TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
18-12-2024, 19:09
Azərbaycan və Türkiyə spikerləri görüşdü


Azərbaycan və Türkiyə spikerləri görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksəksəviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Numan Kurtulmuş iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyib.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan Sahibə Qafarova onun ən böyük xüsusiyyətinin ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi olduğunu diqqətə çatdırıb. O, ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini qardaş Türkiyəyə etməkdən məmnunluğunu bildirib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərə malik xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ən böyük dəyər olduğunu söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.
Görüşdə vurğulanıb ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədir. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və möhürüdür.
Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırkı yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Görüşdən sonra TBMM-in plenar iclas zalında Milli Məclisin sədri Sahibə Qafarovanın salamlanması mərasimi olub.
Daha sonra Azərbaycanın parlament nümayəndə heyəti 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.
18-12-2024, 18:48
Sahibə Qafarova Ərdoğanla görüşüb - FOTO


Sahibə Qafarova Ərdoğanla görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində spiker Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib.



18-12-2024, 18:00
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir - FOTO


Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir - FOTO

Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusunun rəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.
Türkiyəli qonaqlarla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan Ordusunun Quru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər və qazanılan uğurlar haqqında danışıb.
Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması və inkişafında çox vacib yerə malik olduğu ifadə edilib.
Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın Hərbi Hava Qüvvələrimizin inkişafında da çox vacib yerə malik olduğu ifadə edilib və bunun hərbi aviasiyamızın arsenalının gücləndirilməsində əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrində olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüblər.
Hərbi Dəniz Qüvvələrinin əsas bazası ilə tanışlıq zamanı Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinə buranın fəaliyyəti barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə hərbi dənizçilərinin beynəlxalq təlimlərdə qazandığı uğurlardan danışılıb.
Görüşdə, həmçinin birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, eləcə də digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.




18-12-2024, 17:53
Bulvar ərazisində Yeni il yarmarkası təşkil olunacaq


Bulvar ərazisində Yeni il yarmarkası təşkil olunacaq

Bakı Bulvarı ərazisində Yeni il yarmarkası təşkil olunacaq.
Bunu Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.
"Kukla Teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub. Bu hissə də bu il xüsusi tərtibatla hazırlanıb və Milli Parkın ziyarətçilərinin xüsusi marağına səbəb olub”, - deyə o qeyd edib.
Ə.Mehdiyeva bildirib ki, bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni ilə xüsusi hazırlıq işləri aparılır.
18-12-2024, 17:44
Seçkilərdə 701 müşahidəçi qeydiyyatdan keçib


Seçkilərdə 701 müşahidəçi qeydiyyatdan keçib

Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçkilərdə namizədlərin irəli sürülməsində qadınlara üstünlük verilməsi vacibdir.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.
18-12-2024, 17:37
Pezeşkian Misirə yola düşdü


Pezeşkian Misirə yola düşdü

İran Prezidenti Məsud Pezeşkian Misirə səfərə yola düşüb.
Bu barədə IRNA məlumat yayıb.
Qeyd edilib ki, Pezeşkian D8 liderlərinin sammitində iştirak etmək üçün Misirə yola düşüb.
18-12-2024, 17:25
Daha iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı


Daha iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Dekabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 25-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilir.
İclasda qarşıdan gələn bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
Qeyd edək ki, indiyədək bələdiyyə seçkiləri ilə əlaqədar 13 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
18-12-2024, 17:14
Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavinini qəbul edib


Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavinini qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər​​ Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Bu barədə nazirlik rəsmi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyənin Baş Qərargah rəisinin müavini ordu generalı Kamal Yeni də iştirak edib.
18-12-2024, 17:03
10-cu sinif şagirdi məktəbli yoldaşını bıçaqladı


10-cu sinif şagirdi məktəbli yoldaşını bıçaqladı

Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.
Qeyd edilib ki, hadisə məktəbdən kənarda baş verib.
18-12-2024, 17:01
Azərbaycanda bu qurum ləğv edildi


Azərbaycanda bu qurum ləğv edildi

Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət Komissiyası ləğv edilib.
Bununla əlaqədar “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamda müvafiq dəyişikliklər edilib.
Başqa sözlə, Dövlət Komissiyası artıq təyin etdiyi nümayəndələr vasitəsi ilə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasında təmsil olunmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!