, “Şərq” qəzeti başkanı Akif Aşırlı ilə birlikdə İzmirdən Manisa gəzintisinə gedərkən hansı sürprizlə qarşılaşacağımızı heç xəyalımıza da gətirməzdik. Təsadüfən rastımıza çıxan polisdən qədim tarixi meydanın yolunu soruşduq. Bakıdan gəldiyimizi bilən kimi bizə yaxınlıqdakı Azərbaycan evinin yolunu göstərdi. Ora getməyimizi məsləhət bildi və heç izin soruşmadan telefon açıb “qarşılayın, qonaqlarınız gəlib” söylədi. Nə xoş təsadüf, bizi əsl qardaş doğmalığı ilə Manisa Azərbaycan Evi Başkanı Seyfettin Ayakyay və Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi Yönətim Kurulu Başkanı Yalçın Taşdemir qarşıladı. Azərbaycan, Türkiyə bayraqları ilə göz oxşayan otaqdan mərhum Qənirə Paşayevanın gülərüz baxışları ilə üz-üzə qaldıq, xatirələrimizi bölüşdük, ondan sonra bura biz qonaq gəlmişdik. Çox maraqlı tarixi keçmişi olan "şahzadələr şəhəri" Manisanın görməli yerlərini gəzdik.
İrəvan xanlarının nəslindən – Hüseynəli xanın qardaşı kötücəsi Seyfettin bəy Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı alıb, mərhum Heydər Əliyevlə görüşüb, Manisada onun adına park açıb, indi isə öz vəsaiti ilə (Xan soykökünə mənsubların məğrur ədası ilə: - kimsədən bir əmzik də almaram, özüm edəcəyəm-deyir) Şuşa adına gözəl bir abidənin özülünü qoydurub inşasına başlayıb. Vətən müharibəsində qələbədən sonra 43 Manisalı, İzmirli yazarın, QHT-STK fəallarının Şuşaya səfərini təşkil edib, feysbuk səhifəsində də Türkiyədən çox Azərbaycana yer ayırır. O, Heydər Əliyev heyranı, İlham Əliyev sevdalısıdır, Qarsdan üzübəri şəhər, kəndlərdə xeyli İrəvanlı qohumları yaşayır və onlar özlərini o torpaqların əsl sahibləri sayır, yaşı 80-ə yaxınlaşır, Qərbi Azərbaycan torpaqlarına qayıdış günlərini inamla, həsrətlə gözləyir.
Arzularınız gerçək olsun, Seyfettin bəy, Yalçın bəy, sizlər Azərbaycanın Türkiyədə döyünən ürəklərisiz, var olun, tanışlıqdan çox məmnun qaldıq, yenidən görüşmək arzusu ilə,

Hacı Nərimanoğlu Abdulla
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri







22-10-2024, 19:41
Məhdudiyyət tam aradan qaldırıldı


Məhdudiyyət tam aradan qaldırıldı

Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilbi ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
22-10-2024, 19:10
Müsəlman ölkələrinin səfirləri ilə görüş


Müsəlman ölkələrinin səfirləri ilə görüş

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ölkədə akkreditə olunmuş səfirləri ilə görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüşdə ölkənin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.
C.Bayramov çıxışında Azərbaycanın qardaş müsəlman ölkələri ilə dərin münasibətlərin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.
Ölkəsinin COP29 sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verib.
Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. Noyabrın 11-22-də keçiriləcək konfrans zamanı ümumilikdə müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir kitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.
Nəticə etibarilə, bu günədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu-York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.
Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğunu qeyd edib.
Habelə bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək ölkələr arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.
COP29 çərçivəsində ölkəsinin hazırlıq işlərindən danışan Hikmət Hacıyev sədrliyin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.
Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan-Ermənistan normallaşma prosesinin, “Azərbaycanın neft ölkəsi olması” məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.
Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.
Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.
22-10-2024, 18:04
İsrail “Hizbullah”ın gizli bunkerini tapdı: 500 milyon dollar, qızıl…


İsrail “Hizbullah”ın gizli bunkerini tapdı: 500 milyon dollar, qızıl…

İsrail Müdafiə Qüvvələri Beyrutdakı xəstəxanalardan birinin altında Livanın “Hizbullah” təşkilatına məsus yeraltı bunker aşkarlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. Onun sözlərinə görə, bunker şəxsən “Hizbullah”ın öldürülən lideri Həsən Nəsrullaha məxsus olub. Sığınacaqda 500 milyon dollardan çox nağd pul və qızıl olub.
İsrail növbəti dəfə İranı “Hizbullah” maliyyələşdirməkdə ittiham edib.
“Bu pul Livanın yenidən qurulması üçün istifadə oluna bilərdi, amma bunun əvəzinə “Hizbullah”ı gücləndirmək üçün istifadə olundu”, - “The Times of Israel” Haqaridən sitat gətirib.
22-10-2024, 17:59
Bağırov korpüsünün su basan tunelində növbə təşkil olundu


Bağırov korpüsünün su basan tunelində növbə təşkil olundu

Bakının Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektində Bağırov korpüsünün altındakı tuneldə subasma nəticəsində yaranan fəsadlar aradan qaldırılır, nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tənzimlənir.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib.
Qeyd edib ki, tunel qismən nəqliyyət vasitələrinin istifadəsinə verilir. Bundan başqa, sürücülər alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yollarından istifadə edir.
T. Nəsirli onu da vurğulayıb ki, ərazidə DYP tərəfindən nəzarət tədbirləri həyata keçirilir.
22-10-2024, 17:36
Deputat seçilən nazir müavinin xanımının yerinə təyinat


Deputat seçilən nazir müavinin xanımının yerinə təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsini icra edən şəxs təyin edilib.
Bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Elnarə Ənsari gətirilib. O, əvvəllər ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsində çalışıb.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin keçmiş direktoru Nigar Məmmədova sentyabrın 1-də keçirilən parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən deputat seçilib və qanunvericiliyə uyğun olaraq vəzifəsinin icrasına xitam verilib.
O, 2023-cü ilin 1 sentyabr tarixindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı. N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.
Xatırladaq ki, bir neçə həftə əvvəl nazirin əmri ilə Mətanət Məmmədova və Elbrus Allahverdiyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!