Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
16-12-2024, 16:43
Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi


Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu ölkənin prezidenti Yun Seok Yeolun işinin istintaqını nə vaxt aparacağına qərar verib.
"Yonhap" agentliyinin məlumatına görə, ilk məhkəmə iclası dekabrın 27-də olacaq.
Konstitusiya Məhkəməsi ya parlament tərəfindən prezidentin vəzifədən azad edilməsini təsdiq edəcək, ya da onu prezident vəzifəsinə bərpa edəcək.
Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.
16-12-2024, 16:31
Putindən Qərb liderlərinə ittiham - Özlərini Allahın nümayəndəsi sayırlar!


Putindən Qərb liderlərinə ittiham - Özlərini Allahın nümayəndəsi sayırlar!

Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ və bir çox Qərb ölkələrinin rəhbərləri Allaha inanmadan özlərini onun Yer üzündəki nümayəndəsi hesab edirlər.
Müdafiə Nazirliyinin Kollegiyasında çıxış edən dövlət başçısı ABŞ və Qərbi ittiham edib.
Putin deyib ki, Qərb liderləri dünyada öz qaydalarını tətbiq etmək istəyirlər.
“Amma, bunu edənlər - özünü bütün Yer üzündə Allahın nümayəndələri sayanlar üçün qaydalar yoxdur. Baxmayaraq ki, onlar özləri Allaha inanmırlar”, - Putin bildirib.
16-12-2024, 15:48
Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlandı


Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.12.2024 - 15.12.2024) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 612 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 772 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
16-12-2024, 15:29
Azərbaycan Suriya xalqına dəstək verməyə hazırdır - Prezident


Azərbaycan Suriya xalqına dəstək verməyə hazırdır - Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşündə Yaxın Şərqdəki vəziyyətə toxunulub.
Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd edib.
16-12-2024, 15:17
Sumqayıtda bağçada yanğın: müəllim və uşaqlar təxliyə edildilər


Sumqayıtda bağçada yanğın: müəllim və uşaqlar təxliyə edildilər

Sumqaytıda yerləşən uşaq bağmasında yanğın baş verib.
Hadisə Sumqayıt şəhərində yerləşən 25 saylı körpələr-evi uşaq bağçasında qeydə alınıb.
Bağçadakı müəllim və uşaqlar təxliyə edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, yanğın bağçanın təmir gedən korpusunun çöl elektrik xəttində qısaqapanma nəticəsində baş verib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin həmin korpusunda təmir həyata keçirildiyindən boş olub.
"Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, digər korpusda olan uşaqlar və tərbiyəçi-müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb. Yanğın zamanı yalnız elektrik xətti zərər görüb.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır, bağçanın elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır. Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsinin digər korpusunda təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir", - rəsmi açıqlamada qeyd olunur.
16-12-2024, 14:57
"Vosmoy bazar"ın küçəsində parklanma yerləri təşkil edilib - FOTO


"Vosmoy bazar"ın küçəsində parklanma yerləri təşkil edilib - FOTO

Bakı şəhəri Nizami rayonunda yerləşən "8-ci km bazarı"nın ("Vosmoy bazar") bir hissəsinin yerləşdiyi keçədə qanunsuz parklanmaya qarşı tədbirlər görülüb.
Bazarın bir hissəsinin yerləşdiyi Cəmşid Naxçıvanksi küçəsində ödənişli parkalanma yerləri təşkil edilib.
Qeyd edək ki, əvvəllər sözügedən ərazidə qanunsuz parklanma yerləri yaradılmışdı. Qanunsuz parklanma yerlərini təşkil edən şəxslər ("parkovşik") bazara gələn vətəndaşlardan ödəniş tələb edirdi.
Ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq nişanlar yerləşdirilib.
Hazırda vətəndaşlar avtomobillərini həmin ərazidə yaradılan ödənişli parklanma yerlərində saxlayır. Burada "parkinq"in bir saatı üçün 30 qəpik ödəniş nəzərdə tutulub.

16-12-2024, 14:46
Rusiya bu silahın kütləvi istehsalına başlayır


Rusiya bu silahın kütləvi istehsalına başlayır

“Oreşnik”in seriya istehsalı yaxın vaxtlarda başlayacaq.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Qeyd edək ki, “Oreşnik” ortamənzilli ballastik raketdir. Rusiya Ukraynaya qarşı bu silahdan bir müddət əvvəl istifadə edib.
16-12-2024, 14:20
Putin G20 sammitinə dəvət edilməyəcək - SƏBƏB


Putin G20 sammitinə dəvət edilməyəcək - SƏBƏB

Cənubi Afrika Respublikası Rusiya prezidenti Vladimir Putini Yohannesburqda keçiriləcək G20 sammitinə dəvət etməyəcək.
Bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.
Buna Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyası prezidentinin həbsi ilə bağlı qərarı səbəb olub.
Belə ki, Cənubi Afrika Respublikası BCM-nin "Roma Əsasnaməsi"ni ratifikasiya edib, ona görə də Rusiya rəhbəri bu ölkəyə səfər edərsə, o, həbs edilməlidir.
16-12-2024, 14:08
Bu gündən elektromobillərin sığortası onlayn qaydada rəsmiləşdirilir


Bu gündən elektromobillərin sığortası onlayn qaydada rəsmiləşdirilir

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmasının asanlaşdırılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirləri davam etdirir. Bu gündən elektromobillərin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunur.
Bu, Azərbaycanda nəqliyyat vasitələrinin sığortalanması sahəsində əhəmiyyətli bir yenilikdir. Elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.
İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.
Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
16-12-2024, 13:43
Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş - TƏFƏRRÜATLAR


Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş - TƏFƏRRÜATLAR

2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı təyyarə ilə Moskvaya təxminən 250 milyon dollar nağd pul daşıyıb.
Bu barədə “Financial Times” qəzeti məxfi sənədlərə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, kəskin valyuta qıtlığının yaşandığı həmin illərdə ölkəyə hərbi dəstəyə görə "Kremlə borclu olan” prezident Bəşər Əsəd rəhbərlik edirdi.
Məlumata görə, Suriya hakimiyyəti Rusiyaya təxminən iki ton ağırlığında 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pulların Rusiya banklarında yerləşdirilməsi nəzərdə tutulduğu qeyd olunur.
Qəzet “Import Genius” ixrac məlumatları xidmətinə istinadən qeyd edir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 10 milyon dollar dəyərində 100 dollarlıq əskinasları daşıyan təyyarə Vnukovoya enib. 2019-cu ilin fevral ayında təxminən 20 milyon avro daha 500 avroluq əskinaslarda təhvil verilib. Ümumilikdə, 2018-ci ilin martından 2019-cu ilin sentyabrınadək nağd pulun daşınması üçün 21 reys həyata keçirilib.
Bildirilir ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası (RFC) bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.
Qəzet yazır ki, 2018-ci ilin martında Suriya Mərkəzi Bankı Rusiyanın "TsMRBank" bankına da 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.
FT həmçinin qeyd edir ki, Əsədin ailəsi Moskvada dəbdəbəli daşınmaz əmlak da daxil olmaqla, gizli şəkildə Rusiyadakı aktivləri satın alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!