ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı .....                        Ermənistanda daha bir qalmaqallı istefa .....                        Qadının ölümünə görə həkimə cinayət işi açıldı .....                        Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei .....                        Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi .....                        Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO .....                        Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI .....                        Azərbaycanlı tələbələr Romada toplanıblar .....                        Türkiyə ordusu Suriyaya girdi .....                       
Dünən, 21:36
“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Fatimə QULİYEVA yazır:

“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Uşaqlıqdan bəri yağışın yağmasını, yağışdan sonra yaranan torpaq qoxusunu sevmişəm. Düşünürdüm ki, göy belə dilə gələrək insanlara müraciət edir. O xoş diləkləri, problemsiz həyatı və gördüklərini su damlaları ilə nəql edir. Böyüdükcə fərqinə vardım ki, yağışın yağması hər kəsin baxdığı pəncərədən fərqli görünür. Kimisi sevir, kimisi dərd çəkir, kimilərisə düşünərək uzaqlara səyahət edir. Amma biz bədii səyahətimizi yarıda qoyaraq, paytaxtda və rayonlarımızda baş verən real hadisələrdən bəhs edək.
Yağışın yağması ilə nə ola bilər ki, deyə düşündükdə qarşıma çıxan xəbərlər məni təəccübləndirdi və hətta necə deyərlər “bişmiş toyuğun belə gülməyi gəldi”. Yeni tikilən tunellərdə yağış sularının yığılması, gölməçələrdə çarəsiz qalan insanların taleləri haqqında uzun-uzadı danışa bilərəm. Fəqət yenə sual yaranır. Niyə tuneldə yağış suyu yığılıb qalsın ki? Gəlin indi cavabı müzakirə edək.
Yağışların intensivliyi artdıqca şəhərlərdə kollektor sistemlərinin əhəmiyyəti daha çox hiss olunur. Bəs kollektor sistemləri nədir?
Kollektor- kanalizasiya sistemləri suyun və tullantıların toplanıb yönləndirilməsi üçün nəzərdə tutulan mühəndis qurğusudur. O əsasən yağış sularını, məişət tullantı sularını və ya sənaye sularını toplamaq və yönləndirmək üçün istifadə olunur. Lakin paytaxt və rayon kəndlərində bir çox kollektor sistemlərinin köhnəlməsi, düzgün işləməməsi ciddi problemlərə səbəb olur. Hansı problemlərdi bunlar: yağış suları yollarda yığılaraq nəqliyyata maneə yaradır, binaların və digər mühəndis qurğularının su altında qalmasına səbəb olur. Həmçinin yolların, körpülərin və digər təsisatların erkən zədələnməsinə gətirib çıxarır.
Təbii ki, problem varsa, deməli həlli yolu da var. Beləki, müasir texnologiyalar və materiallardan istifadə edərək kollektor sistemlərinin yenilənməsi, artan əhali sayına uyğun genişləndirilməsi, su keçirmə qabiliyyətinə malik asfaltlar və yağış bağcaları kimi həllər tətbiq oluna bilər. Bu sistemlərin yenilənməsi və inkişaf etdirilməsi yalnız yerli dövlət orqanları deyil, eləcə də vətəndaşlar üçün önəmli məsələ olmalıdır.
Son olaraq növbəti dəfə yağış yağanda təbiətin bizə bəxş etdiyi bu nemətin gərəkdiyi kimi vacib yerdə istifadə etsək daha yaxşı olar desəm, yanılmaram.

Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi
Dünən, 18:05
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı


ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.
Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.
Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.
"Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur" - ADB əlavə edib.
Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Dünən, 17:43
Ermənistanda daha bir qalmaqallı istefa


Ermənistanda daha bir qalmaqallı istefa

Ermənistan parlamentinin deputatı istefa verib.
Hakim “Mülki müqavilə” partiyasının deputatı Davit Aruşanyan deputat mandatından imtina edib.
Bu barədə məlumatı Milli Assambleyadan təsdiqləyiblər.
Dünən, 16:38
Qadının ölümünə görə həkimə cinayət işi açıldı


Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.
29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Dünən, 16:22
Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei


Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei Tehranın Suriyaya kömək edib-etmədiyi məsələsindən danışıb.
İmam Xomeyni Hüseyniyyəsində müxtəlif təbəqələrdən olan vətəndaşla görüşdə Xamanei deyib:
“Biz Suriya hökumətinə kömək etdik, lakin Suriya hökumətinə kömək etməmişdən əvvəl Suriya hökuməti bizə kritik anda həyati yardım göstərdi. Çoxu bunu bilmir. Hamının Səddam üçün və bizə qarşı çalışdığı bir vaxtda Suriya hökuməti gəlib bizim xeyrimizə və Səddamın əleyhinə böyük və qətiyyətli addım atdı. Aralıq dənizinə, oradan da Avropaya neft daşıyan, pulu Səddamın cibinə gedən neft borusunu kəsdi. Suriya hökuməti özü bu neft tranzitindən faydalanacaq və pul alacaqdı. Lakin o, bu puldan imtina etdi. Təbii ki, İslam Respublikası bu xidməti mükafatsız qoymadı. Bir neçə ay əvvəl Suriya hakimiyyətinə lazımi xəbərdarlıq və kəşfiyyat məlumatları vermişdik. Bilmirəm həmin məlumatlar yüksək ünvanına çatdı, ya çatmadı. Amma bütün bunların ola biləcəyini qabaqcadan demişdik!”.
Ayətullah Suriyadakı hadisələrdən dərs çıxarmaq lazım olduğunu vurğulayıb.
“Düşmənə etinasız yanaşmaq olmaz. Düşməni kiçik hesab etmək olmaz, düşmənin təbəssümünə də güvənmək olmaz, çünki düşmən bəzən təbəssümlə danışır, ancaq kürəyində xəncərlə hücuma keçmək üçün fürsət gözləyir”, - deyə o bildirib.
Ayətullah Xamenei çıxışının sonunda İran xalqını hazırlıqlı olmağa çağıraraq, bölgədə İsrailin və Qərbin əl-qlunun kəsiləcəyini vurlayıb..
Dünən, 16:04
Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi


Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünən, 15:50
Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO


Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO

Ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli binada qismən çökmə baş verib.
Bu barədə DHA məlumat yayıb.
Balat məhəlləsində baş verən çökmədən sonra ətrafdakı insanlar əraziyə polis və təcili yardım çağırıb.
Sahibsiz binanın yanındakı üç binanın sakinləri ehtiyat tədbiri olaraq təxliyyə edilib. Binanın yerləşdiyi yolun bir hissəsi də uçub.
Türkiyə mətbuatı yazıb ki, çökən bina məşhur müğənni Gökhan Özoğuza (Athena) məxsusdur.

Dünən, 15:35
Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI


Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI

Suriya Prezidenti Bəşər Əsədin ölkəsindən necə qaçması ilə bağlı bir sıra detallar açıqlanıb.
Bu barədə "Bloomberg" informasiya agentliyi anonim mənbələrə istinadən yazıb.
Nəşr yazır ki, Rusiya kəşfiyyatı Əsədi müxalifətə məğlub olduğuna inandırıb. Onun ölkədən qaçması Suriyadakı Rusiya aviabazasından təşkil edib. Bildirilir ki, Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.
Əsədin təyyarəsinin izlənilməməsi üçün transponder söndürülüb. Mənbələr deyir ki, Əsədə ölkəni tərk etmək üçün təhlükəsiz yol təklif edilib.
Rusiya xarici işlər nazirinin müavini Ryabkov eks-prezidentin hazırda təhlükəsiz yerdə olduğunu açıqlayıb.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib. Moskva danışıqlarda iştirak etməyib.
Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Əsədin Rusiyaya getməsini biabırçı qaçış adlandırıb. O, həmçinin prezidentin devrilməsinin səbəbləri kimi korrupsiyaya uğramış sistemin qeyri-populyarlığını, cəmiyyətdə və orduda dəstəyin olmamassı sadalayıb. Üsyançılar Suriyanın keçmiş liderinin tutulmasına görə 10 milyon dollar mükafat təklif ediblər.
Onu da qeyd edək ki, Rusiya hərbçiləri Suriyanın qərbindəki Tartusdakı Xmeymim aviabazasında və logistika mərkəzində yerləşdirilib. Moskva ilə Dəməşq arasında 49 il müddətinə imzalanan müvafiq razılaşmalar 2017-ci ildə əldə olunub.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!