Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
20-12-2024, 20:30
İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı


İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
20-12-2024, 20:18
Bakı metrosunun yeni sədri kimdir?


Bakı metrosunun yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, Vüsal Aslanov "Bakı Metropoliteni"nin yeni sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.
2004-2013-cü illərdə “Azərinşaatservis” MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
ADY-də çalışdığı müddətdə bir neçə komissiyaya rəhbərlik edən V.Aslanov sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olub.
Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.
20-12-2024, 20:18
Bakı metrosunun yeni sədri kimdir?


Bakı metrosunun yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, Vüsal Aslanov "Bakı Metropoliteni"nin yeni sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.
2004-2013-cü illərdə “Azərinşaatservis” MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
ADY-də çalışdığı müddətdə bir neçə komissiyaya rəhbərlik edən V.Aslanov sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olub.
Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.
20-12-2024, 18:50
Qazaxda traktor aşdı - Ölən var


Qazaxda traktor aşdı - Ölən var

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
20-12-2024, 18:24
Makronun sözləri müxalifəti qəzəbləndirdi


Makronun sözləri müxalifəti qəzəbləndirdi

Mayot Fransa departamenti olmasaydı, qurbanlar daha çox problemlər içində olardı.
İstefa çağırışı ilə üzləşən Prezident Emmanuel Makron bu sözləri yalnız Mayot xalqının deyil, həmçinin fransız müxalifətinin də qəzəbinə səbəb olub. Mayotda Çido siklonunun keçməsindən 6 gün sonra E.Makronun ada sakinləri qarşısında verdiyi açıqlamalar fransız müxalifəti tərəfindən şiddətlə qınanılıb. Müxalifətdə olan siyasətçilər, ilk növbədə, E. Makronun təkəbbürlü və dərs vermək kimi münasibətini qınayıblar.
Mayotda “Makron istefa!” deyə şüarlar səsləndirən izdihamla üzləşən E.Makron özündən çıxmış halda söyləyib: “İnsanlara qarşı çıxmayın! Əgər insanları bir-birinə qarşı qoysanız, onda hər şey məhv olar, çünki Fransada olmaqdan xoşbəxtsiniz. Çünki Fransa olmasaydı, 10 min dəfə daha çox bəlaya düçar olardınız!. Hind okeanında insanlara bu qədər çox kömək etdiyimiz yer yoxdur”.
Milli Birlik (RN) partiyasının deputatı S.Çenu bildirib ki, bu sözlər, bu cür ifadələr həmişə özgə rəftar görən mayotlulara təskinlik verməyəcək. Digər deputat bunun Mayot sakinlərinə qarşı hörmətsizlik olduğunu və E.Makronun təkəbbürünü əks etdirdiyini bildirib.
“İkinci Dünya müharibəsindən bəri ən böyük insan fəlakətimiz var və biz Makron şousu nümayiş etdiririk”, - deyə deputat S.Russo deyib.
20-12-2024, 18:11
Azərbaycan gələn il bu təşkilata sədrlik edəcək


Azərbaycan gələn il bu təşkilata sədrlik edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasına və 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycana təhvil verilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlayn formatda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasında Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib.
Nazir müavini çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini bildirib:
"Azərbaycanın təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəkləyirəm".
Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.
Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatıdırılıb.
Gələn il QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.
Tədbirin yekununda hazırki iclasın protokolu, bir sıra vacib qərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycana təhvil verilib.
20-12-2024, 18:06
Bulvarda dənizə düşən qadın belə xilas edildi - VİDEO


Bulvarda dənizə düşən qadın belə xilas edildi - VİDEO

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.

