Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
24-12-2024, 20:30
17 yaşlı oğlan dəm qazının qurbanı oldu


17 yaşlı oğlan dəm qazının qurbanı oldu

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
24-12-2024, 19:44
Zəng edib Prezidenti təbrik etdilər


Zəng edib Prezidenti təbrik etdilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.
24-12-2024, 19:00
İlham Əliyev Olimpiya çempionlarına mənzil HƏDİYYƏ ETDİ - FOTO


İlham Əliyev Olimpiya çempionlarına mənzil HƏDİYYƏ ETDİ - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev idmançılarla görüşüb.
Mərasimdə bir qrup idmançıya mənzil hədiyyə edilib.
Mənzil hədiyyə edilən idmançılar arasında XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev də olub.
Onlara yeni mənzillərin orderləri təqdim edilib.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Prezidentin sərəncamı ilə Hidayət Heydərov və Zelim Kotsoievə "Şöhrət" ordeni və 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) mükafat verilib.


24-12-2024, 18:49
Prezident ad günündə ailəsi ilə birgə - FOTO


Prezident ad günündə ailəsi ilə birgə - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
Dövlət başçısının qızı Leyla Əliyeva ailəsinin fotosunu rəsmi instaqram hesabında paylaşıb.
Həmin fotonu təqdim edirik:

24-12-2024, 18:36
Bu qanun yanvarın 1-də qüvvəyə minir


Bu qanun yanvarın 1-də qüvvəyə minir

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun imzalayıb.
Dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad olunub.
Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
24-12-2024, 18:30
Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü


Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.
Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.
Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub.
Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.
24-12-2024, 18:17
Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ


Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi tələbələrin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama verib.
Mərkəzdən bildirilib ki, Mərkəzin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənib:
"Dekabrın 24-də təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər.
Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.
Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub", - açıqlamada bildirilir.
24-12-2024, 00:05
Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım


Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib. Butov.az paylaşımı təqdim edir:

"24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun".

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!