Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
19-12-2024, 18:50
Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə reaksiya


Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə reaksiya

Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.
Bu barədə Azərbaycan Milli Məclisinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir: "Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır. Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi. Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur".
Həmçinin bildirilib ki, müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir: " Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur. Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilibdir. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var".
19-12-2024, 18:25
Bayramov Fidanla Suriyanı müzakirə etdi


Bayramov Fidanla Suriyanı müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.
19-12-2024, 18:16
Saakaşvili oğlu haqda danışdı: “… o, məndən daha çox şey edəcək”


Saakaşvili oğlu haqda danışdı: “… o, məndən daha çox şey edəcək”

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə oğlu ilə bağlı paylaşım edib.
Mixail Saakaşvili dekabrın 19-da oğlu Nikolozun 19 yaşının tamam olduğunu bildirib və onu təbrik edib.
“O, indi hansısa uzaq Asiya ölkəsindədir (heç hansında olduğunu da demirik) və orada xarici dil öyrənir. Bundan əvvəl məktəbdə oxuyarkən yapon dilini yaxşı öyrənib.
Bir ilə yaxın Tbilisidə Bolt kuryer işləyib…
Nikuşanı vaxtilə Ukrayna və Polşanın o vaxtkı prezidentləri Viktor Yuşşenko və Lex Kaçinnski xaç suyuna salmışdılar..
Oğluma çox şey borcluyam… Onun cəmiyyətə xidməti, başqalarına kömək etməsi və eyni zamanda güclü xasiyyəti olduğunu dəqiq bilirəm.
Əminəm ki, Gürcüstan və dünya üçün məndən daha çox şey edəcək”, - Saakaşvili bildirib.
Xatıradaq ki, Mixail Saakaşvili əvvəllər Niderland əsilli Sandra Rulofs ilə evli olub. Onların Eduard və Nikoloz adlı iki oğlu övladı var.
19-12-2024, 17:51
Əli Əsədov Ərdoğan və Pezeşkianla bir arada - FOTO


Əli Əsədov Ərdoğan və Pezeşkianla bir arada - FOTO[/size]

Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, Əli Əsədov tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar ilə görüşüb.



19-12-2024, 17:38
59 yaşlı kişini "tok" vurub öldürdü


59 yaşlı kişini "tok" vurub öldürdü

İmişli rayonunda elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb.
Hadisə İmişlinin Oruclu kəndi ərazisində qeydə alınıb. Adıçəkilən kənd sakini Rasim Şükürov ötən gün evdən çıxıb, daha sonra ondan bir xəbər olmayıb.
Ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olduqdan sonra şəxsin axtarışlarına başlanılıb. Bu gün günorta saatlarında Rasim Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi aşkarlanıb. İlkin ehtimallara görə, onu cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.
19-12-2024, 17:30
Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN


Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Azərbaycan Respublikasının Prezidentinə Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onun dəyişdirilməsi, yenidən təşkili və ləğv edilməsi, Kənd Təsərrüfatı Nazirliyinə Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi həvalə edilir.
Nazirlər Kabineti təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
19-12-2024, 17:08
Bakı-Qazax yolunda "Kia" aşdı - 2 nəfər öldü


Bakı-Qazax yolunda "Kia" aşdı - 2 nəfər öldü

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistralında qeydə alınıb. Hərəkətdə olan "Kia" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


19-12-2024, 16:43
Azərbaycandan Suriyanın suverenliyinə dəstək


Azərbaycandan Suriyanın suverenliyinə dəstək

“Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”.
Bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
“Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaq.
Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk”, - hökumət başçısı vurğulayıb.
19-12-2024, 16:40
Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə götürdü - FOTO


Nazirlik Tovuz məktəbindəki hadisəni nəzarətə götürdü - FOTO

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.


19-12-2024, 16:29
Tovuz məktəbində zəhərlənən şagirdlərin son durumu


Tovuz məktəbində zəhərlənən şagirdlərin son durumu

Tovuz məktəbində zəhərlənən şagirdlərin sayı 71-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!