TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
12-12-2024, 16:16
Azərbaycanda hava kəskin dəyişir: qar yağacaq - Tarix AÇIQLANDI


Azərbaycanda hava kəskin dəyişir: qar yağacaq - Tarix AÇIQLANDI

Hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.
Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.
12-12-2024, 15:53
Ağdamda Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək


Ağdamda Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək

Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi növbət ilin avqust ayına qədər istifadəyə veriləcək.
Bunu "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə məlumat verib.
"Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb. Hazırda Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqust ayına qədər kompleksin tamamlanması gözlənilir", - sədr vurğulayıb.
12-12-2024, 15:38
Qatarlarda SİMA ilə ödənişlərə başlanılır


Qatarlarda SİMA ilə ödənişlərə başlanılır

Noyabrın 1-dən dinamik tarif siyasətinə keçilib. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50%-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20%-i isə son 3 gün qalmış əldə edirlər.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
"70% sərnişinimiz yalnız son 10 gündə səfərlərini planlaşdırır. Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar", - deyə R.Rüstəmov bildirib.
O qeyd edib ki, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir: "Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".
12-12-2024, 15:31
Bayden ABŞ tarixində ən böyük əfv qərarını verdi


[b]Bayden ABŞ tarixində ən böyük əfv qərarını verdi[/b]

ABŞ prezidenti Co Bayden qeyri-zorakı cinayətlərdə ittiham olunan 39 məhkumu əfv edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
O, həmçinin COVID-19 pandemiyası zamanı ev dustaqlığına buraxılan və “ailələrinə uğurla inteqrasiya olunan” 1500 nəfərin cəzasını yüngülləşdirib.
Məlumatda bildirilir ki, bu, müasir ABŞ tarixində ən böyük əfv qərarıdır. Əfv olunanların adları açıqlanmayıb.
O, yaxın vaxtlarda digər şəxslərin də əfv olunmasını nəzərdən keçirəcəyini bildirib.
12-12-2024, 15:29
Nazir müavini qazlaşma ilə bağlı son vəziyyəti AÇIQLADI


Nazir müavini qazlaşma ilə bağlı son vəziyyəti AÇIQLADI

Azərbaycanda elektrikləşmə, demək olar ki, 100%-dir. Təbii qazla təmin olunma isə 96%-dir.
Bunu açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
O qeyd edib ki, bütün dünya üzrə göstəricilərə diqqət yetirsək, bu kimi rəqəmləri inkişaf etmiş ölkələrdə tapmaq çətindir.
"Bəzən problemin həll edilməsi üçün çox vəsait lazım olur. Bu vəsait başqa mənbələrdən, bəlkə də sosial siyasətə xidmət edən mənbələrdən ola bilər. Dilemma da burada yaranır. Ucqar bir dağ kəndinin qazlaşdırılması üçün lazım olan vəsaitlə yeni bir kənd sala bilərsiniz. Belə məsələləri həll etmək lazımdır",-nazir müavini deyib.
12-12-2024, 15:07
Horadiz-Ağbənd dəmir yolunda işlər 60 faiz tamamlanıb - ADY sədri


Horadiz-Ağbənd dəmir yolunda işlər 60 faiz tamamlanıb - ADY sədri

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.
Bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir", - o vurğulayıb.
Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".
12-12-2024, 14:55
DSX rəisi Yaşar Gülərlə görüşdü


DSX rəisi Yaşar Gülərlə görüşdü

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib. Modern.az xəbər verir ki, bu barədə Türkiyə MN-in "X" hesabında paylaşım edilib. Qeyd edilib ki, Yaşar Gülər nazirliyə gələn general-polkovnik Elçin Quliyevi qarşılayaraq qardaş ölkənin komandanı ilə görüş keçirib.
12-12-2024, 13:43
Araz çayı üzərində körpü tikilir - Nazir


Araz çayı üzərində körpü tikilir - Nazir

Azərbaycan öz ərazisindəki işləri sürətlə həyata keçirir. Dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, eyni zamanda, İran İslam Respublikası ilə əldə olunan razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Bu körpü vasitəsilə İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər görülür.
12-12-2024, 13:36
Türkiyədən ABŞ-a xəbərdarlıq: “Ya özün məşğul ol, ya da bizə burax!”


Türkiyədən ABŞ-a xəbərdarlıq: “Ya özün məşğul ol, ya da bizə burax!”

Türkiyə ABŞ-a Suriyanın şimalında PKK terror təşkilatına bağlı qüvvələrin mövcudluğuna son qoyması üçün xəbərdarlıq edəcək.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularının mövcudluğuna son qoymayacağı təqxdirdə, Ankaranın özü bölgəni onlardan təmizləmək üçün tədbirlər görəcək.
Mənbənin sözlərinə görə, Türkiyə tərəfinin bu mesajı Ankarada ölkənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.
Telekanalın Ankara bürosunun rəhbəri Dicle Canova deyib: “Mənə çatan məlumata görə, ABŞ-a bir daha açıq şəkildə bəyan ediləcək: “Ya siz bu məsələylə məşğul olun, ya da biz lazım olan hər şeyi edəcəyik!”".
Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə və PKK və onun Suriya qolu olan PYD-YPG-yə dəstəyi dayandırmaq zərurətinə diqqət çəkəcək.
“Türkiyənin Suriyanın şimalı ilə bağlı əsas məqsədi əvvəlcə sərhəddə 30-40 km dərinlikdə təhlükəsizliyi təmin etmək olub. Bu məsələ ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olub, öhdəliklər götürülüb, amma yerinə yetirilməyib”, – jurnalist qeyd edib.
12-12-2024, 13:08
Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Nazir


Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Nazir

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!