20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
29-12-2024, 14:27
Tanınmış bəstəkara yeni vəzifə verildi


Tanınmış bəstəkara yeni vəzifə verildi

Tanınmış bəstəkar-pianoçu Pikə Axundovaya yeni vəzifə verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Azərbaycan Milli Konservatoriyasının Dirijorluq Kafedrasına müdir təyin olunub.
O, Konservatoriyanın Elmi Şurasında səsvermə yolu ilə bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Pikə Axundova 1984-cü ildə Bakı şəhərində anadan olub. O, prezident təqaüdçüsüdür.
29-12-2024, 14:08
Kadırov azərbaycanlıları hədələyib


Kadırov azərbaycanlıları hədələyib

Çeçenistanın rəhbəri Ramzan Kadırov AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə onu ittiham edən azərbaycanlıları hədələyib.
Bu ittihamlar ayrı-ayrı azərbaycanlılar tərəfindən Kadırovun Telegram kanalına yazılan şərhlərdə yer alıb.
Çeçenistanın rəhbəri həmin ittihamları belə cavablayıb:
“Əgər siz məni əsassız olaraq günahlandırır və təhqir edir, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərirsinizsə, o zaman uca Allaha and olsun ki, mənim ailəmin şərəf və ləyaqətini qoruyacaq qanun yoxdur”.
Ramzan Kadırov daha sonra hədəsini belə davam etdirib:
“Hər şeydən istifadə edəcəm. Xalqımın, tayfamın, ailəmin və mənim şərəf və ləyaqətimi ləkələmək istəyənlərə heç vaxt təslim olmayacam. Mən hər şeyi edəcəyəm və sizə layiqli cavab verəcəyimə söz verirəm”.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsi Çeçenistan səmasında Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdır.
Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.
29-12-2024, 13:50
Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edildi


Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edildi

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
29-12-2024, 13:35
HƏMAS lideri necə öldürülüb? - Əməliyyatın təfərrüatı AÇIQLANDI


HƏMAS lideri necə öldürülüb? - Əməliyyatın təfərrüatı AÇIQLANDI

İsrail mətbuatı bu il iyulun 31-də Tehranda öldürülən HƏMAS İsmayıl Haniyənin aradan götürülməsi planının təfərrüatları haqda yeni məlumatlar dərc edib.
“Times of Israel” yazır ki, İsrailin İsmayıl Haniyəni öldürmək qərarı oktyabrın 7-dən az sonra, HƏMAS lideri yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən tərtib edilən siyahının başında göründüyü zaman verilib. Yeganə sual bunun nə vaxt baş verəcəyi idi.
“Times of Israel” yazır ki, Haniyə Qətərdə yaşayırdı, lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girovlarla bağlı danışıqları pozmaq təhlükəsi yaradıb.
Buna görə də Haniyənin öldürülməsi üçün mümkün yerlər kimi Türkiyə, Rusiya və İran seçilib – HƏMAs liderinin tez-tez səfər etdiyi üç ölkə.
Adı çəkilən KİV xəbər verir ki, İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şiddətli reaksiyasından qorxub və eyni şəkildə Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib, elə buna görə də Haniyənin aradan götürülməsi üçün İran ən uyğun variant olaraq seçilib.
İsrail mediası yazır ki, İsmayıl Haniyənin Tehranın şimalındakı dəbdəbəli Səadət Abad məhəlləsində bir neçə dəfə eyni SEPAH mehmanxanasında qalması əməliyyatın planlaşdırılmasını asanlaşdırıb.
Planlaşdırılan partlayışdan az əvvəl Haniyənin otağında kondisioner sıradan çıxıb və HƏMAS lideri kömək istəmək üçün otağını tərk edib. Onun geri qayıtması xeyli müddət uzandığından israilli əməliyyatçılar Haniyənin başqa binaya köçürüləcəyindən narahat olmağa başlayıblar. Çünki bu, bütün əməliyyatı poza bilərdi.
Lakin bir müddət sonra Haniyənin otağındakı kondisioner təmir olunub və HƏMAS lideri öz otağına qayıtdıb. İsrailli əməliyyatçılar yalnız bu zaman rahatlaşıblar. Yerli vaxtla gecə saat 01:30 radələrində əldəqayırma partlayıcı işə düşüb, zərbə Haniyyənin qaldığı otağın xarici divarını deşib və bütün SEPAH binasını silkələyib.
Bir neçə saniyədən sonra İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcili yardım komandası Haniyənin otağına gəlib. Gələnlər arasında İsmayıl Haniyənin müavini Xəlil əl-Həyya da olub və o, HƏMAS liderinin qanlı cəsədini gördükdən sonra göz yaşları içində diz çöküb. Bundan qısa müddət sonra SEPAH Haniyənin ölümünü elan etməyə məcbur olub.
Daha əvvəl Haniyənin oğlu Əbdül Salam atasının partlayıcı qurğu ilə öldürüldüyünü təkzib etmiş və onun mobil telefonu izləndikdən sonra atasının raket hücumuna məruz qaldığını demişdi.
29-12-2024, 13:15
Xorvatiyada prezident seçkiləri keçirilir


