20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
25-12-2024, 20:36
Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR


Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR

Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağ qalıb.
Qırğızıstandan olan 3 sərnişin sağ qalıb, 16 Rusiya vətəndaşından 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib.
Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.
25-12-2024, 19:06
Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI


Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI

Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların son durumu açıqlanıb.
Qazaxıstan Səhiyyə Nazirliyinin yerli idarəsi bildirib ki, 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Bildirilib ki, qəzada xəsarət alan azyaşlılar əməliyyat olunacaq.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
25-12-2024, 19:03
Azər Zahid barəsində həbs qərarı verildi


Azər Zahid barəsində həbs qərarı verildi

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
Sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “tiktok” əməliyyatı ilə 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.
25-12-2024, 18:46
Təyyarə qəzasının canlı şahidi danışdı


Təyyarə qəzasının canlı şahidi danışdı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri qəzanın son anlarından danışıb.
Onun görüntüləri Rusiyanın teleqram kanallarında yayımlanıb.
Qəzanın şahidi stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.
"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
25-12-2024, 18:27
Yasamaldakı yanğın söndürüldü


Yasamaldakı yanğın söndürüldü

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki mənzildə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib ki, yanğınla əlaqədar Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
25-12-2024, 18:20
Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR


Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.
25-12-2024, 17:54
Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO


Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə əlaqədar Hökumət Komissiyası yaradılıb.
Komissiyaya rəhbərlik Baş nazirin müavini Kanat Bozumbayevə tapşırılıb.
Artıq komissiyanın üzvləri Aktauya gələrək hadisə yerinə baxış keçiriblər. Daha sonra sədr K. Bozumbayevin yaralıları ziyarət edəcəyi, Azərbaycandan olan nümayəndə heyəti ilə görüşəcəyi, eləcə də Operativ Qərargahın iclasını keçirəcəyi gözlənilir.


25-12-2024, 17:50
Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı


Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.
“Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.
25-12-2024, 17:46
Təyyarədə iki çeçenistanlı uşaq olub


Təyyarədə iki çeçenistanlı uşaq olub

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində iki çeçenistanlı uşaq olub.
Bu barədə məlumatı jurnalistlərə Çeçenistanın uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov açıqlayıb.
Onun sözlərinə görə, uşaqlardan biri xəstəxanaya yerləşdirilib, digərinin taleyi isə hələ məlum deyil.
25-12-2024, 17:22
Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı


Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bəs Azərbaycan vətəndaşları adətən Qroznıya nə üçün gedirlər?
Məsələ ilə bağlı danışan Çeçenistandakı Azərbaycan diasporunun sədri Ələsgər Əzizov bunları deyib:
"Burada çoxdan yaşayan azərbaycanlıların sayı azdır. Lakin bura 5-6 ay işləmək üçün gələnlər olur. Onlar da əsasən tikintidə çalışanlar, toyxanalarda ofisant, aşpaz işləyənlərdir.
Bakı-Qroznı arasında iki təyyarə reysi olur. Əvvəl təyyarə Bakıdan bura uçur, burada həmin təyyarə 1-2 saat gözlədikdən sonra geriyə Bakıya dönür.
Burada Bakıdan, Sumqayıtdan adamlar çalışır. Bu gün onlarla əlaqə saxlamışam. Ofisant, aşpaz kimi işləyənlər əsasən Zaqataladandırlar. Lənkəran və Astaradan olanlar da var. Bəzi 30-40 yaşlı azərbaycanlılar da var ki, elə burada anadan olub, yaşayırlar. Onlar da əslən Göyçaydandırlar".
Müsahibimiz qeyd edib ki, 9 nəfərin öldüyü ilə bağlı ona dəqiq məlumat verilib:
"Onlardan 8-i Zaqataladan, 1 isə Sumqayıtdandır. 2 nəfər balakənli isə sağdır".
Ə.Əzizov onu da vurğulayıb ki, Bakıya qayıtmalı olan Qroznıdakı sərnişinlər hazırda otelə yerləşdirilib. Əlavə təyyarə təmin edildikdən sonra onlar avtobusla aeroporta gətiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!