Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-12-2024, 17:52
Rusiya Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirib


Rusiya Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Petrovka və İlyinka yaşayış məntəqələrini ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki Rusiya qoşunları "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Petrovka və İlyinka yaşayış məntəqələrini nəzarətə götürüb.
Bundan əlavə, məlumatda ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarına, PUA istehsalı sexləri anbarlarına zərbə endirdiyi bildirilib.
Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ötən sutka ərzində Ukraynanın 55 PUA-sını vurduğu qeyd olunub.
1-12-2024, 17:44
Aİ-nin Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələdi


Aİ-nin Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələdi

Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər.
Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.
Kaja Kallas deyib ki, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib: “Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”.
Qeyd edək ki, Avropa İttifaqı yalnız bütün üzvlərinin razılığı ilə hər hansı ölkəyə qarçı sanksiya tətbiq edə bilər. Ancaq bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın Gürcüstan hakimiyyətinə dəstəyini açıqlaması fonunda Avropa İttifaqının belə sanksiyanın tətbiqi barədə qərar verməsi ehtimalı çox azdır.
1-12-2024, 17:23
Aİ və Avropa Şurası rəsmiləri Kiyevdədir


Aİ və Avropa Şurası rəsmiləri Kiyevdədir

Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos yeni vəzifədə ilk dəfə Ukraynaya səfər ediblər.
Bu barədə Kallas və Kostanın “X” sosial şəbəkəsindəki rəsmi hesablarında bildirilir.
“Deutsche Welle”nin məlumatına görə, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
"Vəzifəyə gəldikdən sonra ilk səfərimdə ismarışım budur: Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir", - Kalas yazıb.
Xatırladaq ki, noyabrın 27-də Avropa Parlamenti bu gün rəsmi olaraq işə başlayan Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.
1-12-2024, 16:57
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1-12-2024, 16:18
Avropa Gürcüstan vətəndaşlarını işə götürməyəcək


Avropa Gürcüstan vətəndaşlarını işə götürməyəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.
Gürcüstan iqtidarının qərarına etiraz edən insanlar həmin gündən Tbilisi küçələrinə çıxıblar. Etiraz aksiyasında Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili də iştirak edib. O, müxalif qüvvələri dəstəkləyib. Tbilisinin mərkəzində küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.
Gürcüstana cavab isə gecikməyib. Ötən gecə ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı açıqlama verib:
“ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski isə Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında Gürcüstanla münasibətlərin müzakirəyə çıxarılacağını bildirib.
İslacda 27 üzv ölkənin təmsilçiləri iştirak edəcəklər. Diplomat gündəlikdə Gürcüstanla ilə mövcud viza rejiminin ləğv edilib-edilməməsi məsələsinin də olduğunu bildirib.
Qeyd edək ki, Avropa İttifaqı və Gürcüstan arasındakı soyuq əlaqələrdən sonra Avropada gürcülərə qarşı münasibət dəyişib.
Belə ki, artıq Avropada Rusiya vətəndaşları ilə yanaşı Gürcüstan vətəndaşlarını da işə qəbul etməməyə başlayıblar.
İş elanlarında Gürcüstan vətəndaşları istisna olaraq digər ölkə vətəndaşlarını qəbul edəcəklərini bildirirlər. Bəzi iş yerlərində isə Gürcüstan vətəndaşlarının sıxışdırıldığı və çıxarıldığı qeyd olunur.
1-12-2024, 16:00
Xarici təlimatçılarla üz-üzə qalmışıq - Gürcüstanın Baş naziri


Xarici təlimatçılarla üz-üzə qalmışıq - Gürcüstanın Baş naziri

Görünür, xarici təlimatçılarla üz-üzə qalmışıq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidəki etiraz aksiyalarında saxlanılan əcnəbi şəxslər barədə danışarkən bildirib.
“Dünən Böyük Britaniya vətəndaşı saxlanıldı, o, qanunsuz olaraq parlament binasına daxil olmuşdu. Görünür, xarici təlimatçılarla üz-üzə qalırıq, onlar zorakılıq qruplarına rəhbərlik edirlər. Amma əvvəlcədən nəsə demək istəmirəm, bu, təhqiqatçılara aid məsələdir”, - Baş nazir qeyd edib.
Qeyd edək ki, Tbilisidəki etiraz aksiyalarında 10 nəfər əcnəbinin saxlanıldığı bildirilib. Onların arasında Rusiya, Belarus və ABŞ vətəndaşları da var.
1-12-2024, 15:30
Gürcüstanda “milli meydan” olmayacaq!


Gürcüstanda “milli meydan” olmayacaq!

“Ötən gün hər kəs gördü ki, Gürcüstanda “milli meydan” olmayacaq, dünən ölkədə liberal faşizminin sonunun başlanğıcı idi”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze şənbə günü keçirilən etiraz aksiyası haqqında bildirib.
Baş nazir Daxili İşlər Nazirliyinə, o cümlədən polisə etirazçıların saxlanılmasında əvvəlki günlərlə müqayisədə daha humanist yanaşmaya və səhvləri düzəltdiklərinə görə təşəkkür edib.
“O qədər sərt və sistematik zorakılığa baxmayaraq, polis qüvvələri daha yüksək səviyyədə fəaliyyət göstərdi, amerikalı və avropalı polis qüvvələrindən daha yaxşı işlədilər və dövlətimizi konstitusiya qaydalarını pozmağa cəhd edən yeni hadisəyə qarşı uğurla qorudular. Hər bir polis əməkdaşına səbrinə görə təşəkkür edirəm”, - Kobaxidze deyib.
1-12-2024, 15:17
Yeni hökumət formalaşdırılıb - İrakli Kobaxidze


Yeni hökumət formalaşdırılıb - İrakli Kobaxidze

Dünən 12 nazir təyin olunub, bununla da 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılması tamamlanıb.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək, bundan sonra bütün konstitusiya orqanları xalqın əksəriyyətinin iradəsinə uyğun olaraq tamamlanacaq.
“O vaxtdan etibarən 12 nazir təyin edilib və 26 oktyabr parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılması başa çatıb. Həmçinin, dekabrın 14-də Gürcüstanın prezident seçkiləri keçiriləcək və bundan sonra bütün konstitusiya orqanları Gürcüstan xalqının iradəsinə uyğun şəkildə tam olacaq”, - Baş nazir əlavə edib.
1-12-2024, 15:02
Zurabişvili mandatının bitməsindən sonra vəzifədən gedəcək - Kobaxidze


Zurabişvili mandatının bitməsindən sonra vəzifədən gedəcək - Kobaxidze

Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək.
Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, Salome Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.
O, qeyd edib ki, Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək.
1-12-2024, 14:47
3300-dən çox namizəd imtahan verib


3300-dən çox namizəd imtahan verib

1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3 338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 2-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!