TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-12-2024, 00:05
Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım


Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib. Butov.az paylaşımı təqdim edir:

"24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun".

23-12-2024, 23:39
Orban İlham Əliyevi təbrik etdi


Orban İlham Əliyevi təbrik etdi

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident. İcazə verin doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım.
Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Cənab Prezident, əminəm ki, Sizin fədakarlığınız olmadan bizim ümumi uğurlarımız mümkün olmazdı. Fürsətdən istifadə edərək dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Ölkələrimiz arasında əməkdaşlığın xüsusilə enerji və su idarəçiliyi kimi əsas sahələrdə daha da genişlənməsi üçün böyük potensialı var.
Sizi əmin edirəm ki, gələcəkdə əməkdaşlığımızı dərinləşdirmək və ümumi məqsədlərimizə nail olmaq üçün mənim şəxsi dəstəyimə və hökumətimin dəstəyinə arxayın ola bilərsiniz.
Sizə möhkəm cansağlığı, mühüm önəm kəsb edən vəzifələrinizin həyata keçməsində böyük uğurlar arzulayıram" .
23-12-2024, 23:05
Makron yeni hökuməti təsdiqlədi


Makron yeni hökuməti təsdiqlədi

Fransua Bayrunun Fransanın baş naziri təyin edilməsindən on gün sonra yeni hökumətin tərkibi təsdiqlənib.
Qərarı Fransa Prezidenti Emmanuel Makron imzalayıb.
Hökumətin tərkibinə iki keçmiş baş nazir daxildir: Fransua Ollandın rəhbərliyi altında işləyən Manuel Vals xarici ərazilər üzrə nazir təyin edilib, Emmanuel Makron hökumətinin başçısı Elisabet Born isə təhsil məsələləri ilə məşğul olacaq. Jak Şirak və Nikolya Sarkozinin dövründə hökumət naziri olmuş Jan-Lui Borlu xarici işlər naziri vəzifəsinə təsdiq edilib.
Daxili işlər naziri Bruno Retaio vəzifəsini qoruyub, keçmiş daxili işlər naziri Cerald Darmanin isə ədliyyə naziri təyin olunub. Müdafiə naziri Fransua Lekornu və mədəniyyət naziri Raçida Dati də vəzifələrini qoruyublar.
23-12-2024, 22:47
Azər Zahid və digər "TikToker"lər tutuldu


Azər Zahid və digər "TikToker"lər tutuldu

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
23-12-2024, 22:40
Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü


Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib. Ağdam rayon Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş piyadanı vurub. Avtomobillə vurulan şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
23-12-2024, 22:00
XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi


XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, nazir Belqraddakı Taşmaydan parkında Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
23-12-2024, 21:50
Bakıda uçqun oldu: Ölən var


Bakıda uçqun oldu: Ölən var

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
23-12-2024, 20:45
Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı


Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.
Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.
Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.
Bildirilir ki, "JEK" rəhbəri infarktdan həyatını itirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
23-12-2024, 20:24
Bakı metrosunun yeni sədri işə başladı


Bakı metrosunun yeni sədri işə başladı

2024-cü il dekabrın 20-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Nazir cənab Prezidentin paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda əhəmiyyətli rola malik olan Bakı metropoliteninin inkişafı və yeniliklərin tətbiqi məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Rəşad Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.
Nazir metropolitenin keçmiş rəhbəri Zaur Hüseynova ötən müddət ərzində görülən işlərə görə təşəkkürünü bildirib, Səhmdar Cəmiyyətin yeni təyin olunmuş sədri Vüsal Aslanova və kollektivin bütün üzvlərinə qarşıdakı fəaliyyət dövründə uğurlar arzulayıb.
23-12-2024, 20:17
Haluk Levent xəstəxanaya yerləşdirildi


Haluk Levent xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur müğənnisi müğənni Haluk Levent xəstəxanaya yerləşdirilib.
Sənətçi sinəsində olan ağrı səbəbi ilə həkimə müraciət edib.
Leventin səhhəti barədə sabahkı analizlərdən sonra açıqlama veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!