Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
16-12-2024, 21:36
Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərətəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
16-12-2024, 21:22
Qazax "İdman Paytaxtı" seçildi


Qazax "İdman Paytaxtı" seçildi

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib.
Bundan başqa, Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçiliblər.
16-12-2024, 20:58
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi


"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

"Qarabağ" Misli Premyer Liqasında "Sumqayıt"a böyük hesabla qalib gəlib.
XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. "Gənclik şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib.
16-12-2024, 20:36
Parlament Şoltsa "YOX" dedi


Parlament Şoltsa "YOX" dedi

Dekabrın 16-da Almaniya parlamentində - Bundestaqda Federal Kansler Olaf Şoltsun koalision hökumətinə etimad səsverməsi keçirilib.
Azad Demokrat Partiyanın (FDP) ayrılmasından sonra Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyasından ibarət koalision hökumət fəaliyyətini davam etdirməsi üçün lazımi səs çoxluğunu toplaya bilməyib.
Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs verib, 116 deputat isə bitərəf qalıb. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.
Hökumətə etimad göstərilməməsi nəticəsində Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən geci 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyalarının növbədənkənar seçkilər üçün daha əvvəl razılaşdırdığı tarix – 23 fevral bu müddətə uyğun gəlir.
Xatırladaq ki, Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyası yaranan hökumət böhranını aradan qaldırmaq üçün etimad səsverməsinin keçirilməsini qərara almışdı.
Bu, Almaniya Federativ Respublikasında sayca altıncı etimad səsverməsi olacaq. Bundan əvvəl 1972-ci ilin sentyabrında, 1982-ci ilin fevralında və dekabrında, 2001-ci ilin noyabrında və 2005-ci ilin iyulunda etimad səsvermələri keçirilib.
16-12-2024, 20:17
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
16-12-2024, 19:11
Xanım nazir istefa verdi


Xanım nazir istefa verdi

Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Kristia Friland istefa verib.
Bu barədə Friland “X” platformasındakı paylaşımında bildirib.
K.Friland istefa məktubunda Baş nazir Castin Trudeaunun cümə günü ona kabinetdə başqa bir vəzifə təklif etdiyini bildirib: "Mənim üçün yeganə uyğun yolun kabinetdən istefa vermək olduğuna qərar verdim".
16-12-2024, 17:28
Bəşər Əsəd ilk dəfə danışdı: O, Suriyadan necə getdiyini AÇIQLADI


Bəşər Əsəd ilk dəfə danışdı: O, Suriyadan necə getdiyini AÇIQLADI

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra ilk dəfə açıqlama verib.
Bu gün onun adından bəyanat yayılıb.
B. Əsəd qeyd edib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünməyib.
O bildirib ki, dekabrın 8-i səhər tezdən - silahlı dəstələr paytaxta yaxınlaşanadək Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib.
“Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, döyüşlər gedən son saatlarda baş vermədi”, - Əsəd qeyd edib.
Sabiq prezident vurğulayıb ki, o, Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətini orada davam etdirib.
"Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib", - o qeyd edib.
Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçularun ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

16-12-2024, 17:22
2025-ci ildə Azərbaycanı təmsil edəcək FIFA referilərinin SİYAHISI


2025-ci ildə Azərbaycanı təmsil edəcək FIFA referilərinin SİYAHISI

AFFA 2025-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb.
Azərbaycanı beynəlxalq yarışlarda 17 hakim təmsil edəcək.

Referilər:

1. Ağayev Əliyar
2. Məsiyev Elçin
3. Umudlu Kamal
4. Lütfəliyeva Fəridə

Referi köməkçiləri:

1. Zeynalov Zeynal
2. Əmirəli Akif
3. Abdullayev Elşad
4. Talıbov Pərvin
5. Hüseynov Namiq
6. Məmmədov Vüsal
7. Əkbərzadə Gülnurə
8. Nurıyeva Sevda

VAR hakimləri:

1. Ağayev Əliyar
2. Məsiyev Elçin

Futzal:

1. Qafarlı Hikmət
2. Əmiraslanov Knyaz
3. Cəbrayılov Əli

Çimərlik futbolu:

1. Məmmədov İnqilab
2. Nağıyev Nail
16-12-2024, 17:08
Qarabağla bağlı Əlaqələndirmə Qərargahının tərkibi yeniləndi - SƏRƏNCAM


Qarabağla bağlı Əlaqələndirmə Qərargahının tərkibi yeniləndi - SƏRƏNCAM

Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni Sərəncamla aşağıdakı dəyişikliklər edilib:

1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”;

1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”;

1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”;

1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin;

1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”;

1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
16-12-2024, 16:51
Xalq artisti xəstəxanaya yerləşdirildi


Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.
O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.
Məlumata görə, 83 yaşlı aparıcının ağciyərində problem yaranıb.
Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!