Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident .....                        Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif .....                        Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                        "AZAL" təyyarəsinin qəzası: İlkin hesabat yanvarın sonunda açıqlanacaq .....                        İsrail Qəzzada 100-dən çox hərbi obyektə hücum etdi .....                        Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır .....                        Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı .....                        Qazaxda narkokuryerlər saxlanıldı .....                        Mərhum aktyor dəfn olundu - Son dəfə eyni kadrda oldular .....                       
4-12-2024, 21:14
Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu


Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu

Azərbaycanın Qarabağ Zəfəri, əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbədir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik.
Bunu Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.
M.Çavuşoğlu fikirlərinə belə davam edib: “Əvvəllər öz yerlərindən köçməyə məcbur olmuş azərbaycanlı qardaşlarımız hazırda öz vətənlərinə dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqların yenidən qurulması üçün böyük səylər var və keçmiş məcburi köçkün dediyimiz qardaşlarımız bu torpaqlara sevinclə qayıdırlar. Qərbi Azərbaycan İcmasının məqsədi zorla didərgin edilən qardaşlarımızın da sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində öz evlərinə qayıtmasıdır. Digər tərəfdən, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarında dağıdılan bütün tarixi abidələr, məscidlər, qəbiristanlıqlarla bağlı bir çox problemlər davam edir. Təəssüf ki, Ermənistanı bu prosesə mənfi yönləndirməyə çalışan Fransa kimi ölkələr də vardır”.
Türkiyənin sabiq xarici işlər nazirinin sözlərinə görə, növbəti dövrlərdə Cənubi Qafqazın əhəmiyyəti daha da artacaq. Xüsusilə Azərbaycan və Türkiyənin mərkəzdə olduğu Şərq-Qərb dəhlizinin ticarət, nəqliyyat və enerji kimi bir çox sahələrdə əhəmiyyəti artır. “Odur ki, bu bölgənin əhəmiyyəti artdıqca UID-nin bütün məsələlərdə və hər şeydən əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini gözləmək hər bir Türkiyə və Azərbaycan vətəndaşının borcudur. Qurumun bunu uğurla həyata keçirəcəyinə tam inanırıq. Can Azərbaycanın haqq işini müdafiə etmək bizim tariximizə, keçmişimizə, şəhidlərimizə, qazilərimizə borcumuzdur. UID bununla bağlı üzərinə düşəni yerinə yetirməyə davam edəcək. Digər tərəfdən, məqsədimiz Türkiyə və Azərbaycanın hüquqlarının müdafiəsində diaspor dediyimiz xaricdə yaşayan azərbaycanlılarla türkiyəlilərin arasında birliyi təmin etməkdir. Bütün dünya üzrə UID-lərin sədrlikləri, regional sədrlikləri və qərargahımız bununla bağlı ciddi səylər göstərir. Hesab edirəm ki, buradakı ofis də bu mənada mühüm rol oynamalı və rolunu daha da artırmalıdır. Yəni, buradakı UID Türkiyəyə, qərargaha bağlı UID olmayacaq. İnanırıq ki, institusional formatda çalışaraq Azərbaycana çox mühüm xidmətlər göstərəcəyik. Biz hər zaman UID-nin yanında və onun xidmətində olacağıq, bütün işlərinə bacardığımız qədər dəstək verməyə çalışacağıq. Biz həmişə birik, bir yerdəyik, bir millət, iki dövlətik, amma lazım olanda bir dövlət kimi davranmağı da bilirik. Biz bunu bütün dünyaya göstərmişik”, - deyə M.Çavuşoğlu vurğulayıb.
4-12-2024, 20:13
Rüfət Səfərovla bağlı qərar verildi


Rüfət Səfərovla bağlı qərar verildi

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.
Təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
4-12-2024, 20:06
Gürcüstan müxalifəti debatdan yayındı


Gürcüstan müxalifəti debatdan yayındı

Gürcüstanın tanınmış müxalifət liderləri- keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.
Onlar bu addımı teledebata bir neçə saat qalmış atıblar.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan edib və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında (1tv.ge) teledebata çağırmışdı. Dekabrın 3-də müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Teledebat dekabrın 4-də saat 22:00-a təyin olunmuşdu. Bu gün günün ikinci yarısında isə hər iki müxalifət lider debatdan imtina ediblər.
Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, “radikal müxalifət” dəqiq bilir ki, onların deməyə sözü yoxdur:“Bu iki şəxs iki arifmetik orta “millətli”dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar”.
4-12-2024, 19:38
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi


Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi

Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.
4-12-2024, 19:30
Fransada kütləvi nümayişlər başlayır


Fransada kütləvi nümayişlər başlayır

Fransada dəmiryolçular və təsərrüfat işçilərindən sonra dövlət qulluqçuları, məktəblər, xəstəxanalar, energetika və hava yolları işçiləri də tətilə başlayır. Fransada 2025-ci il büdcə layihəsində qənaət tədbirlərinə qarşı çıxır, dövlət qulluğu üçün daha çox insan və maliyyə resursları tələb etmək üçün nümayişlər planlaşdırılır.
Fransada büdcə layihəsinin güc tətbiqi ilə qəbul edilməsi kritik vəziyyət yaradıb. Ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqları və müxtəlif sektorlar üzrə işçiləri 2025-ci il büdcə layihəsini ləğv etmək, dövlət xidmətlərini müdafiə etmək üçün dekabrın 5-də tətilə çıxacaqlarını açıqlayıblar. Sabah məktəblər bağlanacaq və xeyli sayda təyyarə reysləri ləğv olunacaq.
Yeddi həmkarlar ittifaqının (CGT, CFDT, Unsa, FSU, Solidaires, CFE-CGC və FA-FP) çağırışı ilə Fransanın 160 şəhərində tətil olacaq. Fəhlə gücü (Force ouvriere-FO) həmkarlar ittifaqı dekabrın 10, 11 və 12-də üçgünlük tətilə çağırış edir.
Parisdə sabah yerli vaxtla saat 14:00-da Bersinin (Bercy Maliyyə, İqtisadiyyat və Vergi nazirliyi) qarşısına toplaşacaq nümayişçilər İtaliya meydanına doğru irəliləyəcəklər. Digər şəhərlərdə nümayişlərin yerli vaxtla səhər saat 10:00-da başlayacağı bildirilir.
Məktəblərdə ciddi pozuntular olacağı qeyd edilir. Milli Təhsil Həmkarlar İttifaqları hökumətin qəddar siyasətini pisləmək üçün kütləvi səfərbərliyə çağırırlar. Parisdə 650 məktəbdən 230-dan çoxu bağlanıb. Xəstəxanalar, administrasiyalar, vergi xidmətləri kimi bütün ictimai xidmətlərdə fasilələr olacağı bəyan edilib.
Nümayişçilər daha çox büdcə resursları, iş yerlərinin yaradılması, indeks bəndinin artırılması, hətta ümumi əməkhaqqı tədbirləri kimi tələblər səsləndirirlər. Böyük şəhərlərdə təyyarə reysləri ləğv olunub. Enerji sektorunda tətil çağırışı rəsmi olaraq bir gün əvvəl, dekabrın 4-də axşam saat 21:00-da başlayır.
4-12-2024, 18:20
Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan


Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan

Ermənistanla Azərbaycan sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.
4-12-2024, 18:07
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir


“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir

Bu il dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək.
Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
4-12-2024, 17:53
"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazandı


"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazandı

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 7-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 90+1-ci dəqiqədə Murad Musayev avtoqol müəllifi olub.
"Köhlən atlar" növbəti raundda "Səbail"lə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.
4-12-2024, 17:48
Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiqlədi


Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiqlədi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 14-də ölkədə prezident seçkilərinin keçirilməsini təsdiqləyib.
Bu barədə jurnalistlərə İ.Kobaxidze məlumat verib. O deyib ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib və heç nə dəyişməyib. Konstitusiya ilə səlahiyyət verilmiş bütün orqanlar seçkilərin keçirilməsi üçün səfərbər olunacaqlar.
Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının prezidentliyə namizədi Mixail Kavelaşvilidir. Onun sözlərinə görə, hazırkı prezident Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur. "Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək" - deyə, Baş nazir vurğulayıb.
4-12-2024, 17:19
Azərbaycan 44 ölkə arasında 25-ci oldu


Azərbaycan 44 ölkə arasında 25-ci oldu

Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.
Nəticələrə əsasən, Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.
4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.
8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticəmiz isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticəmiz isə ortalamadan aşağı olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!