19-12-2024, 19:32
Azərbaycandan Fələstinə 2 milyon dollar yardım


Azərbaycandan Fələstinə 2 milyon dollar yardım

Yaxın Şərqdəki gərgin vəziyyət dərin narahatlıq doğurur.
Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bildirib.
O deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir:
"İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərmişdir. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırmışdır. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırmışdır".
Ə.Əsədov söyləyib ki, Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir:
"Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim. Təəssüflə qeyd edək ki, vəziyyətin gərginləşməsinin təsirləri yalnız Qəzza və Fələstinlə məhdudlaşmır, qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Gərginliyin bölgəyə yayılma riski böyük narahatlıq doğurur".
Baş nazir qeyd edib ki, Azərbaycan bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırır: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət təmin olunmalıdır. BMT Nizamnaməsinə zidd olaraq hansısa formada gücdən istifadə qəbuledilməzdir. Bu fundamental prinsiplərin pozulması dərhal və şərtsiz şəkildə dayandırılmalıdır. Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir. Böhrandan əziyyət çəkən mülki şəxslərin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə humanitar yardımın göstərilməsi təmin edilməlidir. Müvafiq BMT qətnamələrinə ciddi şəkildə riayət edilməlidir".
Onun sözlərinə görə, Fələstin xalqının öz dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaq haqqının təmin edilməsinin alternativi yoxdur: "Odur ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir. Azərbaycan bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacaqdır".
19-12-2024, 19:22
Prezidentin müsahibəsi dünya mətbuatının diqqətində!


Prezidentin müsahibəsi dünya mətbuatının diqqətində!

