Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
14-12-2024, 13:00
Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib


Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib

Bakı Metropoliteninin işçisi vəfat edib.
Bu barədə Metropolitenin Mətbuat xidmətindən bildirilib.
Səhər saat 5:30-da iş vaxtı bitən və "İnşaatçılar" stansiyasında iş yerini tərk edən Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.
Allah rəhmət eləsin!
14-12-2024, 12:50
İrandakı Səfirliyimiz nə vaxt işə başlayacaq?


İrandakı Səfirliyimiz nə vaxt işə başlayacaq?

“Sabahdan Tehranda fəaliyyətə başlayacaq Azərbaycan konsulluğu yeni, daha təhlükəsiz ərazidə çalışacaq”.
Bu barədə Tehranda Azərbaycan konsulluğunun fəaliyyətə başlaması ilə bağlı danışarkən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, hələlik səfirliyin yalnız konsulluq şöbəsi işləyəcək:
“Konsulluq şöbəsi vətəndaşlarla bağlı məsələlərlə məşğul olur. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən aparılan ticarət əlaqələri və digər qarşılıqlı səfərlər davam edəcək. Amma səfirliyin funksiyasına aid olan dövlətlərarası məsələlər buraya daxil deyil. Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında diplomatik əlaqələr indi də var. Amma Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətə başlaması müəyyən zaman kəsiyində mümkün görünmür. Bunun subyektiv və obyektiv səbəbləri var.
E.Mirzəbəyli bildirib ki, indiki şəraitdə konsulluğun açılması İranda Azərbaycan diplomatlarına qarşı keçirilən dəhşətli terror aktından sonra ölkəmiz tərəfindən atılan prinsipal addım kimi qiymətləndirilməlidir:



“Bu, qarşılıqlı münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı önəmli bir addımdır. Bir qayda olaraq bu qəbildən olan hadisələr baş verəndə, yəni açıq-aşkar Azərbaycan ərazisinə müdaxilə kimi dəyərləndirilən terror aktları törədiləndə dövlətlərarası münasibətlərin uzun illər boyu bərpa edilməsi mümkün olmur. Konsulluq şöbəsinin açılması da ölkəmizin yaxın qonşuluq münasibətlərinə verdiyi önəm kimi qiymətləndirilməlidir. Ancaq bu, diplomatik əlaqələrin səfirliklər müstəvisində bərpası kimi qiymətləndirilə bilməz”.

Konsulluğun təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcəkmi?

Deputat qeyd edib ki, diplomatlarımızın təhlükəsizliyinin necə təmin ediləcəyi İran tərəfinin verə biləcəyi cavabdır:
“Təbii ki, Azərbaycan oradakı diplomatlarının təhlükəsizliyi ilə bağlı bütün məqamları nəzərə alıb. Xüsusilə də son baş verən hadisədən sonra düşünürəm ki, dövlətimiz diplomatlarımızın təhlükəsizliyi ilə bağlı müəyyən öhdəliklərin götürülməsinə nail olub. Əks təqdirdə, konsulluğun fəaliyyətə başlaması mümkün olmazdı”.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvana köçüb.
İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülüb.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin İrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.
14-12-2024, 12:30
Bu qidaları evinizə buraxmayın - Ekspertdən XƏBƏRDARLIQ


Bu qidaları evinizə buraxmayın - Ekspertdən XƏBƏRDARLIQ

Bu gün xüsusilə uşaqların ən sevdiyi qidalardan biri də şokolad yağlarıdır. Ticarət şəbəkəsində şokolad yağlarının müxtəlif çeşidləri satılır. Bu qida nə qədər təhlükəsizdir? Şokolad yağlarının hansı zərərləri var?
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov bildirib ki, şokolad uşaqdan böyüyə hər kəsin sevimlisidir:
“Çünki tərkibindəki serotonin özümüzü daha yaxşı hiss etməyə, rahatlamağa kömək edir, bizə enerji verir. Bu demək olar ki, hamı tərəfindən bilinir.
Bəs zərərləri necə?
Qısa şəkildə zərərlərini sadalayım.

- doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəliklərinə, damar tıxanmasına səbəb ola bilər.

- tərkibindəki kofein asılılıq yaradır.

- enerji verən qida olsa da, həddindən artıq istehlak edildikdə yuxusuzluq yarana bilər.

- həddindən artıq istehlak edildikdə çəki artımını sürətləndirə bilər və s.