Xorvatiyada prezident seçkiləri keçirilir

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir.
Ölkə üzrə 3,7 milyondan çox seçici səsvermə üçün qeydiyyata alınıb.
Son sorğulara görə qeydiyyata alınmış səkkiz namizəd arasından hazırkı prezident Zoran Milanoviç və hakim Xorvatiya Demokratik İttifaqının dəstəklədiyi müstəqil namizəd Draqan Primorak müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıb.
29-12-2024, 12:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
29-12-2024, 12:36
Kanadada təyyarə sərt eniş etdi


Kanadada təyyarə sərt eniş etdi

Sent-Cons şəhərindən Halifaksa daxili reys həyata keçirən Kanadanın “Pal Airlines” sərnişin təyyarəsi “Halifax Stanfield” hava limanına sərt eniş edib. Enərkən qanadı uçuş-eniş zolağına dəyən təyyarə alovlanıb.
Hava limanının məlumatına görə, hadisə yerli vaxtla saat 21:30-da baş verib. İlkin ehtimallara görə, hadisəyə təyyarənin şassisində baş verən nasazlıq səbəb olub. Qəza nəticəsində heç kimin xəsarət almadığı bildirilir.
Qəzadan sonra hava limanı bir müddət bağlanıb və problemlər aradan qaldırıldıqdan sonra fəaliyyətini bərpa edib.
Bir müddət öncə, Cənubi Koreyanın “Muan” hava limanında təyyarə eniş zamanı uçuş-enmə zolağının kənarına çıxaraq hasara çırpılıb. Qəza zamanı təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil 181 nəfər olub. Son məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
29-12-2024, 12:26
“Mən Gürcüstanda hamının prezidenti olmaq niyyətindəyəm” - Kavelaşvili


“Mən Gürcüstanda hamının prezidenti olmaq niyyətindəyəm” - Kavelaşvili

"Gürcü xalqı əsrlər boyu müxtəlif etnik və ya dini mənsubiyyətə malik insanlarla harmoniya şəraitində yaşayıb".
Bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili andiçmə mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gürcülərin həmişə xüsusi dostluğu olub və buna görə də müxtəlif etnik mənşəli insanlar Gürcüstanı çox keçmədən öz vətənləri hesab ediblər və lazım gələrsə, onu müdafiə etmək üçün gürcülərlə bərabər döyüşüblər.
Mixeil Kavelaşvili deyib ki, ölkəsi kənardan özünü əhatə edən cəmiyyətin süni qütbləşməsi ilə üz-üzədir.
“Fikirlərindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı mənim üçün əzizdir. Məni kimin bəyənməsindən və ya bəyənməməsindən asılı olmayaraq, hamının prezidenti olmaq niyyətindəyəm”, - Gürcüstan prezidenti Mixail Kavelaşvili andiçmə mərasimində deyib.
Kavelaşvili qeyd edib ki, onun səyləri cəmiyyətin birləşməsinə yönələcək.
“Mənim bundan sonrakı səylərim cəmiyyətin birləşməsinə yönələcək. Bu və ya digər məsələyə baxış bucağından asılı olmayaraq, biz vətənimiz, dəyərlərimiz və qarşılıqlı hörmətə əsaslanan qaydalar ətrafında birləşməyi bacarmalıyıq ki, onları birlikdə qurmağa davam etməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
29-12-2024, 12:13
AZAL-ın təyyarəsinə üç xarici təsir olub - RƏSMİ - VİDEO


AZAL-ın təyyarəsinə üç xarici təsir olub - RƏSMİ - VİDEO

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
Bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur:
"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Heyət yerə "qəzaya uğrayıram" siqnalı göndərib, yaxınlıqda olan Mahaçqala və Qroznı hava limanları nədənsə təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.
İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
29-12-2024, 12:02
Xızıda direktorun meyiti işlədiyi məktəbdən tapıldı


Xızıda direktorun meyiti işlədiyi məktəbdən tapıldı

29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!