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin rəsmi Bakının Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını və Rusiyadan investisiyaların yatırılmasını alqışlaması barədə dediklərini oxucularına çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti xarici investisiyalar üzrə birinci layihənin Rusiyaya məxsus olduğunu vurğulayıb.
“News.ru” nəşri Azərbaycan Liderinin Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Borrel barədə söylədiklərini önə çəkib. Bildirilib ki, Prezident İlham Əliyev COP-da çıxışlarının birində Borreldən sitat gətirərək, onun Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatdığını deyib. Materialda, həmçinin dövlətimizin başçısının “Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib” fikirləri yer alıb.
“RBK” nəşri Prezident İlham Əliyevin Gürcüstanda son günlər baş verən hadisələrə münasibətindən yazıb. Qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Gürcüstanda baş verən iğtişaşlarda Fransa Prezidenti Emmanuel Makronun əli olduğunu, öz ölkəsində rahat durmadığı və Gürcüstana da əl atdığını vurğulayıb.
“Tatarıstan-online” qəzeti isə dövlətimizin başçısının Qarabağın bərpasına ilk investisiya layihəsinin Tatarıstan tərəfindən həyata keçirilməsi barədə fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycan Prezidenti Cəbrayıl rayonunda “KamAZ” xidmət mərkəzinin açılışını xatırladıb. O vurğulayıb ki, bu, xarici investisiyalar üzrə birinci layihədir.
“İnterfaks” agentliyi Prezident İlham Əliyevin Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini sitat gətirib. Bildirilir ki, Azərbaycan Lideri “Avropa müşahidəçiləri” pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, agentlik Azərbaycan Prezidentinin Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması məsələsinə də münasibət bildirdiyini yazıb.
“Qazeta.ru” nəşri qeyd edir ki, Prezident İlham Əliyevin rusiyalı həmkarının komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi, öz gücünə, qətiyyətinə inam diləyib. Rusiya cəmiyyətinin hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşdiyini xatırladan Azərbaycan Lideri bu konsolidasiyanın gələcək də davam etməsini arzulayıb.
Türkiyənin Anadolu Agentliyinin, “Cumhuriyet” qəzetinin, “BengüTürk” telekanalının xəbərlərində vurğulanır ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən bəhs edərək, hər il ölkələrimizin 10-dan çox birgə təlim keçirdiyini, bunun Qafqazda sabitlik üçün mühüm amil olduğunu bildirib.
"HaberGlobal” telekanalının saytında yayımlanan yazıda dövlətimizin başçısının Ermənistanla sülh danışıqlarında razılaşdırılmayan iki bəndin qaldığını, bunların “tərəflərin bir-birinə qarşı beynəlxalq iddialar irəli sürməməsi” və “sərhədlərdə başqa dövlətlərin nümayəndələrinin yerləşdirməməsi” olduğunu bəyan etdiyi diqqətə çatdırılıb.
“Star” qəzeti isə Prezident İlham Əliyevin jurnalistin Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyacın olub-olmaması ilə bağlı sualına cavabını dərc edib: “Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir”.
“Başka” qəzeti və “CUMHA” xəbər agentliyi isə dövlətimizin başçısının Fransanın və digər ölkələrin Ermənistanı silahlandırması ilə bağlı fikirlərini oxuculara çatdırıb. Qəzet dövlətimizin başçısına istinadla yazıb: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır və Azərbaycan üçün təhlükə yaradır. ...Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik”.
“Artı Gerçek” portalı isə bildirib ki, Azərbaycan Prezidenti ölkədə Türkiyənin hərbi bazasının yaradılması planı ilə bağlı yayılan xəbərləri “siyasi spekulyasiya” adlandırıb və belə bir bazanın yaradılmasına ehtiyacın olmadığını vurğulayıb.
“Gazete Kritik” nəşri isə dövlətimizin başçısının Rusiya ilə Qərb arasında davam edən qarşıdurmaya münasibət bildirdiyini yazıb. Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: “NATO-nun və Rusiyanın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”.
Şimali Kipr Türk Respublikasının “Türk Ajansı Kipr” xəbər agentliyinin və “Kıbrıs Türk” qəzetinin informasiyalarında oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Türkiyə ilə təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən də danışıb. Türkiyə ilə hərbi əlaqələrin müstəqilliyimizin ilk günlərindən davam etdiyini, rəsmi Ankaranın Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara çatmasında böyük rol oynadığını vurğulayıb.
Rumıniyanın qabaqcıl media orqanlarında Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri geniş yayılıb.
“AGERPRES” milli xəbər agentliyi, “digi24.ro”, “stirileprotv.ro”, “adevarul.ro”, “capital.ro”, “financialintelligence.ro” portalları, “Prima Pagina”, “Ziarul Amprenta” kimi qəzetlər və digər nəşrlər xəbərlərində Prezident İlham Əliyevin müsahibəsində Azərbaycandan Avropaya elektrik enerjisi nəql edəcək sualtı kabelin texniki-iqtisadi əsaslandırılmasının yaxın vaxtlarda tamamlanacağını bildirdiyini qeyd ediblər. “İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq”, - deyə media resursları dövlətimizin başçısına istinadla vurğulayıblar.