Bu sadalananlar şokoladın özünün ziyanları idi, bəs özümüzün də sevə-sevə aldığımız, uşaqlarımıza bəh-bəhlə yedirtdiyimiz "şokolad yağı" necə? Niyə təhlükəlidir?
İstənilən marketdə istənilən şokolad yağını əlimizə götürüb üzərindəki etiketi oxusaq, mütləq palma yağı, şəkər, qlükoza, bitki yağı, süd tozu, qarğıdalı siropu, dadlandırıcı, rəngləndirici və s. yazılara rast gələcəyik”.
Ekspertin sözlərinə görə, artıq bilməliyik ki, şəkər insan orqanizminə ziyandır, palma yağı ziyandır, süni rəngləndirici və dadlandırıcılar təhlükəlidir:
“Üstəlik satışda olan "şokolad yağ"larının harada, hansı şəraitdə, hansı xammaldan istehsal olunduğu bəlli deyilsə, deməli artıq vəziyyət doğurdan da acınacaqlıdır. Həm bizim üçün, həm də övladlarımız üçün!
Bəs onda çıxış yolu nədir? Necə edək ki, övladımız və özümüz bu cür qidaları tələb etməyək?
Evinizdə körpəniz dünyaya gələn andan etibarən bilərəkdən, oxuyub öyrənərək, məlumatlı şəkildə bu cür qidaları evinizin qapısından buraxmayın! Yox, əgər artıq siz də, övladınız da bu qidalarsız yaşaya bilmirsinizsə, onda yavaş-yavaş süfrənizdən uzaqlaşdırmağa və başqa qidalarla əvəz etməyə başlayın ki, sonra çox gec olmasın!".
14-12-2024, 12:25
Parlament prezidentə impiçment elan etdi


Parlament prezidentə impiçment elan etdi

Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.
Səsvermədə 300 deputatın hamısı iştirak edib.
İmpiçmenti 300 deputatdan 204-ü dəstəkləyib.
İndi Konstitusiya Məhkəməsi prosesə başlayacaq və impiçmentin təsdiqi və ya Yun Seok Yeolun vəzifəsinə bərpa olunması barədə qərar verəcək. İşin həlli altı aya qədər çəkə bilər.
14-12-2024, 12:17
Ödənişli yolllarda belə halların qarşısı alınmalıdır - Ekspert


Ödənişli yolllarda belə halların qarşısı alınmalıdır - Ekspert

Ödənişli avtomobil yollarından istifadə qaydalarını pozan şəxslərin məsuliyyət daşıması üçün hüquqi əsasın yaradılması nəzərdə tutulur. Bununla bağlı məsələ "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, inzibati məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur:
“Əslində burada qeyri-adi bir şey yoxdur. Ölkəmizdə ilk ödənişli avtomobil yolu Bakı-Quba istiqamətində istifadəyə verildi. Gələcəkdə belə yolların sayının artması da gözləniləndir. Nazirlər Kabinetinin qərarı ilə bu yollarda ödənişin tarifi, şərtləri müəyyən olunur. Bu ödənişlərin edilməsi mütləqdir”.
Ekspertin sözlərinə görə, bütün qaydalar kimi həmin yollarda ödəniş qaydalarını pozan şəxslər üçün də məsuliyyət nəzərdə tutulacaq:
“Əgər hansısa sürücü ödənişdən yayınmağa cəhd etmək istəsə, həmin məsuliyyət tədbirinə məruz qalacaq. Burada sadəcə olaraq ödənişin prosedurları dəqiq olmalıdır. Kimlər ödəniş etməlidirsə, dəqiq göstərilməlidir. Bu gün qanunda bir problem var, motosikletlərə görə ödəniş nəzərdə tutulmur. Amma eşitdiyimə görə, onlardan da ödəniş tələb olunur. Belə halların qarşısı alınmalıdır. Ödəniş şərtləri, qaydaları, subyektləri, nöqtələri və üsulları dəqiq müəyyən olunmalı və riayət etməyənlər barədə tədbir görülməlidir”.
14-12-2024, 00:30
İranda zəlzələ baş verdi


İranda zəlzələ baş verdi

İranın şimalındakı Mazandaran vilayətində 4,6 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
13-12-2024, 23:16
Kabel oğruları paytaxtı işıqsız qoydu


Kabel oğruları paytaxtı işıqsız qoydu

Qazaxıstan paytaxtı Astanada kabel oğurluğu səbəbindən bir neçə saat işıq olmayıb.
Bu barədə Astananın enerji şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 13-də “Çubarı” yarımstansiyasında 10 kilovoltluq elementlər kəsilib. Limitdə üç paylama məntəqəsi var. Səbəb kabel xəttinin oğurlanması olub”, - məlumatda bildirilib.
Qeyd olunur ki, hazırda yaşayış binalarına elektrik enerjisinin verilməsi bərpa olunub.
13-12-2024, 23:04
NATO generalı Bakıda görüşlər keçirdi


NATO generalı Bakıda görüşlər keçirdi

Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
13-12-2024, 22:41
Rusiyaya gedən yol bağlandı


Rusiyaya gedən yol bağlandı

“Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Daha əvvəl bildirilmişdi ki, "Yuxarı Lars"dan keçən yol dekabrın 13-də yük maşınları üçün bağlanıb.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, bu baxımdan bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır, - deyə rəsmi məlumatda bildirilir.
13-12-2024, 21:30
Rusiyada bu messencer qadağan edildi


Rusiyada bu messencer qadağan edildi

Rusiya “Viber” messencerinə girişi məhdudlaşdırıb.
Bu barədə “Roskomnadzor” məlumat yayıb.
Messencerin Rusiya qanunvericiliyini pozduğu bildirilir.
Qurumun açıqlamasında deyilir ki, qərar proqramdan “terrorçu, ekstremist məqsədlər və vətəndaşların cəlb edilməsi üçün” istifadənin qarşısını almaq üçün qəbul edilib .
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!