Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
21-12-2024, 16:42
Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi


Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi

Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Samir Məcidov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.
Qeyd dək ki, Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov isə digər əmrlə xidmətdə olmanın son həddi ilə əlqədar olaraq təqaüdə göndərilib.
21-12-2024, 16:10
Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı


Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

Dekabrın 20-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə, həmçinin 304 ədəd metadon həbi aşkar edilərək götürülüb.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.
21-12-2024, 15:55
TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb


TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
21-12-2024, 15:48
Suriyanın yeni xarici işlər naziri təyin edilib


Suriyanın yeni xarici işlər naziri təyin edilib

Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.
Bu barədə Suriyada hakimiyyətə gələn müxalifətin birləşmiş qüvvələr komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, Həsən əl-Şibani müvəqqəti hökumətdə öz vəzifəsini icra edəcək.
21-12-2024, 15:40
Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO


Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO

Bu gün səhər saatlarında yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 49 ailə olmaqla, 191 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.


21-12-2024, 15:31
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO


Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.
Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib.
Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.
Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini deyib. Azərbaycan ilə Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.
O, iqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil, mədəniyyət, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib.
Prezident Ruto dəvətə görə təşəkkür edib, onu məmnuniyyətlə qəbul etdiyini bildirib.

21-12-2024, 15:15
Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib


Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.
Dekabrın 23-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.
21-12-2024, 14:52
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq


Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor əvəzi Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb.
Ə.Abdıyevaya qarşı dələduzluq edərək onun 98 min manat pulunu ələ keçirmiş dörd nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Həmin şəxslərdən Hökumə Əliyeva beş il altı ay, Aydın Cəfərov isə yeddi il həbs cəzası alıblar. Digər iki nəfərə isə şərti cəza verilib.
Araşdırmalar zamanı məktəbin direktor müavini, daha sonra isə direktor əvəzi olmuş Əzizə Abdıyevanın diplomunun saxta olduğu üzə çıxıb. Bundan sonra o, müxtəlif yollar axtararaq saxta diplomunu elektron sistemə saldırmaq istəyib. Həmin "diplom" Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə Maarif fakültəsinin ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edib, lakin saxta olub. Bu işdə Ə.Abdıyevaya atasının evində işləyən ustalara rəhbərlik edən Elsevər adlı şəxs köməklik göstərəcəyini bildirib. Lakin Elsevər Hökumə, Aydın və daha iki nəfərlə əlbir olub, Əzizə Abdıyevadan 98 min manat alaraq ələ keçirib. Onların diplomun tanınmasına dair cəhdləri də uğursuz olub və pulu geri qaytarmayıblar.
Bundan sonra Ə.Abdıyevanın şikayəti əsasında cinayət işi açılıb. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib.
O da məlum olub ki, təqsirləndirilən şəxslər aldıqları 98 min manatdan yalnız 26 minini sonradan geri qaytarıblar. 72 min manat isə hələ də ödənilməyib.
Qeyd edək ki, mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib.
21-12-2024, 14:40
Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı


Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı

Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.
O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.
Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.
21-12-2024, 14:33
Azərbaycan Rusiya ilə tranzit yükdaşımalara dair saziş imzaladı


Azərbaycan Rusiya ilə tranzit yükdaşımalara dair saziş imzaladı

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.
Səfər zamanı R. Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!