Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
21-12-2024, 14:26
Seçkidə bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı


Seçkidə bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 2025-ci il, yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkilərində partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Daha sonra MSK-nın qərarına əsasən Respublikaçı Alternativ Partiyası (REAL), Ağ Partiya, Gələcək Azərbaycan Partiyasını, Ədalət Partiyası, Vəhdət Partiyasının, Haqq Ədalət Partiyası, Azərbaycan Demokratik Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, eləcə də Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələri qeydiyyata alınıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək.
21-12-2024, 14:11
Seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqləndi


Seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqləndi

2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.
Qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.
O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:
"Budəfəki seçkilərdə respublika bülletenlər üzrə seçici sayının 3 faizindən artıq olmamaq şərti ilə çap olunacaq. Bələdiyyə seçkiləri üçün nəzərdə tutulan bülletendə müvafiq bələdiyyə üzvlüyünə seçiləcək namizədlərin sayı, əlifba sırası ilə adları və onlar haqqında məlumatlar qeyd edilir".
Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.
Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq, təsdiqlənib.
21-12-2024, 14:03
İranın Suriyadakı səfirliyinin əməkdaşı öldürüldü


İranın Suriyadakı səfirliyinin əməkdaşı öldürüldü

İran İslam Respublikasının Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə avtomobilinə açılan atəş nəticəsində öldürülüb.
21-12-2024, 13:37
Azərbaycana qış gəldi


Azərbaycana qış gəldi

Bu gün saat 13:20:30-da Azərbaycana qış fəsli daxil olub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub.
Beləliklə, şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayıb. Bu gün ilin ən qısa gündüzü (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecəsi (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.
Qış fəslinin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.
21-12-2024, 13:30
"VAZ"la avtoxuliqanlıq edən sürücü saxlanıldı


"VAZ"la avtoxuliqanlıq edən sürücü saxlanıldı

"Kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbir görülüb".
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı xəbər saytlarda yayımlanan videogörüntü araşdırılarkən, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə E. Nəcəfov olduğu müəyyən edilib:
"Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib".
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır", - deyə məlumatda bildirilib.
21-12-2024, 13:17
Makrona ad günü surprizi - “İrqçi, qaradərili” Prezident


Makrona ad günü surprizi - “İrqçi, qaradərili” Prezident

Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, “Le Monde” qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər.
Mayott adasındakı dağıdıcı qasırğa və hökumət böhranından əlavə, “Le Monde” qəzetindəki son məqalə də Makron üçün narahatlıq yaradıb. Nəşrə görə, Fransa prezidenti əhalinin müxtəlif qruplarına - qaradərililərə, Məqrib mənşəli vətəndaşlara, eləcə də cinsi azlıqlara qarşı bir sıra təhqiramiz şərhlər səsləndirib.
Məqaləyə əsasən, Makron ölkədəki xəstəxanaların problemlərindən danışarkən bildirib ki, bunlar xəstəxanaların qəbul şöbələrində çox sayda "mamadu"nun (ölkədə qaradərililəri təhqir etmək üçün işlədilən jarqon ifadə) olması ilə əlaqəlidir. O, həmçinin Məqrib mənşəli fransızlara münasibətdə "rabzuz" kimi başqa bir jarqon ifadə işlədib və LGBT icmasına qarşı təhqiramiz şərhlər verib.
“Le Figaro”ya açıqlama verən Yelisey sarayı bu fikirləri "başqalarının dilindən danışılan" və "etibarlı hesab edilə bilməyən" iddi kimi qiymətləndirərək onları təkzib edib. Dövlət başçısına yaxın digər bir mənbə də "siyasi rəqiblər tərəfindən nəşrə ötürüldüyü aşkar olan fikirlərin fakt kimi təqdim edilməsinin təəccüblü olduğunu" bildirib.
Somma departamentindən olan deputat Fransua Ruffen isə qalmaqala "Burada hər şey var: irqçilik, homofobiya, seksizm", - deyə reaksiya verib. Milli Assmbleyadakı “Yenilməyən Fransa" partiyasının vitse-prezidenti Klemans Gette prezident Makron haqqında "bu irqçi ifadələr onun həmin vəzifəni tutmağa layiq olmadığını göstərir", - deyib.
Nor departamentindən olan deputat David Giro qeyd edib: "Əgər o fikirlər təsdiqlənərsə, bu, prezidentin istefasına çağırışların legitimlik yükünü daha da artıracaq”.
Məqalədə həmçinin Lusi Kastets (NFP) və ekoloqların lideri Marin Tondelye kimi sol siyasi fiqurlar haqqında "şıltaq" kimi ifadələrin səsləndirildiyi də qeyd olunub. M.Tondelye bunun "son dərəcə şokedici homofob ifadələrə əlavə olunan seksist fikirlər" olduğunu bildirib.
Prezidentin əksər tərəfdarları baş verənləri şərh etməkdən hələlik çəkinirlər. Yalnız makronist deputat Qiyom Quffye prezidentə ünvanlanan fikirləri "nə demokratiyaya, nə də jurnalistikaya xidmət etməyən məsuliyyətsiz sensasiya axtarışı" adlandıraraq pisləyib.
Eyni zamanda, Yelisey sarayı da bəhs olunan iddiaları rəsmən rədd edib.
21-12-2024, 12:48
İçkili qadın körpüdən yıxıldı


İçkili qadın körpüdən yıxıldı

Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.
Hadisə Goran qəsəbəsindəki körpünün yaxınlığında baş verib.
Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.
Qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
21-12-2024, 12:34
Xocalının küçələrinə işıq çəkiləcək


Xocalının küçələrinə işıq çəkiləcək

Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçələrinə işıq dirəkləri quraşdırılacaq.
Bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Belə ki, rayonun Ballıca kəndinin küçələrinə işıq dirəklərinin quraşdırılması işləri aparılacaq. Xocalının Ballıca kəndi ilə yanaşı, Ağdərə rayonu Həsənriz kəndinin də küçələrinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılacaq.
Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.
Qurum işğaldan azad olunmuş ərazilərdə sözügedən işlərin icrasını “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 353.619,8 AZN (353 min 619 manat 8 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, “Enerji İnşaat” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Musayev Abubəkir Əlimurad oğludur.
Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb.
Kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi işğaldan azad edilib.
Ağdərə rayonunun Həsənriz kəndi isə Tərtərçayın sol sahilində yerləşir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalı edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıdıb.
21-12-2024, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
21-12-2024, 12:08
Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi


Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi

"Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.
Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.
Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.
Kurs daxilində “Media savadlılığı niyə önəmlidir?”, “İnformasiyanın istehsalçısı və istehlakçılarına yönəlmiş 5 əsas sual”, eləcə də “Saxta məlumatların aşkarlanması üçün alət və texnikalar” adlı videomateriallar, “Media savadlılığı ilə bağlı bələdçi” yer alıb.
Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!