Əlcəzairin “al24news” nəşri Prezident İlham Əliyevin müsahibəsində Fransanın Mayot və Yeni Kaledoniyanın qanunsuz işğalını kəskin tənqid etdiyini bildirib. Portal dövlətimizin başçısının Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanın qətlə yetirilməsini, 100-dən çoxunun yaralanmasını, 1000-dən artığının isə həbs olunmasını kəskin şəkildə pislədiyini və bunlara görə Fransa hökumətini günahlandırdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bunun Makron diktaturasının nəticəsi olduğunu və Yeni Kaledoniyanı dəstəklədiyinə görə rəsmi Parisin Azərbaycanı ittiham etdiyini vurğulayıb.
“Euromedia24” portalı bildirir ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Rusiya ilə NATO arasında qorxulu müharibə ssenarisinin baş verməməsi üçün müdrikliyin kifayət etdiyini diqqətə çatdırıb. Portal dövlətimizin başçısının bununla bağlı bu fikirlərini sitat gətirib: “Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.
Bolqarıstanın “Zemya” xəbər portalında dərc olunan “Prezident İlham Əliyev ABŞ-dakı “Sorosçuları” Ermənistana silah göndərməməyə çağırdı” sərlövhəli yazıda, eyni zamanda, “Fokus” xəbər agentliyi müsahibə ilə bağlı materialında dövlətimizin başçısının ABŞ-dakı "Sorosçuları" Ermənistana silah göndərməməyə çağırdığını, bu addımın yeni müharibəyə səbəb ola biləcəyinə işarə etdiyi bildirib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti bununla bağlı bəyan edib: “...erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.
Saytlar yazır ki, dövlət başçısı, həmçinin Azərbaycanın adekvat tədbirlər görməyə məcbur qaldığını, 2025-ci ildə hərbi büdcənin rekord məbləğ olacağını söyləyib.
Bu ölkənin “Faktı”, “Classa” və “NetNews” Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi, strateji müttəfiqlik əlaqələrinə, habelə Rusiyanın azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə investisiya yatırması ilə bağlı fikirlərini oxucularına çatdırıb.
Yunanıstanın “EL” portalı isə yazıb ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyənin Azərbaycanda hərbi baza qurmasına ehtiyacın olmadığını bildirib. Azərbaycanın dövlət başçısı bununla bağlı yayılan xəbərlərin "siyasi təxmin" olaraq qiymətləndirib. Vurğulayıb ki, Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı hərbi dəstəyi təmin edir.
Portal, həmçinin Azərbaycan Prezidentinin NATO ilə Rusiya arasında müharibə ehtimalı ilə bağlı fikirlərini də yayımlayıb. Dövlətimizin başçısına istinadla qeyd olunub ki, Rusiya ilə NATO arasındakı gərginlik bir çox ölkələrdə narahatlıq doğurur. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir.
Gürcüstan mediası da Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində yer alan fikirləri diqqət mərkəzində saxlayıb.
“Qafqazturk.com” dövlətimizin başçısının Azərbaycan-Gürcüstan münasibətlərinə dair bu fikirləri oxucularına çatdırıb: “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. …Ona görə də orada vəziyyətin sabitliyinin pozulması hər iki ölkə üçün eyni dərəcədə zərərlidir”. Xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti, həmçinin Fransa Prezidenti Emmanuel Makronun Gürcüstana da əl uzatdığını vurğulayıb.
“İnterpressnews.ge” portalı Prezident İlham Əliyevin Fransa Prezidenti Makronun Gürcüstana da əl uzatmasına münasibət bildirdiyini qeyd edərək yazıb: “Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”.
“Sputnik-georgia” isə dövlətimizin başçısının Türkiyə ilə əlaqələr, Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı suala cavabını oxucularının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Türkiyə ilə müstəqilliyini bərpa etdiyi ilk illərdən hərbi əməkdaşlıq edir və bu əməkdaşlıq davam edir.
“Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”. Dövlətimizin başçısının bu fikirləri isə “aktual.ge” portalında yayımlanan məqalədə dərc olunub.
“Aktual.ge” portalı, həmçinin “realnews.ge”, “24news.ge” saytları Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanla dostluq və tərəfdaşlıq münasibətlərinə, bu ölkədəki vəziyyətə dair fikirlərinə geniş yer ayırıb.
Qazaxıstanın “tengrinews” portalı yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Makronun Gürcüstandakı nümayişlərə müdaxilə etdiyini açıqlayıb. Dövlət başçısı bununla bağlı qeyd edib: “Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”. Sayt Prezidentin Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən QHT-lərlə bağlı fikirlərinə də geniş yer ayırıb.
“Toppress” saytı isə Azərbaycan Prezidentinin USAID-ın fəaliyyətinə dair fikirlərinə toxunub. Sayt dövlətimizin başçısının bu fikirlərini təqdim edib: “Onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin”.
“Ustinka” portalı isə qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan Qarabağa investisiyaların qəbul edilməsinə hazır olduğunu vurğulayıb. Bildirib ki, ilk investisiya layihəsini Tatarıstan həyata keçirib. “ Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq”, - deyə dövlət başçısı əlavə edib.
Qeyd edək ki, müxtəlif ölkələrin informasiya resursları dövlətimizin başçısının müsahibədə müxtəlif mövzularla bağlı səsləndirdiyi fikirləri yaymaqda davam edir.





19-12-2024, 19:04
Bakıda mağazada yanğın:İişçilər təxliyə edildi


Bakıda mağazada yanğın: İşçilər təxliyə edildi

Bakının Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsində yanğın olub.
Yanğın "Promusic" musiqi alətləri mağazasında baş verib. Yanğın qısaqapanma nəticəsində meydana gəlib, işçilər təxliyə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!